Tabuk (şəhər)

Tabuk, (ərəb. تبوك‎,Tabūk) Ərəbistan yarımadasının şimal-qərbində Səudiyyə Ərəbistanıın Tabuk bölgəsinin mərkəzi şəhəridir

Şəhər
Tabuk
ərəb. تبوك
Gerb
Gerb
28°23′50″ şm. e. 36°34′44″ ş. u.
Ölkə  Səudiyyə Ərəbistanı
Bölgə Tabuk
Tarixi və coğrafiyası
Əsası qoyulub e.ə. 1500
Mərkəzin hündürlüyü 750 m
Saat qurşağı UTC+3
Əhalisi
Əhalisi 534,893 nəfər (2010)
Rəsmi dili
Xəritəni göstər/gizlə
Tabuk xəritədə
Tabuk
Tabuk
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Başqa məlum olan adları: Tebuk, Tebûk, Tabûk, Gabûk. Tebük, İslam peyğəmbəri Məhəmməd peyğəmbərin dövründə Mədinə şəhərinin şimalında, Mədinə şəhəri ilə Şam şəhəri arasındakı yolun üzərində yerləşən bir qəsəbə idi. Tabuk ətrafında, Hicri təqviminə ilə Rəcəb, Qriqori təqvimi ilə 630-cu ilin Sentyabr ayında Məhəmməd peyğəmbər buraya Tabuk seferi etmişdir. Quranın Tövbə surəsinin ilk 29-cu ayətində bu səfər haqqına məlumat verilmişdir.

Osmanlı dövrü

[redaktə | mənbəni redaktə et]

Tabuk şəhəri Osmanlı İmperiyası dövründə İstanbuldan Məkkəyə gələn yolun və Hicaz dəmiryolunun üzərində bir dayanacaq rolu oynayırdı. Tabuk (Âsî Hurma) şəhərinə Nürəddin Şəhid tərəfindən kiçik bir qala tikdirilmişdir.[1]. Mehməd Ədip Əfəndi "Nehcet'ül-Menâzil" adında kitabında o dövürdə Tabuk şəhərinin Âsî Hurma adlandırıldığını yazmışdır.[2].

Tabuk şəhəri yayları isti, qışları isə mülayim olan bir çöl iqliminə malikdir. İstilik yay aylarında 27-46 °C, qış aylarında isə 4-18 °C arasında dəyişir. Bəzən qış aylarında tempratue 6 °C-dən aşağı düşə bilir və don bağlayır. Tabuk Bölgəsinə yağıntı əsasən qış aylarında düşür. Noyabrdan Marta qədər yağışın miqdarı, 50 – 150 mm arasında dəyişir və hər 3-4 ildə bir nadir hallarda şəhərə qar yağır.

Tabuk enni küçələri, ağaçlar ilə çevrilmiş modern bir şəhərdir. Şəhər Həcc ziyarəti üsründə yerləşməsi ilə əlaqəli ticarət mərkəzi olmuşdur. Türkiyə, Suriya, İordaniya, Fələstin DövlətiLivandan gələn zəvvarlar üçün bir dayanacaq yeridir. Tabuk şəhəri əkinçilik məhsulları ilə xususiylə də çiçəkçilik ilə məşhurlaşmışdır. Bölgədən Avropaya Süsənkimilər ailəsindən çiçək növləri ixrac edilir.

Görməli yerlər

[redaktə | mənbəni redaktə et]

Tabuk şəhərinin 115 km cənub-qərbində Nebatilər dövrüdə (b.e.ə. 166-167) Roma İmparatorunun şərəfinə tikilən Ravafah məbədi vardır.

Tabuk şəhərində Tövbə məscidi kimidə tanınan Peyğəmbər məscidi ilk illərdə palçıq və palma ağacının yarpaqları ilə tavan tikilmişdir. Sonra bu məscid 1652-ci ildə Qanuni Sultan Süleyman dövründə bərpa edilmiş və ən son Kral Feysəl ibn Əbdüləziz tərəfindən Mədinə şəhərindəki Peyğəmbər məscidi oxşar olaraq tamamilə yenilənmişdir.

  1. Journal of Ottoman studies Arxivləşdirilib 2011-08-11 at the Wayback Machine, Volumes 19-20, Enderun Kitabevi, 1999.
  2. Oriental explorations and studies, Sayı 1, s. 320.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]