Tamara Duda

Tamara Anatolyevna Duda (ukr. Тамара Анатоліївна Дуда), Tamara Oroxovoye Zyornışko təxəllüsü ilə də tanınır (ukr. Тамара Горіха Зерня; 5 yanvar 1976[1], Kiyev) — Ukrayna yazıçısı. O, 2022-ci il Taras Şevçenko adına Ukrayna Milli Mükafatı laureatı olmuş, 2019-cu ildə yazdığı "Qız" romanı "BBC" tərəfindən "İlin kitabı" seçilmişdir.[2] Tamara Duda könüllü fəaliyyəti ilə tanınır.[3]

Tamara Duda
Doğum tarixi 5 yanvar 1976(1976-01-05)[1] (48 yaş)
Doğum yeri
Təhsili
  • Ukrayna Humanitar Liseyi[d],
  • Kiyev Universitetinin Jurnalistika İnstitutu[d],
  • Kiyev Beynəlxalq Universiteti[d]
Fəaliyyəti yazıçı, Könüllü
Mükafatları Taras Şevçenko adına Ukrayna Milli Mükafatı

Tamara Anatolyevna Duda Kiyevdə anadan olmuşdur. 1992-ci ildə Ukrayna Humanitar Liseyini bitirmişdir. 1993-cü ildə Kiyev Universitetinin Jurnalistika İnstitutuna daxil olmuş, 1998-ci ildə diplomunu müdafiə etmişdir. 2003–-2005-ci illərdə Kiyev Beynəlxalq Universitetində təhsil almışdır. O, 20 ildən artıqdır ki, ingilis dilindən iqtisadiyyat haqqında mətnləri ukrayn dilinə tərcümə edir.[4]

2014-cü ildən Tamara Duda Donbassda qarşıdurma zonasında könüllüdür. O, könüllü fəaliyyətinə görə Kiyev meri tərəfindən sertifikatla təltif edilmişdir.[5] Ailəlidir, üç övladı var.[6]

"Qız" yazıçının ilk romanıdır. "Bilka" nəşriyyatında ukrayn və ingilis dillərində çap edilmişdir. Kitabdakı hadisələr 2014-cü ildə Ukraynanın şərqində Rusiya–Ukrayna müharibəsi zamanı cərəyan edir . Romanın ekrana uyğunlaşdırılması planlaşdırılır.[7]

2021-ci ildə "Bilka" nəşriyyatı Tamara Dudanın ikinci romanı olan "Müdaxilə prinsipi"ni nəşr etmişdir. Kitab detektiv janrında yazılmışdır. Romanın baş qəhrəmanı Stanislava Rusiya–Ukrayna müharibəsində ərini itirmiş və onun yeganə təsəllisi iş olmuşdur. O, bir tanışının xahişi ilə əsas süjet hadisələrinin cərəyan etdiyi Çerkası vilayətindəki bir şəhərə gedir.[8]

2021-ci ildə Tamara Duda "Qız" romanı ilə 2022-ci ildə Taras Şevçenko adına Ukrayna Milli Mükafatına "Ədəbiyyat" nominasiyası üzrə namizəd olmuşdur. Əsər müsabiqənin ikinci turuna buraxılmış və sonda qalib gəlmişdir.[9]

  • "Qız" romanına görə 2022-ci ildə Taras Şevçenko adına Ukrayna Milli Mükafatı laureatı.[10]
  1. 1 2 Horìcha Zernja, Tamara // Çex Milli Hakimiyyət Məlumat bazası.
  2. "Відомі лауреати премії «Книга року BBC»". 14 лютого 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 грудня 2019.
  3. "Наші бійці побачили, що вони можуть перемагати — волонтерка". 13 грудня 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 грудня 2019.
  4. "BBC Україна: Тамара Горіха Зерня: «На війні витончується межа між світами»". 2023-03-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-01.
  5. https://zn.ua/socium/tonkaya-stena-mezhdu-nami-i-voynoy-_.html Arxivləşdirilib 2019-12-13 at the Wayback Machine Дзеркало тижня: Тонка стіна між нами і війною (12 червня 2015 року)
  6. "Олена Адаменко, Письменниця Тамара Горіха Зерня розповіла про село, «Доцю» і майбутній детектив // Sumy Today, 19 вересня 2020 року". 2022-12-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-01.
  7. ""Daughter" Tamara Duda – Видавництво Білка" (ukrayna). 30 листопада 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-11-30.
  8. Gazeta.ua. ""Героїня танцює на могилі Путіна. Нас чекає полька на руїнах імперії" - Тамара Горіха Зерня видала другий роман". Gazeta.ua (ukrayna). 2021-07-14. 30 листопада 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-11-30.
  9. Мамонова, Ганна. "Перший тур Шевченківської премії-2022. Хто залишився у номінантах, а хто вибув". Суспільне | Новини (ukrayna). 2021-11-27. 30 листопада 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-11-30.
  10. "Указ президента України №118/2022". Офіційне інтернет-представництво Президента України (ua). 10 березня 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-03-09.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]