Tamar İveri

Tamar İveri (gürc. თამარ ივერი; 8 sentyabr 1971[1], Tbilisi[2]) ― Gürcüstan opera sopranosu ifaçısı. Onun doğulanda adı Tamar Cavaxişvili idi, atası Avtandil Cavaxişvili bariton ifaçısı idi, həm də onun müəllimi olmuşdur.

Karyerası[redaktə | mənbəni redaktə et]

Iveri opera debütünü 1998-ci ildə Verdinin "Otello" əsərində Dezdemona rolu ilə etdi..1999-cu ildə Zalsburq keçirilən Motsart Yarışmasında birinci mükafat qazandı. Bir neçə il 2000-ci illərin əvvəllərində Qrats Opera ansamblının üzvü idi, orada o, Verdinin "Don Karlos" operasında Elizabet rolunu, Françesko Çileanın "Adriana Lekuvrör" və Cakomo Puççininin "Ancelika bacı" əsərlərində baş rollarını canlandırmışdır, həmçinin Verdinin "Simon Bokkaneqra" operasında Ameliya və Dezdemona rollarında çıxış etmişdir.[3]

O, 2011-ci ilin dekabr ayında Milan şəhərindəki La Skalada debüt etdi, Daniel Barenboymun rəhbərlik etdiyi "Don Covanni" operasında Donna Anna rolunu almışdır. O vaxtdan Vyana Dövlət Operası, Metropoliten-opera, Kovent Qarden Kral Opera Teatrı, Bastiliya OperasıZalsburq Festivalı kimi tədbir məkanlarında çıxış etdi. O, "Hamı belə edir" operasında Fiordilici, "Titanın mərhəməti"ndə Viteliya, "İdomeney"də Elettra, "Bohema"da Mimì və "Yevgeni Onegin"də Tatyana rollarını ifa etmişdir.[4]

Münaqişələr[redaktə | mənbəni redaktə et]

İveri 2013-cü ildə Tbilisidə homofobiya əleyhinə keçirilən mitinq barəsində səsləndirdiyi fikirlər mübahisələr doğrutmuşdur. Helə də böyük olmayan etiraz aksiyasının məqsədi Tbilisidə geylərin haqqlarının qorunması tələbi idi, həmin hadisə zamanı etirazçılarln üstünə minlərlə geylərə qarşı nümayişçilər hücüm etdi və 20 nəfərdən çox şəxs yaralandı. Bu insidentdən sonra iddia olunur ki, İveri Facebook səhifəsində Gürcüstan prezidenti Georgi Marqvelaşviliyə gürcü dilində məktub göndərdi: “Gürcüstan cəmiyyətinin parada necə tüpürdüyündən çox qürur duyuram ... Çox vaxt bəzi hallarda çənələrin sındırılması gərəkir ki, gələcəkdə bir millət olaraq təqdir olunaq və ciddiyə alınaq. Xahiş edirəm, Qərbin "nəcis kütlələrini" təbliğat yolu ilə insanların şüuruna yeridilməsini dayandırın".[5]

Bu məktubun ortaya çıxmasından sonra Gürcüstanın "İdentoba" adlı gey hüquqları təşkilatı Paris Milli Operasına məktub yazaraq, İverinin növbəti konsertinin ləğv edilməsini tələb etdi. Məktubda deyilirdi: "Opera müğənnilərinizdən biri xanım Tamar İverinin homofobik və nifrət yayan fəaliyyətini diqqətinizə çatdırmaq istəyirik, hansı ki bir çox gürcülər üçün ölüm təhdidi və bədən xəsarəti ilə nəticələnmişdir". İveri sonradan üzr istədi, lakin həmin vaxt məktubun müəllifliyini inkar etmədi.[5]

2014-cü ilin iyun ayında İveri Sidneyin Avstraliya Operasında "Otello" əsərinə hazırlaşdığı zaman yenidən mübahisələr başladı. O, sonra ərini günahlandıraraq məktubu yazdığını inkar etdi.[6] Bir neçə gün davam edən sıx tənqidlərdən sonra Avstraliya Operası 23 iyun tarixində İverinin müqaviləsini ləğv etdiyini açıqladı.[7] Həmçinin, 2015-ci ildə Brüsseldəki "La Monne" teatrı onu "Bal-maskarad" operasından kənarlaşdırdı.[8]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. http://www.nplg.gov.ge/bios/ka/00005697/.
  2. Carnegie Hall linked open data (ing.). 2017.
  3. "Iveri". Oper Graz. 14 January 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 December 2017.
  4. "Tamar Iveri". Opera Australia. 9 February 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 June 2014.
  5. 1 2 Tan, Sylvia. "Opera singer calls gay people 'fecal masses' in homophobic rant encouraging violence". Gay Star News. 22 June 2014. 24 June 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 June 2014.
  6. Koziol, Michael. "Opera singer accused of homophobia blames husband". The Sydney Morning Herald. 21 June 2014. 23 June 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 June 2014.
  7. Collins, Antonette. "Soprano Tamar Iveri terminated from Opera Australia production Otello over homophobic comments". Australian Broadcasting Corporation. 23 June 2014. 23 June 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 June 2014.
  8. Debbie Cuthbertson. "Opera Australia sacks soprano Tamar Iveri over gay slurs". The Sydney Morning Herald. June 23, 2014. 24 June 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 June 2014.