Taşlıyılqa (rus. Ташлы-Елга, başq. Ташлыйылға, mari Кӱанэҥер) — Başqırdıstan Respublikasının Baltas rayonunda yerləşən kənd. Kənd, Nijnekarışev kənd şurasının tərkibindədir. 2010-cu ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kəndin əhalisi 105 nəfərdir.[1]
kənd | |
Taşlıyılqa | |
---|---|
rus. Ташлы-Елга başq. Ташлыйылға mari Кӱанэҥер | |
56°07′17″ şm. e. 55°56′57″ ş. u.HGYO | |
Ölkə | Rusiya |
Respublika | [[Rusiya respublikaları]] |
Rayon | [[Baltas rayonu]] |
Kənd şurası | Nijnekarışev kənd şurası |
Kənd şurası | Nijnekarışev kənd şurası |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | UTC+5 , yayda UTC+6 |
Əhalisi | |
Əhalisi | ▼ 105 nəfər (2010) |
Milli tərkibi | marilər |
Rəsmi dili | |
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | 452983 |
Kəndin adı yaxınlığında yerləşən Taşlıyılqa (azərb. Daşlıçay) hidronimindən gəlir.
Kənd 1735-ci ildə marilərin qəbulu üzrə, Sibir yolunun Tanıp Volostundakı başqırd əmlak torpaqları üstündə qurulmuşdur. 1746-cı ildə eyni şərtlərdə yeni mari qrupları buraya köçmüşdür. 1865-ci ildə 31 evdə 187 nəfər yaşayırdı. Kəndin təsərrüfatı arıçılıq idi. 1906-cı ildə bir boyaqçı mağazası açılmışdır.
Kənd, rayon mərkəzindən 14 kilometr, ən yaxın dəmiryolu stansiyasından isə 51 kilometr uzaqlıqdadır.[2]
1795 | 1865 | 2002[2] | 2009[3] | 2010[1] |
---|---|---|---|---|
104 | ▲187 | ▼132 | ▼114 | ▼105 |
2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kəndidə marilər (84%) üstünlük təşkil edir.[3]
Kəndin əhalisi "Luç" ASC-də işləyir. Kənddə bir ibtidai məktəb var.