Temza çayı

Temza çayının geniş görünüşü. Sol tərəfdə Londonun gözü ortada isə Vestminster sarayı görünür.

Temza (ing. Thames, lat. Tamesis) — İngiltərənin cənubundan başlayan çay. Temza çayı London şəhərinin mərkəzindən keçərək, Şimal dənizinə tökülür. Uzunluğu 346 km və hövzəsinin sahəsi 13000 km²-dir. Londonun mərkəzində yerləşən Tauer körpüsü Temza çayının üzərində inşa olunmuşdur.

Temza çayının adının etimologiyası haqqında müxtəlif fikirlər vardır. Əsas fikrə görə "Temza" sözü kelt dilində olan Tamesa sözünündən keçmişdir və tərcüməsi "qaranlıq" deməkdir.