I Dara

Böyük Dara (E.ə. 549 - E.ə. 485, Qədim Farsca: 𐎭𐎠𐎼𐎹𐎺𐎢𐏁, Xerxes Dārayawauš) — E.ə. 522 - E.ə. 485 illər arasında İranı idarə edən imperator.

I Dara
e.ə. 522 – 482
ƏvvəlkiQaumata
SonrakıI Kserks
Şəxsi məlumatlar
Doğum tarixi e.ə. 550[1]
Vəfat tarixi e.ə. 486[1]
Dəfn yeri
Fəaliyyəti dövlət xadimi, hərbi lider[d], monarx
Atası Histasp
Həyat yoldaşları Atossa
Artistona
Uşaqları oğulları: I Kserks, Masist, Artabazan, Əhəmən
Ailəsi Əhəmənilər sülaləsi
Dini zərdüştilik
Rütbəsi Ali Baş Komandan
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Müasir fars dilində adı داریوش (Dâryûsh), İbranicə mənbələrdə דַּרְיָוֶשׁ (Daryaweş) Antik Yunancada Δαρεῖος(Darios), LatıncaRomalı tarixçilərin qeydlərində isə Darius formasında keçir. Ayrıca Darius apardığı fəthlər ilə farslar üçün çox önəmli sayılır.

Dārayava(h)uš

I Dara e.ə.522-486-cı illərdə Əhəmənilər dövlətinin hökmdarı olub. Onun dövründə İran dünyanın ən güclü dövləti idi. Bu dövlət Egey dənizindən Hind çayına qədər və Qafqaz dağlarından Həbəşistana qədər əraziləri əhatə edirdi. Daranın hakimiyyəti altında səksənə yaxın xalq yaşayırdı. O, güclü mərkəzləşdirilmiş dövlət yaradıb ölkəni əyalətlərə - satraplıqlara bölmüşdü.Ona görə də Daraya şahlar şahı deyirdilər.

Hakimiyyətə gəlməsi

[redaktə | mənbəni redaktə et]

II Kir massagetlərlə döyüşdə həlak olduqdan sonra onun yerinə böyük oğlu II Kambis keçdi. Atasının yolu ilə gedən Kambis qonşu ölkələrə hücumları davam etdirirdi. Yeni hökmdar dəliqanlı və qəddar idi.Taxt-taca göz dikən olmasın deyə Kambis sui-qəsdlər təşkil edib yaxın qohumlaını qətlə yetirirdi.

Misirə yürüş edən Kambis öz adamlarına tapşırdı ki, o, Misirdə olarkən kiçik qardaşını qətlə yetirsinlər. Padşah yola düşəndən bir az sonra onun kiçik qardaşı yoxa çıxdı. Lakin onun necə öldürülməsindən heç kimin xəbəri olmadı.Bundan istifadə edən midiyalı maq Qaumata şahzadənin otağında gizlənib öz yaxın adamları vasitəsi ilə Kambisin kiçik qardaşı adından ölkəni idarə etməyə başladı.

Kambis Misirdən qayıdarkən kahinlər padşaha dedilər ki, o öz ölümünü Ekbatanda tapacaq. Kambis qərara aldı ki, bu şəhərə etməsin. Xeyli yol gedəndən sonra Kambisin qoşunu bir sakit şəhərin kənarında düşərgə saldı. Bir qədər dincəldikdən sonraKambis şəhərə adam göndərdi ki, buranın hansı şəhər olduğunu öyrənsin.Gedənlər xəbər gətirdilər ki, bu şəhərin adı Ekbatandır. Kahinlərin sözünü xatırlayan Kambis cəld yola düşməyi əmr etdi. Özü isə tələsdiyindən ata minərkən ayağını yaraladı. Yara uzun müddət sağalmadı və Kambis yoldaca dünyasını dəyişdi.

İranın paytaxtı Suzda isə Qaumata Kirin kiçik oğlu adından ölkəni idarə edirdi.Öz qızını şahzadəyə ərə vermiş Otan adından bir saray əyanı kürəkəninin üzə çıxasından şübhəyə düşdü.Qaumatanın da birdən-birə yoxa çıxması Otanın şübhələrini artırdı.Nəhayət o,qızının yanına gedib soruşdu ki,o,ərni axırıncı dəfə nə vaxt görüb.Qız dedi ki,əri gecə düşənən sonra onun otağına gəlir,heç vaxt da çırağını yandırmır.Birdən Otanın yadına düşdü ki,vaxtı ilə Kambis Qaumatanı cəzalandıraraq onun qulaqlaını kəsdirmişdir.O,qızına dedi ki,gecə əri yatandan sonra,görsün onun qulaqları yerindədirmi.

Qız atasının xahişini yerinə yetirdi və səhərisi gün ona xəbər verdi ki ərinin qulaqları yoxdur.

Otana hər şey bəlli oldu. O, yeddi ən nüfuzlu saray əyanını bir yerə yığıb məsələni onlara açdı.Əyanlardan Dara adlı birisi dedi ki,mütləq bu gecə Qaumatanın gizləndiyi otağa gedib onu öldürmək lazımdır,əgər bu işi sabaha saxlasalar, kimsə ona xəbər verəcək,onda qaumata oların axırına çıxacaq..Hamı Daranın fikri ilə razılaşdı.Onda Dara dedi:

-Gecəyə kimi heç kim bu otaqdan çıxamamalıdır..Gecə isə hamımız bir yerdə çıxıb onun otağına gedəcəyik.

