Taçara (ing. Tachara) — İranın Persepolis şəhərində yerləşən, I Daranın müstəsna binası. Fars vilayətindəki müasir Şiraz şəhərindən 70 km şimal-şərqdə yerləşir.
Taçara | |
---|---|
Ümumi məlumatlar | |
Status | xarabalıqları qalıb |
Növü | Daş |
Memarlıq üslubu | Əhəməni memarlığı[1] |
Yerləşmə | Persepolis, Mərvdəşt, Fars ostanı |
Ölkə | |
Koordinatlar | 29°56′13″ şm. e. 52°53′15″ ş. u. |
Vikianbarda əlaqəli mediafayllar |
İnşaatı Əhəmənilər İmperiyası dövrünə (e.ə. 550 - e.ə. 330) təsadüf edir. Bina I Daraya aid edilir[2][3], ancaq onun kiçik bir hissəsi onun hakimiyyəti altında tamamlanmışdır. 486-cı ildə I Dariusun ölümündən sonra oğlu və xələfi I Xerxes tərəfindən[4] qədim fars dilində taçara adlandırılan və “qış sarayı” kimi tərcümə olunan sarayın inşaası tamamlanmışdır. Daha sonra I Artaxerxes tərəfindən istifadə edilmişdir. Onun xarabalıqları Apadananın cənubundadır. Darvazalarının divarlarında məşhur Əhəmənilər dövrünün memarlıq motivlərindən birini – Şəhriyar və Aslan döyüşünü göstərən oymalar mövcuddur.
Eramızdan əvvəl IV əsrdə, təxminən e.ə. 330-cu ildə Əhəmənilər İranına hücumundan sonra, Makedoniyalı İsgəndər qoşunlarının Persepolunu qarət etməsinə icazə verdi. Bu saray, Makedoniyalı İsgəndərin ordusu tərəfindən kompleksin yandırılması nəticəsində dağıntılardan xilas olan az sayda tikilidən biri idi.
Tachara, Apadanadan arxa tərəfdə dayanır və cənuba yönəldilmişdir.[5] 1160 kvadrat metrlik (12.500 kvadrat fut) sahəsi ilə, Persepolisdəki Teras olan saray binalarının ən kiçiyidir.[6]
Terasdakı saray tikililərindən ən qədimi olaraq, ən keyfiyyətli boz daşdan inşa edilmişdir.[2] Səthi demək olar ki, tamamilə qara rəngdə idi və parlaq bir parıltıya çatacaq səviyyədə cilalanmışdı. Yüksək keyfiyyətli daşla birləşdirilən bu səth üzərindəki işlər, bu gün Persepolisdəki bütün xarabalıqların ən qüsursuz olmasının səbəbidir. Palçıq bloklarından olan divarları tamamilə dağılsa da, qapı və pəncərə çərçivələrinin nəhəng daş blokları sağ qalmışdır.
Əsas otağı üç sıra dörd sütundan ibarət olub sadəcə 15.15 m × 15.42 m (49.7 ft × 50.6 ft) ölçüsündədir. Tək bir daş blokdan 2.65 m × 2.65 m × 1.70 m (8.7 ft × 8.7 ft × 5.6 ft) ölçülü tam bir pəncərə 18 ton ağırlığında idi. Qapı çərçivəsi üç ayrı monolitdən hazırlanmışdı və 75 ton ağırlığında idi.
Persepolisin bir çox hissəsində olduğu kimi, Tacharada da xərac verən təəbələrin relyeflərinə rast gəlmək mümkündür. Böyük düzbucaqlı hörmə qalxanlar daşıyan mizraq daşıyıcılarının, dəsmal və ətir şüşələri olan qulluqçuların və ya xidmətçilərin, aslan və canavarları öldürən bir krallıq qəhrəmanlarınn oyma heykəltəraşlıq fiqurları vardır. Əsas qapının ağzında qızıl təbəqələrlə örtülmüş dişli tac taxan I Dariusun təsvir olunduğu bir barelyef də vardır.[2]
Tachara, cənub kortuna qoşa tərs pilləkənlə bağlanır. Daha sonra III Artaxerxes dövründə Tacharanın şimal-qərbinə yeni bir giriş qapısı ilə əsas zala qoşulan yeni bir pilləkən əlavə edildi. Bu pilləkənlərin divarlarında, Median və Fars geyimləri geyinmiş qulluqçular, xidmətçilər və əsgərlər, habelə oyma yazıların kənarında hədiyyə verən nümayəndə heyətlərinin heykəltəraşlıq təsvirləri var.[2]
Böyük Dariusun üstün sənətkarlıqla fəxr etməsi, 18 taxça və pəncərə çərçivələrinin hamısına aşağıdakı yazını sifariş verməsi ilə aydın olur: Kral Darius Sarayı üçün düzəldilmiş daş çərçivələr.
Bununla birlikdə binanın funksiyası yaşayışdan daha çox mərasim məqsədli idi. Tamamlandıqdan sonra, Apadana, Taxt Salonu və Ziyafət Salonunun müvəqqəti birliyini əhatə edən Persepolisi formalaşdıran digər binalar bitənə qədər, Novruz məkanı olaraq daha əvvəlki cənub yönlü giriş pilləkənləri ilə birlikdə xidmət etmişdir.