Tambora

Tamboraİndoneziyanın Sumbava adasının şimalında olan vulkanik mənşəli dağ, strаtоvulkаn.

Tambora vulkanı
ind. Tambora
Ümumi məlumatlar
Vulkan forması Stratovulkan
Kraterin diametri 6500—7000 m
Kraterin dərinliyi 700 m
Yaşı 57
Mütləq hündürlüyü 2850[1][2]
Yerləşməsi
8°14′48″ c. e. 117°57′30″ ş. u.HGYO
Ölkə  İndoneziya
Ada Sumbava

  • VOGRIPA574
  • GVP264040
  • GeoNames1625272
Tambora vulkanı xəritədə
Tambora vulkanı
Tambora vulkanı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

1815-ci ildəki pürkürməsi

[redaktə | mənbəni redaktə et]

1815-ci ildə baş vermiş püskürmə tarixdə məlum olan ən güçlü püskürmədir. Bu püskürmə nəticəsində 72 min insan həlak olmuşdur. "Yayı olmayan il" adlandırılan 1816-cı ildə Şimali AmerikadaQərbi Avropada havaların çox soyuq keçməsinin əsas səbəbi bu vulkanın püskürməsi hesab olunur. Belə ki, 1920-ci ildə amerikalı iqlim tədqiqatçısı Uilyam Hamfreys "Yayı olmayan ili" izah edərək bilmişdir ki, iqlimdə baş verən dəyişikliklərin səbəbi Sumbava adlı İndoneziya adasında yerləşən Tambora vulkanının püskürməsidir. Bu püskürmə tarixən müşahidə edilmiş ən güclü vulkan püskürməsi sayılır. 1815-ci ildə baş vermiş bu püskürmə VEİ şkalası üzrə 7 bal gücünə malik idi və atmosferə atılmış 150 km3 kül növbəti illərdə şimal yarımkürəsində vulkanik qış effekti yaratmışdı.

Tambora vulkanının püskürməsi nəticəsində yaranmış Çində də soyuq hava ağacları və düyü əkinlərini məhv etmişdi. Şimalda hətta camışlar da qırılmışdı. Musson mövsümünün dövriliyini pozdu və bu Yantszı çayının dərəsində daşqınlara səbəb oldu. Hindistanda yay mussonlarının gecikməsi daşqınlara və vəba epidemiyasına səbəb olmuşdur[3].

  1. "Вулкан Тамбора". (#cite_web_url)
  2. "MOUNTAINS OF THE INDONESIAN ARCHIPELAGO". Peaklist. Peaklist.org. 2012-01-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-05-01.
  3. Facts – Year Without Summer Arxivləşdirilib 2020-03-08 at the Wayback Machine Extreme Earth, Discovery Channel