Əyanlar razılaşdılar.Hamı gecəni gözlədi.Yatmaq vaxtı gələndə yeddi saray yanı otaqdan çıxıb kiçik şáhzadənin otağına yolandılar.Keşikdə duran fərraşlar nüfuzlu əyanları saxlamağa cürət etmədilər.Əyanlar qəfildən otağa girəndə ,gördülər ki,Qaumata ilə qardaşı burada oturub söhbət edirlər.Qaumata işin nə yerdə olduğunu bilib tez xəncərini götürdü və o biri otağa qaçdı.Dara ilə Otan onun dalınca tərpəndilər.Maqın qardaşı isə o biri əyanların qabağını kəsdi.

Qaranlıq otaqda Qaumata ilə tutaşan Otan gördü ki,maqa güc gələ bilmir,Daranı köməyə çağırdı.Dara isə əlində qılınc süpürəşənlərin ətrafına fırlanır,nə edəcəyini bilmirdi.Axırda Otan dözməyib Daraya qışqırdı:

-Vur da! Nə durmusan!

-Axı qorxuram qılınc sənə dəyə.

-İkimizi də vur!

Dara gözünü yumub qaranlıqda süpürüşənlərə qılıncla zərbə endirdi.Xoşbəxtlikdən qılınc Qaumataya dəydi.Midiya maqı yerindəcə canını tapşırdı.

Səhər açılanda saray əyanları farsları yığıb əhvalatı onlara danışdılar.

Kirin nəslindən padşahlıq taxtına oturmağa heç kim qalmamışdı.Odur ki,saray əyanlarından biri təklif etdi ki ,Yunanıstanda olduğu kimi ağsaqqallar şurası yaratsınlar.Qo dövləti həmin şura idarə etsin.Lakin Dara buna etiraz etdi:

-Xalq hakimiyyəti Yunanlarda qəbul olunub.Ancaq biz yunan deyilik,farsıq. Başqa xalqın adətini götürüb özümüzünkündən imtina etmək bizə yaraşmaz. Bizə padşah lazımdır.

Farslar Dara ilə razılaşdılar.Onlar bu qərara gəldilər ki, Qaumatanın öldürülməsində iştirak edən yeddi əyandan biri İranın padşahı olsun. Sözü bir yerə qoydular ki, səhər hamısı atlanıb şəhər darvazasına çıxsınlar.Şəhərdən çıxandan sonra kimin atı birinci kişnəsə,o da padşah olsun.

Daranın bir ağıllı mehtəri var idi.Məsələnin nə yerdə olduğunu bilən mehtər qərara gəldi ki,ağasına kömək etsin.Daranın ilxısındakı atlardan birinin yenicə bir balası olmuşdu.Mehtər gecə ikən bu dayçanı götürüb şəhər darvazasından çıxardı və yaxın bir yerdə gizlətdi.

Səhər açıldı, yeddi fars əyanı ata süvar olub şəhər darvazasından çıxdılar.Bir az getmişdilər ki,Daranın madyanı balasının iyini hiss etdi və kişnədi.Qalan əyanlr atdan düşüb Daranın qabağında diz çökdülər və “Əhəmənilər hökmdarı Daraya eşq olsun!” dedilər.

Daxili çəkişmə

[redaktə | mənbəni redaktə et]

II Kambisin bacarıqsız idarəsi nəticəsində İranda taxt Smerdisin əlinə keçmişdi. Ölkə iç savaşın ucuna gəldiyi sırada Kambis intihar etdi.

Ancak sarayda Smerdisin bir saxtakar olduğu fikri yayılırdı. Bəzilərinə görə taxtda oturan şəxs Böyük Kirin oğlu Smerdis değil, Qaumata adında bir məcusi kahin, maqdı. Ölümsüzlərin sərkərdəsi olan general Dara bu söyləntiləri yayaraq Smerdisə qarşı üsyan bayrağı qaldırdı. Soylularla birləşərək Smerdisi devirdi və şah oldu.

İmperianın qızıl çağı

[redaktə | mənbəni redaktə et]

Kir Asiyada gedə biləcəyi ən uc nöqtəyədək getmiş və orada ölmüşdü. Kambis də Afrikada ən uc nöqtəyə çatmış və ölmüşdü. Daranın imperiyası Avropa yönündə genişlətməyə qərar verdi.

Qərbi Anadoluda İonların üsyanı farsların diqqətini çəkdi. Üsyanı Yunan şəhərlərinin dəstəklədiyini başa düşdükdə Dara Egeyin qarşı yaxasına səfər etmək qərarına gəldi. Ancaq Yunanıstan gözlənəndən daha zorlu bir düşmən çıxdı, döyüşən şəhərlərin direnişi və coğrafi maneələr üzündən üzülən İran ordusu Marafonda məğlubiyyətə uğradı.

Trakiya və Makedoniyanı istila edən Dara, şimal bozqırlarındaki İskit savaşçılarının üzərinə yürüş etsə də, önəmli bir nəticə əldə edə bilmədi.

