Bu məqaləni vikiləşdirmək lazımdır. |
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Tamilla Həsən qızı Kazımova — azərbaycanlı alim, kimya üzrə elmlər doktoru.
Tamilla Həsən qızı Kazımova | |
---|---|
Vətəndaşlığı | SSRİ, Azərbaycan |
Elm sahəsi | kimya |
Elmi dərəcəsi | kimya üzrə elmlər doktoru |
İş yeri | AMEA-nın Polimer Materialları İnstitutu |
Tamilla Həsən qızı Kazımova 1939-cu il iyunun 16-da Kürdəmir rayonunda qulluqçu ailəsində anadan olmuşdur. 1946-cı ildə Kürdəmir rayon orta məktəbinin birinci sinfinə daxil olmuş, sonra 3 saylı Naxçıvan şəhər məktəbində oxumuş və 1956-cı ildə Bakı şəhərində orta təhsilinu başa vurmuşdur. Həmin ildə Bakı Dövlət Universitetinin Kimya fakültəsinə qəbul olunmuş, 1961-ci ildə isə oranı bitirmişdir. Təyinat ilə Azərbaycan Elmlər Akademiyası Neft-Kimya Prosesləri İnstitutuna göndərilmişdir. Əmək fəaliyyətinə akademik Y. Məmmədəliyevin laboratoriyasında başlamışdır. Onun şəxsi rəhbərliyi altında diplom işini yerinə yetirmişdir.
1962–1965-ci illərdə NKPİ-nin aspirantı olmuş, 1967-ci ildə "Heksaxlortsiklopentadienin sis-D-tsikloheksen-1,2-dikarbon turşularının anhidridləri ilə dien kondensləşməsi törəmələri və alınmış birləşmələrin çevrilmələri sahəsində tədqiqatlar" mövzusunda namizədlik, 1992-ci ildə isə "Allil- və proparqil efirlərinin polihalogentsiklopentadienlərlə tsiklobirləşmə reaksiyaları" mövzusunda "Üzvi kimya" ixtisası üzrə doktorluq dissertasiyasını müdafiə etmişdir.
T. H. Kazımova Dils-Alder reaksiyaları ilə polihalogentsiklodienlər əsasında geniş spektrdə tərkibində polihalogensaxlayan yeni norbornen birləşmələri sintez etmiş və onların tətbiq sahələrini aşkar etmişdir. Apardığı tədqiqatlardan məlum olmuşdur ki, həmin maddələr polimer materiallarında antipiren, rezinin vulkanlaşdırılmasında ləngidici, hermetikləşdirici, yapışqan kompozisiyasında antipiren, sürtkü yağlarında yeyilmə aşqarı, bakterisid və digər xassələr daşıyırlar.
Onun yuxarıda qeyd edilən istiqamətdə apardığı tədqiqatların nəticələri 88 elmi əsərdə, o cümlədən 8 müəlliflik şəhadətnaməsində öz əksini tapmışdır.