Taleh Məmmədov (16 avqust 1989, Qaradağlı, Goranboy rayonu) — Azərbaycan yunan-roma güləşçisi. 2022-ci ildə Serbiyanın paytaxtı Belqradda keçirilən Güləş üzrə Dünya çempionatında 63 kq çəki dərəcəsində bürünc mükafatçısı. Güləş üzrə Avropa çempionatının gümüş və bürünc medalçısı.
Taleh Məmmədov | ||||||||||||||||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Şəxsi məlumatlar | ||||||||||||||||||||||||||||||||||||||
Vətəndaşlığı | Azərbaycan | |||||||||||||||||||||||||||||||||||||
Milliyəti | azərbaycanlı | |||||||||||||||||||||||||||||||||||||
Doğum tarixi | 16 avqust 1989 (35 yaş) | |||||||||||||||||||||||||||||||||||||
Doğum yeri | ||||||||||||||||||||||||||||||||||||||
Təhsili | Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası | |||||||||||||||||||||||||||||||||||||
Boyu | 165 sm | |||||||||||||||||||||||||||||||||||||
Çəkisi | 63 kq | |||||||||||||||||||||||||||||||||||||
İdman növü | Güləş | |||||||||||||||||||||||||||||||||||||
Karyera illəri | 2009 - hal-hazırda | |||||||||||||||||||||||||||||||||||||
Ağırlıq dərəcəsi | 63 kq | |||||||||||||||||||||||||||||||||||||
Medallar
|
||||||||||||||||||||||||||||||||||||||
22 yanvar 2023 tarixində yenilənib. | ||||||||||||||||||||||||||||||||||||||
Vikianbarda əlaqəli mediafayllar |
Taleh Məmmədov 16 avqust 1989-cu ildə Azərbaycanın Qasım İsmayılov rayonunun (indiki Goranboy rayonu) Qaradağlı kəndində anadan olub. 1996-cı ildə Qaradağlı kəndində orta məktəbə başlayıb. 2000-ci ildən Bakıda Respublika İdman Olimpiya liseyində təhsilini və idman fəaliyyətini davam etdirib. 2007–2011-ci illərdə Bakıda Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında Güləş fakültəsində ali təhsil alıb. Hal-hazırda idman ustası və məşqçisi kimi fəaliyyət göstərir. Ailəlidir, iki övladı var.
Taleh Məmmədov 2011-ci ildə Bakıda təşkil olunmuş "Qızıl Qran-pri" beynəlxalq turnirində 55 kq çəki dərəcəsində mübarizə aparıb və sonda final görüşündə məğlub olaraq gümüş medal qazanıb.[1] 2013-cü ildə Taleh Məmmədov 60 kq çəki dərəcəsində ölkə çempionu adını qazanıb.[2] 2014-cü ildə növbəti dəfə Bakıda keçirilən "Qızıl Qran-pri" yarışında iştirak edib, bu dəfə 59 kq çəki dərəcəsində yarışan Taleh bütün rəqiblərinə qalib gələrək qızıl medala sahib çıxıb.[3] Bundan bir il sonra o, Azərbaycan çempionatının qalibi olub.[4] Taleh 2017-ci ildə bu uğuru təkrarlayıb, 59 kq çəki dərəcəsində növbəti dəfə ölkə çempionu adını qazanıb.[5]
Taleh 2018-ci ilin sentyabrında Belarusun paytaxtı Minskdə keçirilmiş Oleq Karavaevin xatirə turnirində 63 kq çəki dərəcəsində qızıl medal qazanıb.[6]
2019-cu ildə Rumıniyanın paytaxtı Buxarestdə keçirilən 2019 Güləş üzrə Avropa Çempionatında 63 kq çəkidə bürünc medal qazanıb. Bürünc medal görüşündə o, Ermənistan güləşçisi Slavik Qalstyanı məğlub edib.[7][8]
