Taxtakörpü çayı

TaxtakörpüçayZəngəzurda, indiki Ermənistanda çay.

Taxtakörpüçay
Ölkə
Mənsəbi Araz

Qərbi Azərbaycanın Zəngəzur mahalının Sisian rayonundakı Ərəfsə kəndində Gəvik dağının ətəklərində formalaşıb, kəndin aralıq hissəsində XırdaçaySalvartıçay ilə, aşağı məhəllənin orta hissəsində isə Dəliçayla birləşərək, aşağı axarlarında Bazarçay, BərgüşadArazla qovuşaraq, son hesabda Xəzər dənizinə tökülür. Taxtakörpü çayı SalvartıçayXırdaçaydan fərqli olaraq, suvarma vasitəsi kimi kəndin təsərrüfat həyatında o qədər də mühüm rol oynamırdı.

Qədim İpək yolunun bir qolu da Naxçıvandan Culfaya, oradan həmin rayonun Ərəfsə kəndinə, Gəviyi aşdıqdan sonra isə Sisian mahalındakı Ərəfsə kəndi vasitəsilə Qarakilsəyə, oradan da Gorus və Qubadlı vasitəsilə Qarabağa, Qafan vasitəsilə də Cənubi Azərbaycana gedirdi. Qədim İpək yolunun qalıqları indi də qalmaqdadır. Müsafirlərin çaydan keçidinin asanlaşdırılması üçün meşənin orta hissəsində Taxtakörpü çayı üzərindən daşdan aşırımlı körpü salınmışdır. Həmin körpünün qalıqları günümüzədək gəlib çatmışdır. Görünür elə bu səbəbdən də çaya Taxtakörpü adı verilmişdir.

Taxtakörpüçayın bir adı da Abuzər çayıdır. Çayın başlanğıc hissələrində meşə başında mədənlər vardır. Görünür qədimlərdə burada qızıl hasilatı ilə məşğul olurmuşlar və bu səbəbdən də çaya həm də Abuzər (farsca — qızıl suyu) çayı adı vermişlər. Çay meşə boyu axdığına görə suyu qarasudur, içmək üçün yararsızdır və köp verir.