Taleh Hacıyev

Taleh Hacıyev (19 avqust 1959, Bakı19 iyul 2008, Bakı) — pianoçu, konsertmeystr, bəstəkar.

Taleh Hacıyev
Ümumi məlumatlar
Doğum tarixi
Doğum yeri Bakı, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi (48 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
Anası Şəfiqə Axundova
Musiqiçi məlumatları
Fəaliyyəti bəstəkar, pianoçu, konsertmeyster
Musiqi aləti piano

Taleh Hacıyev 1959-cu il, avqustun 19-da Bakıda Azərbaycan bəstəkarı Şəfiqə Axundovanın ailəsində anadan olub. Anası ilə atası ayrıldığından kiçik Taleh anasının və onun yaxınlarının sevgisi, qayğısı ilə əhatələnib. Kiçik yaşlarından musiqiyə böyük həvəs göstərir və öz istedadı ilə diqqət çəkməyə başlayıb. Bülbül adına Orta İxtisas Musiqi Məktəbində və Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının, indiki Bakı Musiqi Akademiyası "bəstəkarlıq və pianoçuluq' fakültəsində təhsil alıb. Taleh Hacıyev 18–20 yaşlarından bəstəkar və pianoçu kimi fəaliyyətə başlayıb. İlk yazdığı "Belə qəmli dayanma" mahnısı, "Həyat, sən nə şirinsən" mahnıları bu gün də sevilir. Xüsusi mahnı yazmaq istedadı olmasına baxmayaraq sonralar Taleh Hacıyev daha çox pianoçu kimi tanınmağa başlayıb. Anası Şəfiqə Axundovanın tərəfindən yazılan ilk operanın konsertmeysteri də Taleh Hacıyev olmuşdur. Opera və Balet teatrında Şəfiqə Axundovanın "Gəlin qayası" operası səhnləşdirilərkən tamaşanın daxili baxışına qədər operanı Taleh Hacıyev müşayət etmişdir.[1]

Xalq artisti Flora xanım Kərimova Taleh Hacıyev haqqında danışanda onu "insan orkestr" adlandırırdı. Bu o deməkdir ki, Taleh Hacıyevin bir tək piano ifası böyük bir orkestri əvəz edə bilirmiş. Taleh Hacıyevin ən uğurlu işlərindən biri isə anası Şəfiqə Axundovanın "Həsrətindən" mahnısının pifano ifasıdı. Taleh Hacıyevin bəstəkar olduğu ən uğurlu iş isə hələ gənc yaşlarında bəstələdiyi "Belə qəmli dayanma" mahnısı olub və elə ilk dəfə 1976-cı ildə Flora Kərimova bu mahnını ifa edib. Mahnıları xalq artistləri Flora Kərimova, Məmmədbağır Bağırzadə, Elmira Rəhimova, Gülyaz Məmmədova, Gülyanaq Məmmədova ifa etmişdir. Bir çox dövlət tədbirlərində konsertmeystr kimi çalışmışdır. Yaradıcılığının ən parlaq vaxtında gənc yaşlarında ruhi xəstəliyə tutulub. Bu da onun həm sağlamlığına, həm də psixoloji durumuna çox pis təsir edib. Uzun müddət bu xəstəliklə mübarizə aparsa da, o, 2008-ci ilin iyul ayında Maştağada yerləşən ruhi əsəb xəstəxanasında vəfat edib.[2]

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. https://www.youtube.com/watch?v=svK6zAKQF8M
  2. https://www.youtube.com/watch?v=pTmI7R3bBXU
  3. https://www.youtube.com/watch?v=so5OjYewQWY
  4. https://www.youtube.com/watch?v=HWOaLTnMvsU
  1. Məşhur bəstəkarın ruhi dispanserdə ölən talesiz oğlu Taleh… – FOTOLAR[ölü keçid]
  2. "Eyni ayda vəfat edən ana və oğlu — iki musiqi nəhəngi". 2019-05-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-05-27.