Tatarıstan Respublikası Milli Muzeyi (rus. Национальный музей Республики Татарстан, tatar. Татарстан Республикасы Милли музее) — Rusiya Federasiyasının Tatarıstan Respublikasının Kazan şəhərində elmi-tədqiqat, mədəni və maarifpərvər müəssisə, Tatarıstanın öncül muzeylərindən biri, Volqaboyundakı ən böyük mədəni və tarixi muzeylərdən biri.
Tatarıstan Respublikası Milli Muzeyi | |
---|---|
| |
Əsası qoyulub | 1894 |
Açılış tarixi | 5 aprel 1895 ) |
Mövzu | Tatarıstan tarixi və etnoqrafiyası |
Ölkə | |
Yerləşir | Kazan |
Ünvan | 420111, Tatarıstan, Kazan, Kremlyovskaya küçəsi, 2 |
Ziyarətçi sayı | hər il 200.000 nəfər |
Direktor | Gülçiçək Nəzibova |
Telefon | +7 (843) 292-89-84 (ictimai əlaqələr şöbəsi), 292-45-88 (marketinq şöbəsi) |
İş rejimi | ç.a.–b. 10.00—18.00 |
Bilet | yetkinlər — 100 rubl, tələbələr və təqaüdçülər — 60 rubl, məktəblilər və əlillər — 50 rubl |
55°47′44″ şm. e. 49°06′36″ ş. u. | |
tatmuseum.ru | |
Vikianbarda əlaqəli mediafayllar |
Kazan şəhərində bir dövlət muzeyi təsis etmək fikri ilk öncə Kazan Universitetinin pedaqoqlarının ağlına gəlmişdi.[1] 1870-ci illərin axırlarında professor Nikolay Pavloviç Zaqoskin şəhərdə bir muzey təsis etmək fikrini Kazan İmperiya Universitetinin Arxeologiya, Tarix və Etnoqrafiya Cəmiyyətinin (ATEC) keçirdiyi görüşlərdən birində irəli sürmüşdür.[2]
Cəmiyyətin üzvləri 1879-cu ilin əvvəllərindən bəri Kazan şəhərində lokal vilayətin keçmiş və indiki həyatının vizual tanışlığını yaratmaq üçün bir dövlət muzeyi təsis etməyə hazırlaşırdılar.[3] |
Buna baxmayaraq, cəmiyyətin təsis etdiyi muzey dövlət müəssisəsi olmamışdı.
Bir kitabxana və arxiv ilə kiçik bir otaqda yerləşən muzey kiosklar, kabinetlər və siyirmələrlə dolu müxtəlif arxeoloji və etnoqrafik əşyaların anbarıdır. Bu vəziyyətdə ictimaiyyətə uyğun olmamaqla yanaşı, muzey cəmiyyətin üzvlərinin elmi araşdırmaları üçün də uyğun deyil.[3] |
Rusiya Texniki Cəmiyyətinin Kazan qolunun üzvləri 1886-cı ildə Kazan Əl İşləri və Kənd Təsərrüfatı Sərgisini keçirərkən Kazan Realnı Məktəbinin direktoru Aleksandr Petroviç Orlovun muzey layihəsini müzakirə etmişdilər.[4] Şəhər Pedaqoji Muzeyi layihəsi Şəhər Duması tərəfindən Quberniya Zemstvo yığıncağının və şəhər dumasının qlasnısı, ATEC-in üzvü, Kazan Universitetinin professoru Nikolay Alekseyeviç Osokinin iştirakı sayəsində təsdiqlənmişdir.[3]
1890-cı ilin may ayının 27-dən sentyabr ayının 16-na qədər keçirilən Ümumrusiya Elmi və Sənaye Sərgisi çox uğurlu olmuşdu.[5] Kazan şəhərinin meri Sergey Viktoroviç Dyaçenko sərginin bağlanış mərasimindəki nitqində şəhər muzeyinin təşkil edilməsində yardım istəmişdi.[3] Bunu eşidən şəhər əhalisi muzeyə tarixi və mədəni əşyalar verməyə başladılar.
Muzeyin yeni planı və xartiyası Rəfail Vasiliyeviç Rizpolojenski tərəfindən hazırlanmışdı.[6] 1891-ci ilin may ayında Kazan Şəhər Dumasında keçirilən yığıncaqda muzeyi təşkil etmək üçün bir kommissiya təsis edildi. Muzeyi maliyyələşdirmək üçün ianələr alındı. Bu ianələr nəticəsində 5.000 Rusiya rublundan daha çox pul əldə edilmişdir. İanələri Kazan şəhərində tanınmış olan tüccarlar və sənayeçilər tərəfindən təmin edilmişdi. Onlar – İ. İ. Alafuzov, P. V. Şetinkin, Y. F. Şamov, İ. V. Aleksandrov, M. T. Atlaşkin, V. E. Solomin, M. S. Korolkova və digərləri.[3] O. S. Aleksandrova-Geynsin böyük ianəsinə (500.000 Rusiya rublu. Onların tək şərti muzeyin Voskresenskaya küçəsində yerləşdirilməsi idi.) görə, muzeyin "Qonaq yurdu" binasında yerləşməsi qərarı alınmışdır.[7]
Muzey kolleksiyasının əsası Kazan şəhərinin görkəmli arxeoloqu, tarixşünası və kolleksiyaçısı Andrey Fyodorviç Lixaçevin 40.000-dən çox əşyadan ibarət kolleksiyasından təşkil olunmuşdu. Bu kolleksiya şəhərə onun qardaşı vitze-admiral İvan Fyodorviç Lixaçev tərəfindən 1891-ci ildə gətirilmişdi.[8]
Muzeyin xartiyası 1894-cü ildə təsdiqlənmiş,[7] açılış mərasimi isə 5 aprel 1895-ci il tarixində gerçəkləşmişdir.[9]
Şəhər muzeyinin açılışına Kazan Universitetinin və Kazan Baytarlıq İnstitutunun professorları, pedaqoqları və tələbələri, Şəhər Dumasının üzvləri, Kazan quberniyasının qubernatoru Pyotr Alekseyeviç Poltoratski, Kazan Təhsil Mahalının rəhbəri V. A. Popov, şəhər məktəblərinin şagirdləri, şəhər keşişləri və muzeyin təsisçiləri iştirak etmişdir.[3]
Muzeyin birinci kolleksiyasının təşkil edilməsində Kazan Universitetinin professorları A. A. Ştukenberq, N. P. Zaqoskin, P. İ. Krotov, N. F. Vısotski, N. F. Katanov və başqaları da iştirak etmişdir. Kazan şəhərinin kolleksionerləri də kolleksiyaların təşkil edilməsində kömək göstərirdilər. Onlar – V. İ. Zausaylov,[10][11] O. S. Alexandrova-Geyns, Q. Qaleyev (Barudi), D. İ. Obraztsov və başqaları.
Muzey "Qonaq yurdu" binasının birinci və ikinci mərtəbələrində yerləşirdi və ilkin olaraq, sadəcə dörd departamentdən ibarət idi. Onlar – elmi, tarixi və etqorafik, təbiət tarixi və A. Lixaçev adına muzey.[7] Bu departamentlərin hər biri Kazan Universitetinin professorları başçılıq edirdi. Şəhərin meri Sergey Vasiliyeviç Dyaçenko muzey şurasının birinci sədri, yəni birinci direktoru seçilmişdir.
İllər keçdikcə muzey adını dəyişdirmişdir. Onu adı 1918-ci ildən 1921-ci ilə qədər Quberniya Muzeyi, 1921-ci ildən 1944-cü ilə qədər SSRİ (TMSSR) Mərkəzi Muzeyi, 1944-cü ildən 1982-ci ilə qədər Tatarıstan Muxtar Sovet Sosialist Respublikasının Dövlət Muzeyi, 1982-ci ildən 2001-ci ilə qədər TMSSR Birləşmiş Dövlət Muzeyi olmuşdur. 2001-ci ildə muzeyin adı Tatarıstan Respublikası Milli Muzeyi olaraq dəyişdirilmişdir.[12][13]