Tadeuş Svetoxovski, bəzən Tadeuş Svyatoxovski kimi qeyd olunur (pol. Tadeusz Świętochowski; 28 aprel 1934, Lill – 15 fevral 2017, Nyu-York, Nyu-York ştatı) — Polşa və ABŞ tarixşünası, Qafqazşünas və Azərbaycanşünas; Monmaut Universiteti, Xəzər Universiteti və Bakı Dövlət Universitetinin fəxri professoru və Mərkəzi Avrasiya Araşdırmaları Cəmiyyətinin fəxri üzvü.[1]
Tadeuş Svetoxovski | |
---|---|
Tadeusz Świętochowski | |
Doğum tarixi | 28 aprel 1934 |
Doğum yeri | |
Vəfat tarixi | 15 fevral 2017 (82 yaşında) |
Vəfat yeri | |
Milliyyəti | Polyak |
Atası | Stanislav Svetoxovski |
Elm sahəsi | Müasir tarix |
Elmi dərəcələri | Tarix elmləri doktoru, professor |
Elmi adı | Tarix professoru |
İş yeri | Monmaut Universiteti |
Alma-mater |
Varşava Universiteti Kolumbiya Universiteti |
Təhsili | |
Elmi rəhbəri | Edvard A. Allvort |
Tanınmış yetirməsi | Əli Rasizadə |
Vikianbarda əlaqəli mediafayllar |
Tadeuş Svetoxovski 1932-ci ildə Fransada Polşa diplomatı Stanislav Svetochovskinin ailəsində anadan olmuşdur. 1939-cu ildə Polşanın SSRİ və Almaniya arasında bölünməsindən sonra, onun atası Moskvaya sürgün edilib Butyrskaya həbsxanasında öldürüldü. Müharibədən sonra Tadeuş Svetoxovski Amerikaya hicrət etdi və Nyu-Yorkda Kolumbiya Universitetini bitirdi.[2][3] Çox zəhmət çəkdikdən sonra Monmouth Universitenin tarix fakültəsində bir iş tapdı və nəticədə bu universitetin tarix professoru oldu.[4] 15 fevral 2017-ci ildə Nyu-Yorkda vəfat etdi, vətəni Varşavada dəfn edilib.[5]
Bu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |