Taş-Kumır

Taş-Kumır, Daş-Gömür (qırğız dilində - Ташкөмүр) — Qırğızıstanın Cəlalabad vilayətində vilayət tabeli şəhər.

Şəhər
Taş-Kumır
41°21′ şm. e. 72°13′ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Sahəsi
  • 47 km²
Mərkəzin hündürlüyü 585 m
Əhalisi
Əhalisi
  • 19.310 nəf. (2009)[1]
Xəritəni göstər/gizlə
Taş-Kumır xəritədə
Taş-Kumır
Taş-Kumır

Qırğızıstanda 2009-cü ildə aparılmış əhalinin siyahıya alınmasına görə Taş-Kumır şəhərinin əhalisi 34 756 nəfərdir. Onlardan 30 530 nəfərini (87,8 %) qırğızlar, 2635 nəfərini (7,6 %) özbəklər, 680 nəfərini (1,9 %) ruslar, 542 nəfərini (1,6 %) tatarlar təşkil edirlər [2].

Hazırda şəhərin tərkibinə Şamaldı-Say, Kızıljar qəsəbələri və Tendik kəndi də daxildir.

1999-cu ildə qırğızlar əhalinin 65 %, ruslar — 12 %, özbəklər — 8 %, qazaxlar — 1 %, tatarlar — 7 %, taciklər— 0,5 %, ukraynalılar — 1 %, digər millətlər— 5 %-ni təşkil edirdilər.

Taş-Kumır şəhəri Fərqanə vadisinin şimal-şərq hissəsində yerləşir. Şəhər şimal-qərb tərəfdən Aksıy rayonu, şimal-şərq tərəfdən Kara-Kul şəhəri, şərqdən Nooken rayonu ilə sərhəddir. Şəhərin ərazisi 48.3 kv.km.-dir, dəniz səviyyəsindən 585 metr yüksəklikdə yerləşir. Yay dövründə havanın orta temperaturu +40 °S-dək yüksəlir, qış dövründə temperatur −15 °S-dək düşür. Küləyin sürəti saatda 6-8 metrə çatır. Şəhər Sır-Dərya çayının hövzəsində, Narın çayının sağ sahilində, Bişkek- avtomobil yolunun üzərində yerləşir. Taş-Kumır şəhərindən Bişkek şəhərinə qədər məsafə 450 km, Cəlalabad şəhərinə qədər - 129 km. təşkil edir.

Müasir Taş-Kumır şəhərinin yerində ilk yaşayış məskəni XX əsrin əvvəllərində burada daş kömür mədənlərinin aşkar edilməsi ilə əlaqədar yaradılmışdır. 1930-cu illərdə Taş-Kumır - Əndican dəmiryol xətti istifadəyə verildikdən sonra burada daş kömür hasilatı sürətlə inkişaf etməyə başladı. 1933-cü ildə burada mədənlər idarəsi yaradıldı. 1930-cu ildə bu regionda zəngin daş kömür hövzəsi aşkar edildikdən sonra kiçik mədən kəndi kimi Taş-Kumırın əsası qoyulmuş, 1943-cü ildə səhər statusu almışdır.

Keçən əsrin 60-cı illərində burada Uçkurqan SES-nın, daha sonra isə Toktoqul SES-nın əsası qoyulduqdan sonra Taş-Kumır təkcə mədənçilər deyil, inşaatçılar və energetiklər şəhərinə çevrildi.

  1. census of Kyrgyzstan 2009.
  2. "Перепись населения Киргизии 2009. Джалал-Абадская область" (PDF). 2011-08-10 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2011-08-10.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]