2020-ci ildə Taleh Belqradda keçirilmiş Güləş üzrə Fərdi Dünya Kubokunda yarışıb.[9] Bundan bir il sonra o, Polşanın paytaxtı Varşavada təşkil olunmuş 2021 Avropa Güləş Çempionatında 63 kq çəki dərəcəsində mübarizə aparıb. O, finalda Rusiya idmançısı Jampolat Lokyayevə məğlub olaraq gümüş medal qazanıb.[10]
2022-ci ildə Talehin növbəti yarışı Türkiyənin İstanbul şəhərində keçirilmiş Vehbi Emre & Hamit Kaplan Turniri olub. Bu yarışda o, təsnifat mərhələsində məğlub olsa da, təsəlliverici görüşlərdə qalib gələrək bürünc medala sahib çıxıb.[11] Taleh Məmmədov Macarıstanın Budapeşt şəhərində keçirilmiş 2022 Avropa Güləş Çempionatında 63 kq çəki dərəcəsində gümüş medal qazanıb. [12] Bundan bir neçə ay sonra İtaliyanın Roma şəhərində keçirilən Matteo Pellikone Reytinq Seriyasında bütün rəqiblərinə qalib gələrək qızıl medal əldə edib.[13]
İl | Turnir | Yer | Nəticə | Yarış |
---|---|---|---|---|
2009 | Azərbaycan Güləş Federasiyası Kuboku | Bakı, Azərbaycan | 3-cü | Yunan-Roma 55 kq |
2010 | Dan Kolov — Nikola Petrov Turniri | Burqas, Bolqarıstan | 3-cü | Yunan-Roma 55 kq |
2011 | Qızıl Qran-pri | Bakı, Azərbaycan | 2-ci | Yunan-Roma 55 kq |
2013 | Dünya Kuboku | Tehran, İran | 3-cü | Yunan-Roma 60 kq |
Vladislav Pitlasinski Kuboku | Varşava, Polşa | 3-cü | Yunan-Roma 60 kq | |
Qızıl Qran-pri | Bakı, Azərbaycan | 3-cü | Yunan-Roma 60 kq | |
2014 | Dünya Kuboku | Tehran, İran | 3-cü | Yunan-Roma 59 kq |
Qızıl Qran-pri | Bakı, Azərbaycan | 1-ci | Yunan-Roma 59 kq | |
2015 | Taxti Kuboku | Kirmanşah, İran | 1-ci | Yunan-Roma 59 kq |
2015 | Vehbi Emre & Hamit Kaplan Turniri | İstanbul, Türkiyə | 3-cü | Yunan-Roma 59 kq |
2017 | Dünya Kuboku | Abadan, İran | 2-ci | Yunan-Roma 59 kq |
Dan Kolov — Nikola Petrov Turniri | Ruse, Bolqarıstan | 3-cü | Yunan-Roma 59 kq | |
2018 | Beynəlxalq Ukrayna Turniri | Kiyev, Ukrayna | 1-ci | Yunan-Roma 63 kq |
RS — Vehbi Emre & Hamit Kaplan Turniri | İstanbul, Türkiyə | 1-ci | Yunan-Roma 63 kq | |
Oleq Karavayev Xatirə Turniri | Minsk, Belarus | 1-ci | Yunan-Roma 63 kq | |
2019 | Vehbi Emre & Hamit Kaplan Turniri | İstanbul, Türkiyə | 2-ci | Yunan-Roma 63 kq |
Avropa Çempionatı | Buxarest, Rumıniya | 3-cü | Yunan-Roma 63 kq | |
2021 | Avropa Çempionatı | Varşava, Polşa | 2-ci | Yunan-Roma 63 kq |
2022 | Avropa Çempionatı | Macarıstan, Budapeşt | 2-ci | Yunan-Roma 63 kq |
RS — Vehbi Emre & Hamit Kaplan Turniri | İstanbul, Türkiyə | 3-cü | Yunan-Roma 63 kq | |
Dünya Çempionatı | Belqrad, Serbiya | 3-cü | Yunan-Roma 63 kq | |
Matteo Pellikone Reytinq Seriyası | Roma, İtaliya | 1-ci | Yunan-Roma 63 kq |