Dara dönəmində imperiya ən geniş sərhədlərinə malik oldu. Tikintisinə Böyük Kirin başladığı ticarət yolları tamamlanaraq çatdırılma asanlaşdı. Sərhədlər içindəki sülh və istiqrar sayəsində iqtisadiyyat inkişaf etdi və Aralıq dənizinin qərbinədək uzanan ticarət xətləri quruldu.

Daranın hökmü altına girən muxtəlif millətlər arasında qısmən huzur təmin edilmişdir. Yəhudilərə dini sərbəstlik verildi. Misirdə bir tapınak inşa edildi. Yunan kahinlərinə önem verildi.

Dara dönəmindəki ən böyük bayındırlık fəaliyyəti isə Persepolis adlı yeni mərkəzin inşa edilmesi oldu.

Üsyanların yatırılması

[redaktə | mənbəni redaktə et]

I Dara hakimiyyətə gəldikdən sonra Əhəməni dövlətinə daxil olan ölkələr üsyan qaldırdılar. İlk növbədə Elam və Babilistan müstəqillik elan etdilər. Bisütun kitabəsi Elam üsyanını belə şərh etmişdi: "Şah Dara deyir: - Mən Qaumatanı öldürəndən sonra Upadarmanın oğlu Assina adlı bir adam Elamda üsyan qaldırdı. O, camaata deyirdi: "Mən Elam hökmdarıyam". Elamlılar qiyam qaldırdılar və bu Assinanın tərəfinə keçdilər. O, Elamda hökmdar oldu". I Dara üsyanın genişlənməsinə imkan vermədi. Assinaya qarşı hərbi dəstə göndərdi. Yəqin ki, onun dəstəsi Elamda müqavimətə rast gəlmədi. Assina tutuldu, əl-qolu bağlı Daranın hüzuruna gətirildi və sonra da edam edildi. Bir müddət sonra Elamda yeni üsyan cəhdi göstərildi. Bu dəfə üsyanın başında fars Martiya dayanırdı. Lakin üsyan geniş vüsət almadı. Bisütun yazısı qeyd edir: "O, camaata deyirdi: "Mən Elam hökmdarı Ummanişəm". Bu zaman mən (yəni Dara) Elamın yanında idim. Elamlılar məndən qorxdular, başçıları Martiyanı tutdular və onu öldürdülər". Elamda baş verən üsyanlar asanlıqla yatırıldı. Elam e.ə. 520-ci ildə də üsyan qaldırdı. Bu üsyan da uğursuz oldu. Üsyan başçısını tutub edam etdilər. İlk üsyanlardan biri də Babilistanda baş verdi. Bisütun kitabəsi üsyanın başlanğıcını belə təsvir etmişdir: "Babilli Nidintu-Bel adlı bir adam Babildə üsyan qaldırdı. Camaatı o belə aldadırdı: "Mən Nabonid oğlu Navuxodnosoram". Belə olduğu təqdirdə Babil camaatı hamısı bu Nidintu-Bellin tərəfinə keçdi. Babil qiyamçı oldu, o, isə Babildə hakimiyyəti ələ keçirtdi.". I Dara Babil üsyanın yatırılmasında şəxsən iştirak etdi. Ordu Dəclə çayını keçdi. E.ə. 522-ci iİin dekabrında çay sahilində döyüş baş verdi. Üsyançılar məğlub oldular. Nidintu-Bel yeni qüvvə toplayaraq Fərat çayı yaxınlığında I Dara ilə rastlaşdı. I Dara bu döyüşdə də üsyançı dəstələrə qalib gəldi. Bisütun kitabəsi davam edir ki, "Nidintu-Bel az bir süvari dəstəsilə qaçdı və Babilə gəldi. Onda mən Babilə yola düşdüm. Ahuramazdanın iradəsi ilə mən Babili tutdum və Nidintu-Beli ələ keçirdim. Sonra mən bu Nidintu-Bel və onunla olan adamları payaya keçirtdim. Cəmi 49 adam edam etdim". I Dara Babilistanda olarkən Fars (Parsa), Midiya, Marqiana, Parfiya, Misir, Sattaqidiya, Saqartiya, Saklar üsyan qaldırdılar. Həmçinin elamlılar da artıq ikinci dəfə üsya qaldırmışdılar. Vəziyyətin bu gedişi Əhəməni dövlətinin dağılması təhlükəsi yaratmışdı.

Marqiana üsyanı

[redaktə | mənbəni redaktə et]

Bisütun yazılarından məlum olur ki, Əhəməni dövlətinin şərq vilayəti - Marqianada Frada adlı şəxsin başçılığı ilə üsyan qalxmışdı. O, özünü şah elan etmişdi. Güman ki, Frada Marqiana satrapı olmuşdur. Lakin Bktriya satrapı Dadarşiş I Daranın göstərişi ilə e.ə. 522-ci il oktyabrın 10-da öz qoşunları ilə üsyanı yatırdı. I Dara üsyanın yatırılmasını belə təsvir edir: “Marqiana adlandırılan ölkədə Frada adlı birisi özünü şah elan eləyərək əhalini mənə qarşı üsyana qaldırdı, Onda mən, Dardaşişı - mənim sadiq Baktriya satrpımı onların üzərinə göndərdim və dedim…get məhv elə oları… mənə tabe olmayanları. Dardaşiş qoşunla onların üzərinə getdi marqianalılar döyüşü uduzdu. Axuraməzdanın iradəsilə mənim qoşunum üsyançı qoşunu tamamilə məğlub etdi. Bu assiya ayın 23-cü günündə idi, döyüş oldu. Bundan sonra ölkə mənimlə oldu.” Üsyan nəticəsində 55200 nəfər həlak oldu, 7 minə yaxın isə əsr aparıldı sonar qul kimi satıldı. Hadisənin nəticəsi göstərir ki, Marqiana üsyanı ümumxalq hərəkatı xarakteri daşıyırdı.

