Tanxo Səlimoviç İzrayılov (2 dekabr 1917, Dağıstan vilayəti – 30 noyabr 1981, Moskva) — Sovet, Dağıstanlı rəqqas və xoreoqraf. 1937–1954-cü illərdə SSRİ Xalq Rəqs Ansamblının artisti, Türkmənistan SSR Xalq Rəqsləri Ansamblının (Aşqabad, 1955) və Dağıstan ASSR Xalq Oyunları Ansamblının "Ləzginka" (Mahaçqala, 1958) təşkilatçısı. SSRİ xalq artisti (1978).
Tanxo Səlimoviç İzrayılov | |
---|---|
Doğum tarixi | 2 dekabr 1917 |
Doğum yeri | Dağlılar Respublikası |
Vəfat tarixi | 30 noyabr 1981 (63 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Milliyyəti | dağ yəhudisi |
Vətəndaşlığı | |
Fəaliyyəti | balet artisti, baletmeyster, xoreoqraf |
Fəaliyyət illəri | 1934-cü ildən |
Təhsili |
|
Mükafatları |
|
Tanxo İzrayılov 2 dekabr 1917-ci ildə[1] (digər mənbələrə görə — 30 dekabr 1917 (12 yanvar 1918)[2]) Tsovkra kəndində (indiki Rusiya, Dağıstan, Kuli rayonunda[1]), başqa mənbələrə — Mahaçqalada[3] və ya Bakıda[4]) dəri məmulatı ustası ailəsində anadan olmuşdur. Milliyyətcə dağ yəhudisidir.
Erkən yaşlarından xalq rəqsləri ilə tərbiyə almışdır. Anası Xaetçim Tanko rəqs etdiyi zaman akkordeonda xalq melodiyaları ifa edirdi. 1920-ci illərin sonunda ailə Bakıya köçdü və burada gələcək xoreoqraf Tat Xalq Teatrında çıxış etməyə başladı.
Tanxo İzrayılov 17 yaşında M. F. Axundov adına Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının balet məktəbinə (hazırkı Bakı Xoreoqrafiya Akademiyası) daxil oldu.
Balet məktəbini bitirdikdən sonra Bakıda 26 Bakı komissarı adına Mədəniyyət Sarayında Xalq Rəqsləri Ansamblının rəhbəri oldu. Tanxo İzrayılov 1934-cü ildə Tat rəqsləri ansamblını yaratdı və ona rəhbərlik etdi. 1937–1954-cü illərdə Moskvada İqor Moiseyevin rəhbərliyi altında SSRİ Xalq Rəqs Ansamblının solisti və eyni zamanda xoreoqraf köməkçisi kimi fəaliyyət göstərib.
1954-cü ildə Tanxo İzrayılov Moskvada A. Lunaçarski adına Rusiya Teatr İncəsənəti İnstitutunun balet şöbəsini bitirdi. Qafqaz rəqslərinin və Dağıstan ləzginkasının səhnələşdirilməsində iştirak edirdi. İzrayılov Diplom işi olaraq ansambl üçün konsert proqramı hazırladı.
O, İmran Qasımovun "Xəzər dənizi üzərində şəfəq" (M. N. Yermolova adına Moskva Dram Teatrı), Əlixan Tokayevin "Bəylər" (Moskva Satira Teatrı), Abdulla Qəhharın "İpək suzan" (Moskva vilayəti A. N. Ostrovski adına Dram Teatrı) tamaşalarında rəqslər ifa edib.
1954–1955-ci illərdə "Jok" (Kişinov) xalq rəqs ansamblının bədii rəhbəri və baletmeysteri işləyib. Tanxo İzrayılov1955–1958-ci illərdə Aşqabadda Türkmənistan SSR xalq rəqs ansamblının təşkilatçısı, bədii rəhbəri və xoreoqrafı olub.
Dağıstana qayıtdıqdan sonra Tanxo İzrayılov 1958–1978-ci illərdə Dağıstan Muxtar Sovet Sosialist Respublikasının Mahaçqala şəhərində "Ləzgihəngi" Xalq Rəqs Ansamblının yaradıcısı, bədii rəhbəri və xareoqrafı olub. 1970-ci ildə İzrayılov bədii rəhbər vəzifəsini qoruyaraq ansamblın rəhbərliyindən istefa verdi. O, ansambla rəhbərliyi dövründə, onunla həm SSRİ daxili, həm də xarici ölkələrdə qastrol səfərlərində olmuşdur.
Tanxo İzrayılov 1981-ci il noyabrın 30-da Moskvada vəfat edib. Elə orda Kuntsevo qəbiristanlığında dəfn edilib.