Axilles

Axilles — "İliada" poemasının baş qəhrəmanı, yunan ordusunun ən cəsur sərkərdəsi, yunanların qəhrəmanı.

Axilles
Mifologiya Yunan
Yunanca adı Ἀχιλλεύς
Latınca adı Achilles
Cinsi kişi[d]
Fəaliyyəti Qəhrəman döyüşçü
Atası Peley
Anası Fetida
Arvadı
Əlaqəli hadisələr Troya müharibəsi
Mənşəyi Yarımtanrı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Homer İlliadasinin demək olarki baş qəhrəmanı Axillesdir. Axilles (əsli antik Yunan olan Ἀχιλλεύς Akhilleus; Fransızca Achille, oxunuşu Aşıl) ölümlü bir ata olan Peleus ilə bir tanrı olan Fetidanın oğulu olan yarı tanrı bir insandır. Yunan mifologiyasının ən əhəmiyyətli qəhrəmanlarından biridir. Troya müharibəsinin yunan qəhrəmanlarının başında gəlməkdə və Homerin İlliada mifoloji əsərində yunanlarin ən böyük döyüşçüsüdür.

Anası Fetida oğulunu ölümsüzlük çayı Styxdə yuyarkən əlini suya dəydirməməsi nəsihət edildiyi üçün, onu sol topuğundan tutub suya batırmışdır. Yalnız oradan vurulsa öləcəyinə inanılır. Əfsanəyə görə, öləcəyini bildiyi halda Axilles Heleni geri gətürmək üçün başlayan və ən böyük döyüş qəbul edilən Troya müharibəsinə adının sonsuza qədər xatırlanması üçün qatılmış və Troyalı şahzadə Paris tərəfindən təsadüfən, sol dabanından zəhərli oxla vurularaq ölmüşdür. Buna görə ayaq dabanında iştirak edən vətərə "Axilles vətəri" adı verilmişdir. İlk böyük qədim Yunan şairi olan Homerosun, Troya müharibəsini izah edən İliada adlı əsərində hətta Axillesin məzarının yeri təsvir edilir.