Pars və Araxoziya üsyanları

[redaktə | mənbəni redaktə et]

Dövlətin əsas dayağı olan Pars (Fars) və Midiyanı da üsyan alovu bürümüşdü. Farsda Vahyazdata adlı bir nəfər üsyan qaldırmışdı. O, camaata deyirdi ki, "Mən Kuruşun oğlu Bardiyəm". Orada yerləşdirilmiş Əhəməni ordusu üsyançının tərəfinə keçmişdi. I Dara üsyançılara qarşı yanında olan Midiya və Pars ordularını göndərdi. Bu zaman Araxoziya da (İranın şərqində) Vaxyazdata üsyanına qoşulmuşdu. I Dara ordunun bir hissəsini e.ə. 522-ci il dekabrın 29-da bir tərəfdə Kapişakaniş qalasında Vaxyazdata qarşı, digər bir hissəsini isə Aroxis satraplığınnda qalxmış üsyanı yatırdmaq üçün onun sadiq satrapı Vivana köməyə göndərmişdi. Vaxyazdatanın verdiyi itgilərə (303 nəfər) baxmayaraq bu döyüşdə heç bir tərəf qətiyyətli qələbə qazanmadı. E.ə. 521-ci ilin fevralın 21-də Qandutava ətrafnda döyüşdə Vivana üsyançıların müqaviməti qəti olaraq qırdı. Üsyançılar bu döyüşdə xeyli (4579 nəfər) itki verərək Ərşad(Arşad) qalasına çəkildilər. Mart ayında isə Vivan üsyançıları məğlub edərək üsyançı ordunun rəhbərləri edam etdirdi. Lakin Parsda üsyan davam edirdi. Vaxyazdata həmin ilin yay aylarına kimi öz hakimiyyətini Farsda saxlaya bildi. E.ə. 521-ci il mayın 25-də İran sərkərdəsi Artavardiyanın ordusu Vaxyazdatanı ağır məğlubiyyətə uğratdı. Üsyançılar 4404 nəfər itirdilər. Vaxyazdata qaçaraq yenidən ordu topladı. E.ə. 521-ci il iyulun 6-da başvermiş döyüşdən sonra o, 10 mindən çox (6246-ölü, 4464-əsir) üsyançı itirdi. Vaxyazdata məğlub oldu və əsir düşdü. Onu ən yaxın 52nəfər silahdaşları ilə birlikdə payaya keçirtdilər. Beləliklə, Fars üsyanı yatırıldı. Bu üsyanın əsas iştirakçıları farslar idi.

Midiya-Parfiya-Hirkaniya üsyanları

[redaktə | mənbəni redaktə et]

I Dara şəxsən Midiya üsyanının yatırılması ilə məşğui oldu. Bisütun kitabəsi Midiya üsyanını belə təsvir etmişdi: "Fravartiş adlı bir midiyalı adam Midiyada üsyan qaldırdı. Camaata o belə deyirdi: "Mən Fravartişəm, Huvaxıştra nəslindənəm". Onda Midiya saray ordusu məni tərk etdi və Fravartişin tərəfinə keçdi. O, Midiyanın hökmdarı oldu. I Dara sərkərdə Vidarnanı Midiya üsyanını yatırmağa göndərdi. Ona tapşırdı ki, "gedin, məni tanımayan Midiya ordusunu məhv edin". İlk döyüş e.ə. 521-ci ilin yanvarın 12-də Midiyanın Maruş şəhəri yaxınlığında baş verdi. Üsyançılar güclü müqavimət göstərdilər. Üsyan uzun müddət davam etmişdi. Vidarna üsyançılara qarşı heç bir hərbi əməliyyat apara bilmirdi və I Daranın gəlişini gözləyirdi. Həmin il mayın 7-də I Dara yeni qüvvələrlə Midiyaya daxil oldu. Kunduruş şəhəri yaxınlığında Fravartişin qoşunu ilə döyüş başlandı. Döyüşdə 34 mindən çox üsyançı həlak oldu, 18 mini isə əsir düşdü. Məğlub olmuş Fravartiş Raqa (ind. Rey) şəhərinə qaçdı. Arxasınca göndərilmiş dəstələr onu tutub Daranın yanına gətirdilər. I Dara Bisütun kitabəsində öyünür ki, "mən onun burnunu, qulaqlarını və dilini kəsdim, gözlərini çıxartdım. Onu buxovlayıb mənim darvazamın önündə qoymuşdular ki, bütün camaat görsün. Sonra Ekbatanada onu və ən görkəmli silahdaşlarını payaya keçirdim". Parfiya və Hirkaniya həmçinin üsyana qoşulmuşdular. Onlar Midiyada özünü hökmdar elan etmiş Fravartişin tərəfinə keçmişdilər. Bisütun kitabəsində I Dara bu haqda belə yazırdı: "Parfiya və Hirkaniya mənə qarşı üsyan qaldırdılar və Fravartişin tərəfinə keçdilər. Mənim atam Viştaspa Parfiyada idi. Camaat onu tərk etdi və üsyan qaldırdı". E.ə. 521-ci il martın 8-də Viştaspa üsyançılara qarşı çıxış etdi, lakin döyüş tam qələbə ilə qurtarmadı. I Dara Raqadanı atası Viştaspın köməyinə əlavə qüvvələr göndərdi. E.ə. 521-ci il iyulun 12-də Viştaspa üsyançılara qarşı yenidən döyüşə girdi. Üsyançılar məğlub oldular. 13 minə qədər üsyançı həlak oldu, 8 mindən çoxu əsir düşdü. Üsyan başçılarından 80 nəfər edam etdirildi.

