Baltas rayonu (başq. Балтаc районы) — Başqırdıstan Respublikasının ərazisinə daxil olan inzibati rayon. Rayonun inzibati mərkəzi Starobaltas kəndidir.
Rayon | |||||
Baltas rayonu | |||||
---|---|---|---|---|---|
Балтаc районы | |||||
|
|||||
56°01′00″ şm. e. 55°55′59″ ş. u.HGYO |
|||||
Ölkə | |||||
Tarixi və coğrafiyası | |||||
Yaradılıb | 20 avqust 1930 | ||||
Sahəsi | 1 598 km² | ||||
Hündürlük | 102 m | ||||
Saat qurşağı | |||||
Əhalisi | |||||
Əhalisi |
|
||||
Rəsmi sayt | |||||
Vikianbarda əlaqəli mediafayllar |
Rayonun ərazisi 1598 km² təşkil edir. İqlimi mülayim kontinentaldır. Ərazisindən Bıstrıy Tanıp çayı axır. Ərazisində əsasən boz meşə və qara torpaqlar geniş sahə tutur. Enliyarpaqlı meşələr ərazisinin 21,6 % təşkil edir. Bölgədə neft (Şavyadinskoye, Stepanovski), gil (Baltaçevskoye, Yakşeevskoye, Seytyakovskoye) yataqları vardır.
Baltas rayonu 20 avqust 1930-cu ildə Başqırd Muxtar Sovet Sosialist Respublikası kantonları ləğv edərək yerində 48 rayon təşkil etməsi ilə təsis edilmişdir.
2002 | 2008[2] | 2009[3] | 2010[4] | 2012 | 2013[5] |
---|---|---|---|---|---|
24 695 | ▼23 569 | ▼23 345 | ▼21 623 | ▼20 889 | ▼20 385 |
2014[6] | 2015[7] | 2016[8] | 2017[9] | ||
▼19 791 | ▼19 521 | ▼19 196 | ▼18 981 |
Ümumrusiya siyahıya alınmasına Başqırdıstan Respublikası Baltas rayonu ərazisin milli tərkibi: başqırdlar — 51,1 %, tatarlar — 31,2 %, marilər — 12,6 %, ruslar — 2,5 %, udmurtlar — 2,3 %, digər millər — 0,3 %[10].
Siyahıya alınmaya görə milli tərkib:
İl | başqırdlar | tatarlar | marilər |
---|---|---|---|
1970 | 74.9 % | 5.6 % | |
1979 | 74 % | 6 % | |
1989 | 22,1 % | 59,2 % | |
2002 | 70 % | 14,7 % | 10,9 % |
2010 | 51,1 % | 31,2 % | 12,6 % |
Rayonda 15 kənd inzivati vahidliyinə 79 yaşayış məntəqəsi daxildir.
Ərazisinin böyük hissəsi kənd təsərrüfatına cəlb olunmuşdur. Taxılçılıq, kartof yetişdirilməsi, südlük-ətlik maldarlıq və donuzçuluq inkişaf etmişdir. Rayon ərazisindən Buraevo — Starobalts — Yuxarı Tatışlı magistralı keçir.
Rayon ərazisində 57 ümumtəhsil mərkəzi, 19 orta məktəb, peşəkar uçilişi, 30 kütləvi kitabxana, 43 klub, 6 xəstəxana, A. P. Çexov adına və "Şafronova" müalicəvi mərkəzi fəaliyyət göstərir. Burada tatar dilində "Baltas tannarı" tatar. Балтач таңнары adlı qəzet buraxılır.