Telman Həbib oğlu Hacıyev — Yerli Sənaye və Kommunal-Məişət Müəssisələri İşçilərinin Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri, Ədliyyə polkovniki.
Telman Hacıyev | |
---|---|
Doğum tarixi | 1951 |
Vətəndaşlığı | Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Təhsili | Bakı Dövlət Universiteti |
Mükafatları |
1951-ci ildə anadan olmuşdur[1]. 1972-ci ildə Bakı Dövlət Universitetini bitirmişdir. 1982-1987-ci illər ərzində təhsilini keçmiş SSRİ Daxili İşlər Nazir-liyinin Volqoqrad şəhərindəki Ali İstintaq Akademiyasında davam etdirmişdir. 1976-cı ildən 2006-cı ilə qədər hüquq-mühafizə orqanlarında müxtəlif vəzifələrdə çalışmışdır. 2006-2008-ci illərdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında hüquq şöbəsinin müdiri işləmişdir[1].
2008-ci ilin aprelində Yerli Sənaye və Kommunal-Məişət Müəssisələri Fəhlələrinin Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri seçilmişdir. AHİK-in Məclis və İcraiyyə Komitəsinin üzvüdür[1].
Ailəlidir, üç övladı var.