Arminiya və Saqarti üsyanları

[redaktə | mənbəni redaktə et]

Midiya üsyanı I Dara üçün ən təhlükəli idi. Bu üsyanın digər vilayətlərə də təsiri oldu. İranın şimal-qərbində Arminiya və Saqartilər üsyan qaldırdılar. Bisütun kitabəsinin məlumatına görə, Saqarti üsyançıların başçısı Çissataxmaya deyirmiş: "Mən Saqartiyanın hökmdarıyam, Huvaxıştra nəslindənəm". I Dara bu qiyamının yatırılmasına qarşı midiyalı sərkərdə Tahmaspadanı göndərdi. Üsyançılar məğlub oldular, başçıları Çissataxmayanı isə burnunu, qulağını kəsdikdən sonra Arbela (ind. Ərbil) şəhərində onu da payaya keçirdilər. Arminiyada (keçmiş Urartu torpaqlarında) başlamış üsyanı yatırmaq üçün I Dara iki sərkərdə (Dadarşiş və Viumis) göndərməli oldu. Üsyan e.ə. 522-ci ilin dekabrında başlamış və 521-ci ilin iyun ayına kimi davam etmişdi. Bisütun yazısında nə üsyan başçısının adı, nə də üsyançıların etnik mənsubiyyəti bildirilmir. Buna görə elmi ədəbiyyatda üsyançıların skit, yaxud erməni tayfalarından ibarət olması mülahizəsi irəli sürülmüşdü. Nəzərə alınmalıdır ki, üsyan əslində keçmiş Assuriyanın şimal torpaqlarında vüsət almışdı. Burada isə tarixən hurrilər, urartlar, skit-sak və başqa etnoslar təmsil olunmuşdular. Güman etmək olar ki, bu etnoslar hələ öz etnik simalarını itirməmişdilər və üsyanda iştirak edirmişlər. E.ə. 522-ci ildə üsyançı arminilər cənuba irəliləməyə başladı və Assuriya əyalətinə soxuldular. Viumisun başçılıq etdiy I Daranın ordusu üsyançılarla dekabrın 31-də İzarın yaxınlığında qarşılaşdılar. Hərçənd Bahistun yazıları iddia edir ki, qiyamçılar tamamilə məhv edildi, lakin görünür əksinə olmuşdu. I Daranın ordusu zəifləmişdi, çünki bu döyüşdən sonra Viumisu 5 ay ərzində aktiv hərbi hərəkətlərdən yayınırdı. Buna görə də I Dara Dadarşişin başcılıq etdiyi digər ordu hissəsini Viumisun köməyinə göndəedi. E.ə 521-ci il mayın 21-də Dadarşişin dəstələri Zuza kəndində ətrafında gedən döyüşdə arminiləri dağıtdı. 6 günü sonra, mayın 27-də o, yenidən Pələng qalasında döyüşdə qələbə qazandı. İyunun 21-də o, Viama qalasında usyançıları bir daha məğlub etdi. Viumisu isə iyunun sonunda üsyançı arminlərin üzərində son qələbəni qazandı. Beləliklə, 7ay davam edən mübarizədən sonra üsyan yatırıldı. Bütün döyüşlər ərzində üsyançılardan beş mindən artıq (5097) adam həlak olmuşdu, iki mindən çox (2203) adam isə əsir düşmüşdü. Bu rəqəmlər göstərir ki, başqa üsyanlara nisbətən bu üsyan kütləvi olmamışdı.

Babilistanın növbəti üsyanı

[redaktə | mənbəni redaktə et]

Babilistan yenidən müstəqillik əldə etmək üçün cəhd göstərirdi. Bu dəfə üsyanın başında Araha dayanırdı. O, özünü Navuxodonosorun oğlu Nabonid kimi təqdim edirdi. Bisütun kitabəsi onu gah erməni (Arminiya ölkə adına uyğun), gah da urartulu adlandırır. Yəqin ki, o, Urartu sakini olmuşdur. Bir qədər əvvəl I Daranın burada qalxmış üsyanın yatırılmasına baxmayaraq baillilər yenidə öz müstəqilikləri uğrunda mübarizəyə qalxmışdılar. Bu haqda sənədlər göstərir ki, üsyançılar artıq e.ə. 521-ci il avqustun 16-da Babilistana birləşdirilmiş Borsipp, Sippar və Uruku tutmağa müəssər olmuşdular. I Dara e.ə. 521-ci il noyabrın 27-də Vindafarn başçılığı ilə üsyanı yatrdı, 2500 adam öldürüldü, üsyan başçısını Babilistanda payaya keçirdi. Babilistanda qalxmış ikiqat üsyanına baxmayarq I Dara onlara rəhm elədi və paytaxta toxunmadı. Yenə əvvəlki kimi sənədlər Daranın adı ilə “Babilistan şahı, düyanın hökmdarı” yazılmağa başladı. Rəsmi yazışmalar, Bisütunun surətləri və başqaları burda babilistan dilində yazılırdı. Amma Yeni il günündə tac qoymalar və çar çıxışları görünür, ləğv edilmişd. Herodot hətta bu haqda göstərir ki, Daranın niyyəti Babilistandan onun palladiumunu Mardukanın qızıl heykəlini, aparmaq idi, amma " cürət etmirdi"; başqa sözlə, hansısa birə naməlum qüvvə ona mane olurdu və o öz niyyətini – Babilistanın hakimiyyətini dağıtmğı sona qədər apara bilmirdi.

