Tendra dili

Tendra dili (ukr. Тендрівська коса)[1]Ukryananın cənubunda, Qara dənizin şimal-qərb sahilində ada. Ada dil formasında olub Xerson vilayətinin ərazisində yerləşir.

Tendra dili
ukr. Тендрівська коса
Ümumi məlumatlar
Sahəsi
  • 12,89 km²
Eni 1,8 km
Uzunluğu 65 km
Yerləşməsi
46°14′29″ şm. e. 31°37′51″ ş. u.
Akvatoriya Qara dəniz
Ölkə  Ukrayna
Tendra dili xəritədə
Tendra dili
Tendra dili
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Uzunsov formada olan Tendra dilinin uzunluğu 65 km, eni isə 1,8 km-dir. Ümumi sahəsi 38 km²-dir. Adanın dəniz səviyyəsindən ən yüksək nöqtəsi 2,5 metrdir. Tendra dilini materikdən Tendra körfəzi ayırır.

Ada dənizdə qum və balqqulağı qalıqlarının akkumulyasiyası nəticəsində formalaşıb. Səthi düzdür. Adanın qərb hisəsi kürək şəkillidir. Sahil hissələrində tirələrə, kiçik laqun mənşəlli göllərə rast gəlinir. Adanın cənub hissəsində eol relyef formaları üstünlük təşkil edir. Qərb hisəsindən körfəzə doğru uzunluğu 600 metr olan Belıe Kuçuqurı yarımadası uzanır. Yarımadada Belıe Kuçuqurı mayakı, eləcə də adanın mərkəzində Tendra mayakı yerləşir. Adanın mərkəzi hissəində 6 göl var. Güclə dalğalar bəzən adanı aşaraq körfəzə çata bilir. Ada səthi seyrək ot və kolluqlarla örtülüb.

1920-ci ildə Tendra dili yeni yaradılmış qoruq ərazisinə daxil idi. İndi ada Qara Dəniz Biosfer Qoruğunun bir hissəsi hesab olunur.

Antik dövrdə ada Drom Axilles adı ilə tanınırdı. Ərazidə Axilles məbədi mövcud idi və dini bayramlar, idman yarışları keçirilirdi.[2]

Rusiya-Osmanlı müharibəsi (1787-1792) zamanı Tendra yaxınlığında rus eskadriyası, kontr-admiral Fyodor Uşakovun başçılığı ilə türk eskadriyası üzərində qələbə çalmışdır.

Rusiyada vətəndaş müharibəsində Tendra Pyotr Vrangelin dayanacaq yeri olmuşdur. 1905-ci ildə Tendrada "Potyomkin" gəmisində olan bir qrup insanın qiyamı baş vermişdir.

2022-ci ildə başlanmış Rusiya–Ukrayna müharibəsi nəticəsində ada rus hərbiçiləri tərəfində işğal olunub.[3]

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]

Василюк О. В., Коломійчук В. П. Вони були першими (до 90-річчя створення Надморських заповідників // Мелитопольский краеведческий журнал, 2016, № 8, с. 74-81

  1. А. Ф. Трёшников. Географический энциклопедический словарь: географические названия (rus). Moskva: Советская энциклопедия,. 1989. ISBN 5-85270-057-6..
  2. "Дром Ахілла". HISTorical Analysis Narratives Sources (ukrayna). 2013-06-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-02-14.
  3. "Что известно о гибели бойцов элитного украинского спецназа на Тендровской косе". BBC News Русская служба (rus). 2024-02-29. 2024-02-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-29.