Telman Qurbanov

Telman Xudam oğlu Qurbanov (6 noyabr 1936, Naxçıvan17 oktyabr 1990, Bakı) — kimya elmləri doktoru, professor.[mənbə göstərin]

Telman Qurbanov
Telman Xudam oğlu Qurbanov
Doğum tarixi 6 noyabr 1936(1936-11-06)
Doğum yeri
Vəfat tarixi 17 oktyabr 1990(1990-10-17) (53 yaşında)
Vəfat yeri
Vətəndaşlığı SSRİ SSRİ
Milliyyəti azərbaycanlı
Elm sahəsi kimya
Elmi dərəcəsi
Elmi adı
İş yerləri
Təhsili
Mükafatları Azərbaycan SSR Dövlət mükafatı XTNS qızıl medalı XTNS gümüş medalı XTNS gümüş medalı

1936-cı il noyabrın 6-da Naxçıvan şəhərində qulluqçu ailəsində anadan olub. 1955-ci ildə 1 saylı Naxçıvan şəhər orta məktəbini qızıl medalla bitirib, 1955-ci ildə Bakı Dövlət Universitetinin kimya fakültəsinə qəbul olunub. 1960-cı ildə Bakı Dövlət Universitetinin kimya fakültəsini bitirib.

1968-ci ildə kimya üzrə fəlsəfə doktoru və 1982-ci ildə kimya üzrə elmlər doktoru elmi dərəcəsini, 1983-cü ildə isə professor elmi adını alıb, 1989-cu ildə Azərbaycan EA-nın müxbir üzvü seçilib.

Telman Qurbanov 17 oktyabr 1990-cı ildə, Bakıdakı evinin qapısında qətlə yetirilmişdir. Cinayətin sifarişçisi böyük iş adamı, "Azərbaycan" iqtisadi assosiasiyasının prezidenti Elxan Məmmədov, təşkilatçısı isə Azərbaycan SSR Dövlət Təhlükəsizlik Komitəsinin sədri Vaqif Hüseynovun tabeliyində olan, respublika DTK-nın keçmiş 5-ci idarə rəisi və 3 nömrəli bölməsinin rəis müavini, polkovnik-leytenant Sadıx Əliyev olmuşdur. Sifarişin arxasında dayanan səbəb Məmmədovun həyat yoldaşı Tamilla Maksudovanı Qurbanova qısqanması idi. Məmmədovla "Azərbaycan" assosiasiyasında birgə əməkdaşlıq yolu ilə tanış olmuşdur. Odur ki, bu kommersiya strukturunun ştatında DTK əməkdaşlarının bəzi qohumları yerləşdirilmişdir və respublika DTK-nın dəstəyi sayəsində dərnəyə xeyli maddi yardım göstərilmişdiri. 1991-ci ilin avqust qiyamından sonra Əliyev, bir müddət sonra isə Məmmədov da həbs edilmişdir. İstintaq Qurbanovun qətlinin təşkilində respublika DTK-nın iştirakına dair heç vaxt inandırıcı sübutlar təqdim edə bilməmişdi, lakin məhkəmə qərarından xeyli əvvəl bu cinayətlə bağlı bütün məlumatları ictimaiyyətə çatdırmağa cəhd edilmişdir. Əsas diqqət dövlət təhlükəsizlik orqanlarının, xüsusən də Vaqif Hüseynovun "Azərbaycan" assosiasiyasının rəhbərliyi ilə əməkdaşlığına yönəldilmişdi. Bu məlumatın dərcindən sonra prezident Ayaz Mütəllibovun təzyiqi ilə Hüseynov DTK rəhbəri vəzifəsindən istefa ərizəsi yazmağa məcbur olmuşdur.[1][2]

Elmi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

1970–1983-cü illərdə Azərbaycan SSR EA Qeyri-üzvi və Fiziki Kimya İnstitutunda elmi işlər üzrə direktor müavini, 1983–1985-ci illərdə direktor vəzifəsinin icraçısı, 1985–1990-cı illərdə laboratoriya müdiri olub.

T. Qurbanovun bilavasitə rəhbərliyi altında respublikada ilk dəfə renium və texnesiumun yeni sinif koordinasion birləşmələrinin sintezi üçün metodlar və bu birləşmələr əsasında münasib metalların, nazik örtük və təbəqələrin aşağı temperatur və təzyiqdə alınma texnologiyası hazırlanıb. Renium xalkogenidləri əsasında aparılan tədqiqatlar tərkibində nadir-torpaq metalları olan yeni üçlü birləşmələrin alınmasında geniş istifadə olunmuşdur ki, bu da yarımkeçirici və termoelektrik xassəli materialların sintez edilməsinə imkan yaratmışdır. Onun rəhbərliyi ilə 1 elmlər doktoru, 15 fəlsəfə doktoru yetişdirilib.

T. Qurbanov 1967–1970-ci illərdə Azərbaycan EA-nın Rəyasət Heyəti aparatının, "Tətbiq və Elmi təşkilat" şöbəsinin müdiri və akademik katibinin müavini vəzivələrində çalışmışdır. 1970–1983-cü illərdə Azərbaycan SSR EA Qeyri-üzvi və Fiziki Kimya İnstitutunda elmi işlər üzrə direktor müavini, 1983–1985-ci illərdə direktor vəzifəsinin icraçısı, 1985–1990-cı illərdə laboratoriya müdiri olub.

T. Qurbanovun rəhbərliyi ilə 1 elmlər doktoru, 15 fəlsəfə doktoru yetişdirilib.

T. Qurbanov keçmiş SSRİ-nin və Azərbaycan EA-nın bir sıra elmi, elmi texniki və problem şuralarının sədri və onların üzvü olmuşdur.

Elmi əsərləri

[redaktə | mənbəni redaktə et]

T. Qurbanovun əldə etdiyi elmi nəticələr onun bir sıra elmi məqalələrində, o cümlədən prof. P. H. Rüstəmov və prof. Ö. M. Əliyevlə birgə nəşr etdirdiyi "Nadir-torpaq elementlərinin üçlü xalkogenidləri" adlı monoqrafiyada öz əksini tapıb. O, 135 elmi əsərin, 45 müəlliflik şəhadətnaməsi və 1 monoqrafiyanın müəllifidir.

O, 45 müəlliflik şəhadətnaməsinin müəllifidir.

Təltif və mükafatları

[redaktə | mənbəni redaktə et]

T. Qurbanov 3 dəfə Ümumittifaq Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin qızıl (1978), gümüş (1980, 1982) medallarına və bir sıra Fəxri fərmanlara layiq görülüb.

  1. Tumşis, 2016. səh. 97
  2. Hüseynov, 2013. səh. 364–367
  • Гусейнов, В. А. Преодоление. Постскриптум // Больше чем одна жизнь. Кн. 2. Противостояние. Moskva: Красная Звезда. 2013. ISBN 978-5-88727-100-2.
  • Тумшис, Михаил. Щит и меч Советского Союза (rus). Moskva: Rusiya Təhsil və Elmin Təşviqi Fondu. 2016. ISBN 978-5-91244-161-5.