Üçüncü Elam üsyanı

E.ə. 520-ci il elamlılar yenidən üsyana qalxdılar. Bu üsyana Atamayta (elam. Attaxamiti-İnşuşinak) başçılıq edirdi. Digər üsyançılar kimi o da özünü şah ela etmişdi və özündən başqa digərlərini tanımırd. Lakin I Daranın göstərişi ilə fars sərkərdəsi Qaubaruv üsyançılar qarşı hərəkətə keçdi. Elamlılar məğlubiyyətə uğradılar. Atamayta əsir düşərək I Daranın yanına gətirildi və edam edildi.

I Daranın xarici siyasəti

[redaktə | mənbəni redaktə et]

I Dara böyük çətinliklə üsyanları yatırtdı. Döyüşlər zamanı 100 mindən çox üsyançı həlak oldu, əsir düşmüş üsyançılar qul halına salındı. Üsyanlar əslində kor-təbii xüsusiyyət daşıyırdı, üsyan qaldırmış ölkələr arasında birlik yox idi. Ancaq Midiya üsyanına Assuriyanın şimalı, Saqartiya, Parfiya və Hirkaniya qoşulmuşdu, lakin onlar da etiraz çıxışlarını ayrı-ayrılıqda edirdilər. Üsyanlar müdafiə xüsusiyyəti daşıyırdı. Üsyan etmiş ölkələr arasında Azərbaycan torpaqları yad edilməmişdir. Ola bilsin ki, Azərbaycan əhalisi üsyana qoşulmamışdı. Herodotun verdiyi məlumata görə, Araz çayından şimalda yaşayan xalqlar ancaq könüllü olaraq Əhəməni dövlətini tanımış və ona xərac verməyə boyun olmuşdular. Herodot yazırdı: "Qafqaz sıra dağlarınadək qonşuları kimi, Kolxidalılar da öz üzərlərinə könüllü hədiyyə verməyi götürdülər. Farsların hakimiyyəti bu sıra dağlara qədər gəlib çatır, lakin Qafqazdan şimalda yerləşən ölkələr fars hakimiyyətini tanımaq belə istəmirlər". Beləliklə, Araz çayından şimalda yaşayan xalqlar Əhəməni dövlətini tanımışdılar, lakin ona tabe deyildilər. E.ə. 522-521-ci illər ərzində Əhəməni dövlətini bürümüş üsyanlar yatırıldı və Əhəməni dövləti təxminən əvvəlki hüdudlarında bərpa edildi.

Saklara qarşı yürüş

[redaktə | mənbəni redaktə et]

I Daranın xarici siyasəti yad ölkələrin işğalına yönəldilmişdi. O, ilk növbədə skit və sak tayfalarına qarşı yürüşlər təşkil etdi. Elmi ədəbiyyatda I Daranın bu tayfalara qarşı hərbi yürüşlərinin istiqaməti və illəri mübahisəyə səbəb olmuşdur. Qaynaqlar sakları müxtəlif cürə adlandırırdılar: haumavarqa , tiqrahauda və dəniz arxası saklar. E.ə. 519-cu ildə I Dara tiqrahauda "şiş papaq" sakların ölkəsinə qarşı qoşun yeritdi. Bisütun kitabəsi bu haqda belə məlumat verir: "Bundan sonra mən ordu ilə Sak ölkəsinə, ucu şiş papaq qoyan saklara qarşı getdim. Çaya çatdım, onu ordu ilə keçdim. Bundan sonra sakları darmadağın etdim, qalanını əsir tutdum. Skunha adlı başçılarını tutub mənim yanıma gətirdilər. Mən başqasını onlara başçı təyin etdim, öz bildiyim kimi. Bundan sonra ölkə mənim oldu". Elmi ədəbiyyatda bu yürüş barədə müxtəlif mülahizələr irəli sürülmüşdü. Bir fikrə görə, I Dara Qara dəniz sahili skitləri ölkəsinə səfər etmişdi. Digər fikrə görə, o, Orta Asiya saklarına qarşı çıxış etmişdi. Hətta Bisitun yazılarından birində zədələnmiş halda qalmış məlumata görə I Dara Amudərya və Sırdərya çaylarına qədər olan aşağı Mesopotomiyanın ərazilərini, həçinin burada yaşayan apasiyak tayfalarını işğal etmişdi. Nəzərə almaq lazımdır ki, Araz çayından şimalda yerləşən etnoslar Əhəmənilərə könüllü itaət edirdilər. Ola bilsin ki, orada yaşayan saklar başda Skunşa olmaqla müstəqil siyasət yürüdürdülər. I Dara onları Əhəməni dövlətinə qəti tabe etmək məqsədilə müharibəyə başlamışdı. Qələbədən sonra o, ancaq sakların başçısını dəyişmiş və istədiyi adamı hakim qoymuşdu.

