Teodoziya Brıj

Teodoziya Markovna Brıj (18 fevral 1929, Berejnitsa[d]4 iyul 1999, Lvov) — Ukrayna heykəltaraşı, Ukraynanın əməkdar rəssamı (1997), SSRİ Rəssamlar İttifaqının üzvü.[1]

Teodoziya Brıj
ukr. Теодозія Марківна Бриж
Doğum tarixi 18 fevral 1929(1929-02-18)
Doğum yeri
Vəfat tarixi 4 iyul 1999(1999-07-04) (70 yaşında)
Vəfat yeri
Dəfn yeri
  • Lıçakov qəbiristanlığı[d]
Təhsili
  • Lvov Milli İncəsənət Akademiyası[d] (–1954)
Fəaliyyəti heykəltaraş
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Qəbri.

Teodoziya Brıj 18 fevral 1929-cu ildə Sarnı rayonunun Berejnitsa kəndində anadan olub.[2] O, Sarnı gimnaziyasından məzun olmuşdur. 1954-cü ildə Lvov Tətbiqi və Dekorativ İncəsənət İnstitutunu bitirmişdir. İvan Severa və Leopold Levitski kimi şəxslər onun müəllimləri olmuşdurlar. Brıj Lvovda yaşamış və işləmişdir.[2]

Bryzh iki yüzdən çox heykəlin müəllifi olmuşdur. Onun əsərlərinə abidələr, məzar daşları, xatirə lövhələri, dekorativ və park heykəlləri daxildir. Lesia Ukraynkanın "Meşə mahnısı" əsasında yaratdığı silsilə əsərləri böyük maraq oyatmışdır.[1]

Brıj lvovlu abidə və qrafika sənəçisi Yeven Beznisk ilə evlənmiş, onunla bir çox sənət layihəsi həyata keçirmişdir.[2] Cütlük Makivka dağındakı Seç atıcılarının xatirə qəbiristanlığını, Zoloçiv qəsrindəki Xalq Daxili İşlər Komissarlığının (NKVD) qurbanlarına həsr olunmuş xatirə ibadətgahını, Danilo Halitskinin abidəsini və Volodimir-Volinskyidə tikilmiş Vasilko Romanoviçin abidəsini dizayn etmişdir.[3]

Brıjın heykəlləri plastiklik, zəriflik və yüngüllük ilə xarakterizə olunur. O, 1960-cı illərdə Ukraynada müasir dünya incəsənəti yolu ilə gedən ilk heykəltaraşlardan biri olmuşdur.[4]

Brıj 4 iyul 1999-cu ildə Lvovda ölmüş və Lıçakov qəbiristanlığında dəfn olunmuşdur.[5]

Lvov şəhərinin Martovıça küçəsi, 5 ünvanında Brıjın xatirə muzeyi yerləşir.[1] Rivnedə bir küçəyə Teodoziya Brıjın adı verilmişdir.

Seçilmiş əsərləri

[redaktə | mənbəni redaktə et]
  • Volodimir-Volynskyi qurbanlarının xatirəsinə həsr olunmuş memorial kompleksi. Yeven Dzindra və Yaroslav Nazarkeviç ilə birlikə. 1965-ci ildə tikilmiş, 1985-ci ildə bərpa olunmuşdur.
  • Xorobrovda sovet əsgərlərinə abidə (1975).
  • Lvov şəhərinin Mişuha küçəsində Yuri Velikanoviçə həsr olunmuş abidə (1982, memar Lidiya Lesova).
  • Lvov şəhərinin Lıçakov qəbiristanlığında Solomiya Krushelnitska, İvan Kripiakeviç, Leopold Levitski, Oleksa Şatkivski üçün qəbir daşları.
  • Kommunist repressiyalarının qurbanları üçün abidə (1995, Zoloçev qəsr-parkı).[6]
  1. 1 2 3 "Theodosia Markovna Brizh (born in 18.02.1929) – Biography, Interesting Facts, Famous Artworks". Arthive. 2 March 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 March 2022.
  2. 1 2 3 Віктор, Гуменний. "Львів'янка, що творила історію скульптури з нової сторінки: творча історія Теодозії Бриж • Фотографії старого Львова". Фотографії старого Львова (ukrayna). 11 February 2016. 8 April 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 March 2022.
  3. Ent︠s︡yklopedii︠a︡ Lʹvova = Encyclopaedia Leopoliensis (ukrayna). Andriĭ Kozyt︠s︡ʹkyĭ, I. Pidkova, Андрій Козицький, І. Підкова. Lʹviv. 2007–2012. 285–286. ISBN 978-966-7007-68-3. OCLC 181625653. 2023-03-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-03.
  4. Художники України: енциклопедичний довідник (ukrayna). Віктор. Сидоренко, Академія мистецтв України. Інститут проблем сучасного мистецтва. (1). Kyïv: Інтертехнологія. 2006. 95. ISBN 978-966-96839-3-9. OCLC 781430671. 2023-03-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-03.
  5. Krysa, Li︠u︡bomyr. Lychakivsʹkyĭ nekropolʹ : putivnyk (ukrayna). Roman Figolʹ. Lʹviv: [publisher not identified]. 2006. 58. ISBN 966-8955-00-5. OCLC 85871287. 2023-03-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-03.
  6. "Капличка-пам'ятник жертвам комуністичних репресій – "Золочів.нет"". 22 October 2017. 22 October 2017 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 10 March 2022.