AMEA Polimer Materialları İnstitutu

Polimer Materialları İnstitutuAzərbaycan Milli Elmlər Akademiyasının strukturuna daxil olan elmi tədqiqat institutu.

Polimer Materialları İnstitutu

Fəaliyyət istiqamətləri

[redaktə | mənbəni redaktə et]
  • İnstitutun quruluşunun dəyişdirilməsi, yeni quruluşda polimer materialları istiqamətinə üstünlük verilməsi;
  • Elmi istiqamətlərin müasirləşdirilməsi, multidissiplinar xarakterli istigamətlərə üstünlük verilməsi, müvafiq layihələrin tərtibi və maliyyələşdirmə üçün təqdimi;
  • İTK vasitələrinin tətbiqinin genişləndirilməsi, dünya elmi informasiya bazalarından və mənbələrindən məlumatların toplanması;
  • Kadr dəyişiklikləri, yüksək ixtisaslı kadrların instituta cəlb edilməsi ilə yanaşı, gənc kadrların hazırlanması və onların aparıcı vəzifələrə yerləşdirilməsi;
  • İnstitutda əvvəllər əldə edilmiş elmi-praktiki nəticələrin təhlili və tətbiq üçün təkliflərin verilməsi;
  • Beynəlxalq əlaqələrin genişləndirilməsi, birgə layihələr üzrə müqavilələr bağlanması;
  • Sənaye qurumları, elm və təhsil müəssisələri ilə əlaqələrin genişləndirilməsi;

Təşkilatın tarixi haqqında

[redaktə | mənbəni redaktə et]

İnstitut 1966-cı ildə yaradılmışdır. O, 1966–1978-ci illərdə Azərbaycan Elmlər Akademiyasının Neft Kimya Prosesləri İnstitutunun filialı kimi fəaliyyət göstərmiş və sonradan 1979-cu ildə Azərbaycan Elmlər Akademiyasının Xlor Üzvi Sintez İnstitutuna çevrilmişdir. 1991-ci ildən indiyə qədər AMEA Polimer Materialları İnstitutu kimi fəaliyyət göstərir. İnstitutun ilk direktoru (1966–1973) k.e.d., professor S. İ. Sadıqzadə olmuşdur. İnstituta 1973–1986-cı illərdə AMEA-nın müxbir üzvü, k.e.d., professor M. M. Hüseynov direktorluq etmişdir. 1987-ci ildən 2007-ci ilədək institutun direktoru AMEA-nın həqiqi üzvü, k.e.d., professor A. A. Əfəndiyev, 2007–2014-cü ilin mart ayına qədər AMEA-nın müxbir üzvü, k.e.d., professor A. M. Quliyev olmuşdur. 2014-cü ilin mart ayından 2016-cı ilin iyun ayına qədər institutun direktoru AMEA-nın akademiki A. H. Əzizov olmuşdur. Hal-hazırda isə institutun direktoru AMEA-nın müxbir üzvü, k.e.d., professor B. Ə. Məmmədovdur.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]