I Daranın Afrika səfəri

[redaktə | mənbəni redaktə et]

E.ə.518-ci ildə I Dara Misirə yola düşdü. Burada da daxili hərc-mərclik, Əhəməni satrapına (canişininə) qarşı narazılıq vardı. Dara Misirdə yeni satrap təyin etdi. Daranın göstərişi ilə Nil çayını Qırmızı dənizlə birləşdirmək üçün burada kanal çəkilişinə başladılar. Arxeoloji araşdırmalar zamanı Suveyş kanalı yaxınlığında Daranın kitabəsi aşkar edilmişdi. Kitabədə kanalın çəkilişi barədə məlumat verilmişdir: "Mən Darayam, - böyük şah, şahlar şahı, xeyli ölkələr şahı, bu böyük və geniş ölkənin şahı, Viştaspın oğlu, Əhəməni nəslindənəm. Şah Dara deyir: Mən farsam. Farsdan Misiri (Mudraya) tutdum. Mən Misirdə axan Nil (Pirava) çayından Farsdan (İrandan) başlayan dənizə kimi bu kanalın çəkilməsini əmr etdim. Mən əmr etdiyim kimi kanal qazıldı. Gəmilər Misirdən Farsa kanal vasitəsilə üzməyə başladılar". I Dara Aralıq dənizini Qırmızı dənizə birləşdirən kanalın çəkilişini ilk dəfə başa çatdırmış və müvafiq kitabə tərtib etdirmişdi. I Dara Misir adət-ənənəsinə hörmətlə yanaşırdı. O, məbədləri bərpa edir, qiymətli nəzir-qurban verirdi. Kahinlər Daranı Neyt ilahəsinin (Saisdə) oğlu elan etmişdilər. Dara Misirdə olduğu müddətdə Liviya və Nubiyanı işğal etmişdi. Heradotun verdiyi məlumata görə: hələ II Kamizin dövründə yunan Kirenasında (Liviya) da üsyan qalxmışdı üsyançıların başında III Arkesilay (e.ə. 530-515ci illər) və anası Feretima dururdu. E.ə. 525-ci ildə II Kambiz Misiri tutduqdan sonra Kirena da İranın bir əyalətinə çevrildi və III Arkesilay İranlılara vergi ödəmək məcburiyyətində qaldı. Lakin e.ə. 518-ci ildə III Arkesilay fars ağalığına qarşı üsyan qaldırdı. Amma üsyan amansızcasına yatırıldı, III Arkesilay və və anası Feretima Salamina krallığına - Evalfonun yanına qaçdılar. III Arkesilay Evalfonun və Samosluların (yunan ada dövlət) köməyi ilə Kerinaya qayıdaraq yenidən hakimiyyəti ələ aldı və iranlılardan qisas almağa başladı bu zaman o, Barka kralı Alazeyraya (III Arkesilay onun qızına evlənmişdi) arxalanırdı. lakin bu dəfədə də o, uğursuzluqla qarşılaşdı və e.ə. 515-ci ildə Barkaya qaçdı və orada öldürüldü. Qeyd etmək lazımdır ki, III Arkesilay öldürüldükdən sonra hakimiyyətə oğlu IV Batt gətirildi, laki faktiki olaraq hakimiyyəti Feretima idarə edirdi. Oğlunun ölümündən sonra Feretima qisas almaq üçün Misir canışıni Arianddan kömək istədi, o isə fürsətdən istifadə edib liviya tayfalarını və yunan Kirenasını tutmaq məqsədilə ona (Feretimaya) iran ordusu və donanmasını göndərdi. Farslar orduları Liviyadan keçərək Barkanı mühasirəyə aldılar. Doqquz aylıq mühasirədən sonra Barka əhalisi təslim oldu. III Arkesilayanın ölümündə gunahkar bilinənlər tutularaq Feretimaya verildi. Feretima onları şəhərin ətrafında payalara keçirtməyi, arvadlarının isə sinələrini kəsərək şəhər divarlarına asmağı əmr etdi. Bundan sonra fars qoşunu əks yola hərəkət edərək Kirenanı tutmağa yönəldilər lakin bu baş tutmadı, geridə qalmış fars ordusunun xeyli hissəsi liviyalılar tərəfindən məhv edildi. Çox güman ki, bu dövrdə Kuş (Nubiya) ölkəsi də farslarla mübarizə aparıdı. Hətta uzaq Karfagen belə I Daranın hakimiyyətini tanıyırdı. Bu barədə qədim Roma tarixçisi Yustin (Mark Yunian Yustin - b.e. III əsr) qeyd edir ki, guya fars səfiriləri Karfagenə gələrək böyük hökümdarın I Daranın -insanları qurban verməmək, itləri yeməmək, ölüləri torpağa bastırmamaq... - kimi tələblərini bildırırdılar. Karfagenlilər bu tələblərlə razılaşırdılar, lakin yunanlara qarşı birgə ittifaq bağlamaqdan boyun qaçırırdılar. Görünür bu hekayə zərdüşt dininin daha əvvəlki dövrünə aiddir.

