Taişi

Taişi (çin. 太师) ― Böyük Ustad[1] və ya Böyük Təlimçi[2] kimi tərcümə edilən çin titulu. Bu titul Çinin Çjou sülaləsidə ən yüksək üç mülki vəzifələrdən biri idi. Digər ikisi müvafiq olaraq Böyük Tərbiyəçi (Taifu - 太傅) və Böyük Qoruyucu (Taibao - 太保) idi. Bu üç titul birlikdə Sanqonq kimi tanınırdı. Bu üç titulun adları və vəzifələri sonrakı sülalələrdə dəyişdi. Böyük Təlimçi adı Han sülaləsinin sonrakı dövrlərində, xüsusən də o zamankı çenhsian Dun Çjo tərəfindən istifadə olunmağa davam etmişdidi.

Taişi
Ənənəvi çincə: 太師
Sadələşdirilmiş çincə: 太师

O, həmçinin Şimali Yuan sülaləsində Börçigin nəslinin bir hissəsi olmayan güclü zadəganlar üçün bir titul kimi istifadə edilmişdir. Məsələn, Esen Taişi.

Rütbə Dayviet dövlətində təqlid edilmişdi.

  1. "Official Titles of the Han Dynasty: A Tentative List Compiled for The Han Dynasty History Project" (PDF). University of Washington. 34. January 17, 2013 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: March 4, 2013.
  2. de Crespigny, Rafe. To Establish Peace: being the Chronicle of the Later Han dynasty for the years 189 to 220 AD as recorded in Chapters 59 to 69 of the Zizhi tongjian of Sima Guang (PDF). Canberra: Australian National University. 1996. ISBN 978-0-7315-2526-3. 2012-08-13 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2023-02-17. Section Cp2:192 C