Taleh Tahir oğlu Kazımov (11 sentyabr 1983, Bakı) — Azərbaycan Respublikası Mərkəzi Bankının sədri.[1] [2]
Taleh Kazımov | |
---|---|
Vəzifədədir | |
13 aprel 2022-ci ildən | |
Əvvəlki | Elman Rüstəmov |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 11 sentyabr 1983 (41 yaş) |
Doğum yeri | |
Təhsili |
|
Fəaliyyəti | bankir[d] |
Elmi fəaliyyəti | |
Elmi dərəcəsi | |
Vikianbarda əlaqəli mediafayllar |
Taleh Kazımov 11 sentyabr 1983-cü ildə Bakıda anadan olub. Ali təhsilini 2000–2004-cü illərdə Azərbaycan Texniki Universitetinin "Avtomatika və kompüter mühəndisliyi" fakültəsində alıb. 2004–2006-cı illərdə isə Azərbaycan Dövlət Neft Akademiyasının ABŞ-nin Corciya Ştat Universiteti ilə birgə proqramı çərçivəsində maliyyə ixtisası üzrə "Biznesin idarə edilməsi (MBA)" magistr dərəcəsinə yiyələnib. Bundan başqa, Kazımov 2012-ci ildə London Biznes Məktəbinin və 2014-cü ildə Harvard Biznes Məktəbinin idarəçilər üçün xüsusi proqramlarını bitirib.[3]
Taleh Kazımov əmək fəaliyyətinə təhsil aldığı dövrdə başlamış, "ATTAS PR", "European Tobacco" şirkətlərində ofis köməkçisi və informasiya texnologiyaları üzrə operator kimi işləmişdir
Maliyyə sektorunda peşəkar fəaliyyətə isə 2004-cü ildən başlayıb. Belə ki, 2004–2006-cı illərdə "Bank Standard" QSC-də müxtəlif vəzifələrdə, o cümlədən Maliyyə və mühasibat uçotu idarəsinin Xəzinədarlıq və fondlar şöbəsində mütəxəssis, Maliyyə nəzarəti departamentinin İdarəetmə və büdcə planlaşması şöbəsində, daha sonra isə Kredit siyasəti departamentinin Korporativ müştərilərin kreditləşmə şöbəsində aparıcı mütəxəssis vəzifələrində işləyib.
2006-cı ildən 2007-ci ilədək "Ernst & Young" şirkətində auditor vəzifəsini tutmuşdur. 2007-ci ilin yanvar ayından aprel ayınadək "Fineko Analitika və İnformasiya Agentliyi" ASC-nin baş direktoru vəzifəsində çalışıb.[4]
Taleh Kazımovun "PAŞA Bank"da fəaliyyəti 2007-ci ilin iyul ayından başlamışdır. Həmin dövrdə o, Risklərin idarəedilməsi departamentinin meneceri vəzifəsində işləmiş, 2009-cu ildən isə Bankın Xəzinədarlıq və pul bazarı departamentinin direktoru vəzifəsini tutmuşdur.[4]
Taleh Kazımov 7 dekabr 2011-ci ildən "PAŞA Bank"ın İdarə heyətinin üzvü seçilmiş, korporativ və biznes-bankinq istiqamətləri, investisiya bloku, ticarətin maliyyələşdirməsi, maliyyə institutları və kredit menecmenti sahələrini kurasiya etmişdir.[4]
2015-2022-ci illərdə "PAŞA Bank"ın İdarə Heyətinin sədri kimi fəaliyyət göstərmişdir.[2]
Taleh Kazımovun rəhbərliyi altında "PAŞA Bank" "Azərbaycanın ən yaxşı bankı"[5], "Ən yaxşı bank qrupu" və "Ən yaxşı kommersiya bankı"[6], "Mərkəzi və Şərqi Avropa və MDB ölkələri üzrə korporativ sosial cavabdehlik",[7][8] "Azərbaycanın ən yaxşı investisiya bankı",[9][10] "Təmassız POS terminal infrastrukturu üzrə lider bank", "Ən yaxşı özəl bankçılıq", "Azərbaycanın ən yaxşı kommersiya bankı"[11] kimi mükafatlarla təltif olunmuşdur.
2015–2022-ci illər ərzində "PAŞA Bank"ın bir sıra göstəriciləri müsbət yöndə dəyişib:
11 aprel 2022-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təqdimatına əsasən Taleh Kazımovun Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyəti üzvlüyünə seçilməsi məsələsinə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində baxılmış və layihə təsdiqlənərək plenar iclasa tövsiyə edilmişdir. 12 aprel 2022-ci il tarixində keçirilən plenar iclasda səsvermə ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təqdimatı təsdiqlənmiş və Taleh Kazımov Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyəti üzvlüyünə seçilmişdir.[13]
13 aprel 2022-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Taleh Kazımov Azərbaycan Respublikası Mərkəzi Bankının sədri təyin edilmişdir.[1]
Əslən Cəbrayıl rayonunun Soltanlı kəndindədir və yazıçı Tahir Kazımovun oğludur.[18]