Talas döyüşü — 751-ci ildə bugünkü Qırğızıstan sərhədləri daxilindəki Talas çayı sahilində, Abbasilər və onların müttəfiqi olan Qarluqlar ilə Çinlilər arasında 5 gün davam edən döyüşdür. Çin ordusunun məğlubiyyəti ilə nəticələnən döyüş həm Çin, həm də Türk, həm də İslam tarixi baxımından mühüm hadisədir.[2]
Talas döyüşü | |||||
---|---|---|---|---|---|
Mərkəzi Asiyada Ərəb-Çin qarşıdurması | |||||
| |||||
Tarix | 751-ci ilin may-sentyabr ayları | ||||
Yeri | Qırğızıstan ərazisindəki Taraz şəhəri ətrafı (Talas çayının sahili)[1] | ||||
Səbəbi | Xilafetin Mərkəzi Asiyada irəliləməsi | ||||
Nəticəsi | Xilafətin qələbəsi | ||||
Ərazi dəyişikliyi | Xilafətin Mavəraünnəhrin bir hissəsini ələ keçirməsi | ||||
Münaqişə tərəfləri | |||||
|
|||||
Komandan(lar) | |||||
|
|||||
Tərəflərin qüvvəsi | |||||
|
|||||
İtkilər | |||||
|
|||||
|
Parçalanan Türkeşlərin Qara Türkeşlər adlanan qrupu 742-ci ildə çinlilərin dəstəyi ilə Tumoçanın komandanlığı altında müstəqilliklərini qoruya bildi. Keş şəhərindəki (indiki Daşkənd) Qara Türkeşlərin sonrakı hökmdarı Bahadur Tudun Çinli komandan Kao Siya Çe tərəfindən 751-ci ildə öldürüldü və bütün mülkü müsadirə edildi. Ardıyca da bütün şəhər çinlilər tərəfindən yağmalandı. Çinli komandanın Bahadur Tudun ilə razılığa gəlməsinə baxmayaraq onu öldürməsindən sonra Bahadur Tudunun oğlu qaçmağı bacardı və ərəblərdən kömək istədi.
Bu hadisələrdən bir il əvvəl Əməvi sülaləsi hakimiyyətdən qovulmuşdu və onların yerinə hakimiyyətə Abbasilər gəlmişdi (750). Əbu Həsən 745-ci ildə Əməvilərn Xorasan valisi Nəsr ibn Seyyarı məğlub edərək Xorasandan çıxartmışdı.
Türkeş şahzadəsinin kömək istədiyi zaman Xorasanın valisi olan Əbu Oğuz xan digər ərəb sərkərdələri kimi düşünmədi və kömək üçün Ziya ibn Salehi göndərdi.[3]
Talas döyüşündə iştirak edən orduların nə qədər şəxsi heyətdən ibarət olması barədə müxtəlif iddialar mövcuddur. Beləki ərəb qaynaqlarına görə Çin ordusunun sayı 100 min olmuş, Çin qaynaqlarına görə isə ərəb qoşunlarının sayı 200 min olmuşdur. Lakin bu rəqəmlərin həddindən artıq şişirdilməsi şübhəsizdir.
Qara Türkeşlərlə yanaşı Tibet imperiyası qoşunları ərəb ordusu tərəfindən döyüşdə iştirak edirdi. Çin ordusu isə daimi ordudan əlsvə Qarluqlardan və Fərqanə vadisindən muzdlu ordu toplamışdı.
751-ci ilin iyul ayında iki qoşun Talas çayının sahilində döyüşə başladı. Döyüş Çin ordusunun məğlubiyyəti ilə sonlandı. Bunun əsas səbəbi kimi Çin ordusunda xidmət edən Fərqanəlilərin və Qarlukların qəfildən Çin ordusuna qarşı hücum etməsidir. Beləki, Çin ordusunun əsas hissəsi irəlidə döyüşərkən muzdlu Qarluklar və Fərqanəlilər arxada gözləmə mövqeyində idilər. Lakin Çin ordusunun qərərgahına hücuma keçirlər. Arxadan hücum gözləməyən Çin ordusu sürətlə mövqelərini itirməyə başlayırlar. Qao Xianzhi qoşunun sürətlə məhv olduğunu görərək yerdə qalan hissəni qurtarmaq üçün geri çəkilmə əmri verir. Li Siyenin yardımı ilə qoşun geri çəkilə bilir. Ehtimal edilir ki, 10 min Tan sülaləsi ordusundan yalnız 2 min nəfəri geri çəkilə bilmişdir.[4]
Qao Xianzhi 755-ci ildə yeni və daha böyük bir ordu qurur. Lakin həmin vaxtda An Luşan üsyanı baş verir. Üsyançılar paytaxtı tuturlar. Bunun bir səbəbi də üsyan baş verən zaman bütün Çin ordusunun Mərkəzi Asiyaya cəmləndirilməsi idi. Beləcə ərəblərlə planlaşdırılan yeni müharibə planı həyata keçirilmədi və bütün ordu üsyanı yatırmaq üçün ölkənin içərilərinə aparıldı.
Bu döyüş ilə mətbəə ilk dəfə Çinin xaricinə çıxmışdır. Bununla yanaşı barıt, kağız və kompası da ərəblər ilk dəfə bu döyüş zamanı öyrənmişdirlər. Bu kəşflər isə sonradan zamanla Avropaya keçmişdir. Həmçinin Mərkəzi Asiya türklərinin İslam dini ilə ilk yaxın tanışlığının bu döyüşdə olduğu ehtimal edilir.[5] Əlavə olaraq da qeyd etmək lazımdır ki, Talas döyüşü Çinin Mərkəzi Asiyaya ekspansiyasın dayandırmışdır.[6]