Teo Ceyms (ing. Theo James; doğum adı: Teodor Peter Ceym Kinnaird Taptiklis (ing. Theodore Peter James Kinnaird Taptiklis); 16 dekabr 1984, Oksford) — ingilis kino və televiziya aktyoru.[1]
Teo Ceyms | |
---|---|
ing. Theo James | |
Doğum adı | Theodore Peter James Kinnairdd Taptiklis |
Doğum tarixi | 16 dekabr 1984 (39 yaş) |
Doğum yeri |
|
Fəaliyyəti | aktyor, musiqiçi, kino aktyoru, teatr aktyoru, televiziya aktyoru, icraçı prodüser[d], müğənni, gitaraçı |
Fəaliyyət illəri | 2010-cu ildən |
Təhsili | |
IMDb | ID3772243 |
Vikianbarda əlaqəli mediafayllar |
Teo Ceyms 16 dekabr 1984-cü ildə[1][2] Oksfordda Philip Taptiklis və Jane Martinin ailəsində anadan olub.[3][4][5] Onun ata tərəfdən babası yunandır; Peloponnesdən Yeni Zelandiyaya köçüb.[6] O, həmçinin anası tərəfdən Şotland və İngilis mənşəlidir.[7] Ceyms ailənin ən kiçik uşağıdır - onun iki böyük qardaşı və iki bacısı var.[7][8] Nottingem Universitetini fəlsəfə ixtisası üzrə bitirib. Bristol Old Vic Teatr Məktəbində aktyorluq təhsili alıb.[1][2]
Ceyms 2016-cı ilin iyun ayında Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı ilə birlikdə Yunanıstana getmiş və burada suriyalı qaçqınlarla görüşmüş və onların vəziyyəti haqqında məlumat almışdır.[9] O, bundan sonra qaçqınların hüquqlarının tərəfdarı olmuş və Suriya vətəndaş müharibəsi nəticəsində didərgin düşmüş insanlara daha çox humanitar yardım göstərilməsinə çağırmışdır.[10][11][12]