Karfagenin fars hakimiyyətini nə dərəcədətanımalarını demək çətindir. Hər halda, "Nakşi-rustam"də tabe olunmuş afrika xalqlarının arasında Kuş, Punt, maksiyalılar(liviyalılar) və "Karka"-nın (Karfagenin) da adı çəkilir.

I Dara Hindistan yürüşü

[redaktə | mənbəni redaktə et]

Təxminən e.ə. 517-ci ildə Dara Hindistan ərazisinə yürüş təşkil etmişdi. Ölkənin şimal-qərb hissəsi Əhəməni torpaqlarına qatılmışdı.

Egey dənizi hövzəsin yürüş

[redaktə | mənbəni redaktə et]

I Dara Egey dənizi sahillərinə hərbi ekspedisiya göndərmişdi. Bu dövrdə Egey sahillərində ən güclü dövlət Samos müstəqil şəhər dövləti idi. Samos həmçinin gclü donanmaya sahib idi. E.ə. 522-ci ildə Samos tiranı Polikrat Lidiya canişini Sard Oret hiyləilə onun öldürtmüşdü. Belə ki, guya II Kambiz Oreti öldürmək istəyir, və onu öldürənə də (Oretin) xəzinəsinin yarısını vəd edib. Buna görə də Oret Polikratdan xahiş edir ki, onun xəzinələrini qəbul etsin, əks təqdirdə onu öldürəcəklər. Satrapın sözlərinə inanmayan Polikrat öz köməkçisi (katibi) Meandrı onun yanına göndərərək xəzinənin döğruluğundan əmin olur. Yalnız bundan sonra o Maqnesiyaya gedir lakin onu orada tutaraq edam edirlər. Samosda isə hakimiyyət Polikratın müavini Meandr idarə edir. E.ə. təxminən 517-ci ildə Başda Otan olmaqla (hansı ki, Qaumatanın ölümündə iştirak edən 7 nəfərdən biri idi) qəfil hücumla Samos adası işğal edildi və farsların hakimiyyəti altına keçdi. Pilokratın qardaşı, I Dara ilə hələ lap əvvəldən tanış olan Siloson adanın canişini təyin edildi. Bubun ardınca e.ə. 517-ci ildə Lemnos, və Xios adaları da Əhəmənilərin hakimiyyətini tanıdı.

Skitlərlə mübarizə

[redaktə | mənbəni redaktə et]

Əhəməni ordusu Hellespontu (Bosfor boğazı) keçərək Frakiya torpaqlarını tutdu. Buradan Dunay (İstr) çayına doğru hərəkət etdi, gəmilər üzərində düzəldilmiş körpünü keçərək Qara dəniz sahili skitlərinə qarşı müharibəyə başladı. Skitlər döyüşə girişməyə cürət etmədilər. Onlar ölkənin dərinliklərinə geriyə çəkilərək Daranın ordusunu öz arxasınca gəlməyə məcbur etdilər. Skitlər yol boyu bulaq, quyu və otlaqları xaraba qoyub, mal-qaranı qovaraq aparırdılar və bunula da Daranın ordusunu ərzaqdan məhrum edirdilər. Onlar hərdənbir hücuma keçir və Əhəməni dəstələrini dağıdırdılar. Herodotun verdiyi məlumata görə, skitlər Daraya quş, siçan, qurbağa və beş ox göndərdilər. Dara bunu skitlərin itaəti kimi qəbul etdi. Lakin onun silahdaşı Qobri bunu ayrı cürə yozdu. Onun yozumuna görə skitlər bununla demək istəyirlər ki, "Əgər siz farslar, quş kimi göyə uçmasanız, siçan kimi torpaq altına girməsəniz, qurbağa kimi bataqlığa hoppanmasanız bu oxlarla vurulub geri qayıda bilməyəcəksinz". I Dara müharibənin uğursuz olacağını başa düşərək, geriyə qayıtmaq qərarına gəldi. Əhəməni ordusu Dunay çayını keçib, Asiyaya qayıtdı. E.ə. 512- ci ildə skitlərə qarşı təşkil olunmuş bu yürüş uğursuz başa çatdı. Lakin İran ordusu başda Meqabiz olmaqla Frakiyanı, Makedoniyanı Əhəməni dövlətinə tabe etdi. Bu ölkələrdə İran hərbi dəstələri yerləşdirildi. I Daranın dövründə Əhəməni dövlətinin qüdrəti daha da artdı. Onun hüdudları Egey dənizindən Hindistana və Efiopiyaya kimi çatırdı. Bisütun kitabəsi onun adından qeyd edirdi: "Mənim sahib olduğum padşahlıq budur: Soqda arxasında olan skitlərdən Efiopiyaya kimi, Hindistandan Lidiyaya kimi". Əhəməni dövlətinin tərkibinə 80-dən artıq xalq daxil imiş.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
I Dara
Doğum: e.ə. 550 Vəfat: e.ə. 486
Hakimiyyət titulları
Sələfləri 
Qaumata

Əhəmənilər imperiyası Şahı

e.ə. 522- e.ə. 486
Xələfləri 
I Kserks