Tbilisoba (gürc. თბილისობა) — Gürcüstanın paytaxtı Tbilisinin müxtəlifliyini və tarixini qeyd edən bir bayramdır.
Tbilisoba | |
---|---|
Keçirilir | Tbilisi, Gürcüstan |
Növ | Tətil |
Mənası | Tbilisi şəhəriin tarixi |
Başlayır | Oktyabr ayının son həftəsində |
Bitir | Başlanma tarixindən iki gün sonra |
Vikianbarda əlaqəli mediafayllar |
Tbilisoba bayramı hər ilin Oktyabr ayının son həftəsində qeyd edilir[1]. Tbilisoba, ilk dəfə 1979-cu ilin Oktyabr ayının 28-də təşkil edilmişdir[2]. Bu bayram, həmən o gündən bəri (1990-cı illərin əvvələrindən başqa) hər il qeyd edilir[2]. Tbilisoba, yaxın vaxtlarda bəzi post-sovet ölkələrində də qeyd edilmişdir[3][4][5]. Tbilisoba 2016-cı ilin Oktyabr ayında Rusiyanın paytaxtı olan Moskva şəhərində qeyd edilmişdir[3]. Bayram, ənənəvi musiqili rəqsi, açıq hava konsertlərini və şəhərin tarixi hissəsini təşkil edən Köhnə Tbilisi-dən gələn müxtəlif mədəni fəaliyyətləri təqdim edir[6]. Şəhərin keçmişini və bu gününü qeyd etməkdən başqa, Gürcüstanın dörd bir tərəfindən insanlar Rtveli (gürc. რთველი) bayramında öz regionlarını təmsil edirlər.[7][8]
Tbilisoba keçmiş Gürcüstan Sovet Sosialist Respublikası Kommunist Partiyasının birinci katibi olan Eduard Şevardnadzenin təşəbbüsü ilə yaradılmışdır[2]. Bayram, 1990-cı illərin əvvəllərindəki vətəndaş iğtişaşı zamanı qeyd edilmədi. 1995-ci ildə yenidən qeyd edilməyə başlandı.
2013-ci ildə Tblisidə Tbilisoba qeyd etmələri
2011-ci ildə Tblisidə Tbilisoba qeyd etmələri
2014-ci ildə Tblisidə Tbilisoba qeyd etmələri
2014-ci ildə Tblisidə Tbilisoba qeyd etmələri
2014-ci ildə Tblisidə Tbilisoba qeyd etmələri
Tblisidə Tbilisoba bayramı üçün hazırlanmış Gürcü Milli Rəqsi
2015-ci ildə Moskvada Tbilisoba qeyd etmələri
2015-ci ildə Moskvada Tbilisoba qeyd etmələri