Tağı Əbdülrəhimov

Tağı İbrahim oğlu Əbdülrəhimov (mart 1907, Salyan, Cavad qəzası13 fevral 1983, Bakı) — Azərbaycan-sovet dövlət xadimi, Azərbaycan SSR su təsərrüfatı naziri (1951–1953, 1954–1965) və meliorasiya və su təsərrüfatı naziri (1965–1971), Azərbaycan SSR əməkdar irriqatoru (1971), "Stalin" mükafatı laureatı (1951).

Tağı Əbdülrəhimov
bayraq
Azərbaycan SSR meliorasiya və su təsərrüfatı naziri
bayraq2
20 oktyabr 1965 – 29 iyun 1971
Əvvəlkivəzifənin adı dəyişdirilib
SonrakıZülfüqar Bağırov
bayraq
Azərbaycan SSR su təsərrüfatı naziri
bayraq2
31 mart 1954 – 20 oktyabr 1965
Əvvəlkivəzifə yenidən yaradılıb
Sonrakıvəzifənin adı dəyişdirilib
17 may 1951 – 26 mart 1953
Əvvəlkiİbrahim Gülməmmədov
Sonrakıvəzifə ləğv edilib
bayraq
Azərbaycan SSR kənd təsərrüfatı nazirinin müavini
bayraq2
1953 – 1954
Nazirİlyas Abdullayev
bayraq
Azərbaycan SSR su təsərrüfatı nazirinin müavini
bayraq2
1947 – 1951
Nazirİbrahim Gülməmmədov
Şəxsi məlumatlar
Doğum tarixi mart 1907
Doğum yeri
Vəfat tarixi 13 fevral 1983(1983-02-13) (75 yaşında)
Vəfat yeri
Dəfn yeri
Partiya
Təhsili

Təltifləri "Qırmızı əmək bayrağı" ordeni "Şərəf nişanı" ordeni — 1946
"Azərbaycan SSR əməkdar irriqatoru" fəxri adı — 1971 2-ci dərəcəli "Stalin" mükafatı — 1951

Tağı İbrahim oğlu Əbdülrəhimov 1907-ci ildə Salyan şəhərində fəhlə ailəsində anadan olmuşdur. Əmək fəaliyyətinə 14 yaşında, 1921-ci ildə başlamışdır.[1] 1927–1931-ci illərdə Azərbaycan Politexnik İnstitutunda təhsil almış, Azərbaycan Su Təsərrüfatı İdarəsində çalışmışdır.[2]

Tağı Əbdülrəhimov 1931-ci ildə topoqrafiya-tədqiqat dəstəsinin rəhbəri olmuşdur. 1932-ci ildə Lənkərana işə göndərilmiş, 1933-cü ildən Salyanda suvarma qurğuları inşaatında, 1935-ci ildən isə yenidən Lənkəranda suvarma sistemləri idarəsində çalışmış, elə həmin ildən suvarma sistemləri idarəsinin rəisi işləmişdir. 1941-ci ildə Azərbaycan Su Təsərrüfatı İdarəsinin rəisi təyin edilmişdir.[2]

1947-ci ildə Tağı Əbdülrəhimov Azərbaycan SSR su təsərrüfatı nazirinin müavini vəzifəsinə irəli çəkilmiş, 1951-ci ildən isə su təsərrüfatı naziri olmuşdur. Sonralar Azərbaycan SSR kənd təsərrüfatı nazirinin müavini və başqa məsul vəzifələrdə çalışmış, 1954-cü ildə yenidən su təsərrüfatı naziri vəzifəsinə təyin edilmişdir.[2] 1965-ci ildən isə Azərbaycan SSR meliorasiya və su təsərrüfatı naziri olmuşdur.[3] Bu illər ərzində onun bilavasitə iştirakı ilə Yuxarı Qarabağ, Yuxarı ŞirvanSamur–Dəvəçi kanalları, Bəhramtəpə su qovşağı, Ceyranbatan və Ağsu dəryaçaları, Baş Şirvan və Mil–Qarabağ kollektorları kimi iri qurğular tikilmişdir.[1]

Tağı Əbdülrəhimov 1971-ci ildə təqaüdə çıxaraq həyatının sonunadək pedaqoji fəaliyyətlə məşğul olmuş, Azərbaycan İnşaat Mühəndisləri İnstitutunda hidrotexnika və hidromeliorasiya işlərinin texnologiyası və təşkili kafedrasının dosenti işləmişdir.[1]

Tağı Əbdülrəhimov 1939-cu ildən Sovet İttifaqı Kommunist Partiyası üzvü olmuş, IV, VIVII çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı seçilmişdir.[4] O, 1954–1956-cı illərdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvlüyünə namizəd, 1956–1961-ci illərdə Partiya Təftiş Komissiyasının üzvü, 1966-cı ildən isə yenidən Mərkəzi Komitə üzvlüyünə namizəd olmuşdur.[5] "Qırmızı əmək bayrağı", "Şərəf nişanı" ordenləri, SSRİ medalları ilə təltif edilmiş, "Azərbaycan SSR əməkdar irriqatoru" fəxri adına layiq görülmüşdür. İttifaq əhəmiyyətli fərdi təqaüdçü olmuşdur.[1]

Tağı Əbdülrəhimov 1983-cü il fevralın 13-də vəfat etmişdir.[1] II Fəxri Xiyabanda dəfn olunmuşdur.

  1. 1 2 3 4 5 Т. И. Әбдүлрәһимов // Коммунист. № 38 (18271). 15 феврал 1983-ҹү ил. С. 3.
  2. 1 2 3 Тағы Ибраһим оғлу Әбдүлрәһимов // Альбом биографий депутатов Верховного Совета Азербайджанской ССР. 1955. Бакы. 1956. С. 24.
  3. Әбдүлрәһимов Тағы Ибраһим оғлу // Азәрбајҹан ССР Али Советинин депутатлары. Алтынҹы чағырыш. Бакы: Азәрбајҹан ССР Али Советинин нәшри. 1965. С. 95.
  4. Әбдүлрәһимов Тағы Ибраһим оғлу // Азәрбајҹан ССР Али Советинин депутатлары. Једдинҹи чағырыш. Бакы: Азәрбајҹан ССР Али Советинин нәшри. 1968. С. 119.
  5. Abdulragimov, Tagi Ibragimogly // Prominent personalities in the USSR (ingilis). Metuchen, New Jersey: Scarecrow Press. 1968. səh. 2.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]