Teramo Kristoforo Kastelli (it. Teramo Cristoforo Castelli; 1597[1][2], Genuya və ya Palermo[3] – 3 oktyabr 1659, Palermo) — İtaliya missioneri.
Teramo Kastelli | |
---|---|
Doğum tarixi | 1597[1][2] |
Doğum yeri |
|
Vəfat tarixi | 3 oktyabr 1659 |
Vəfat yeri |
|
Fəaliyyəti | missioner, tarixçi, rahib |
Vikianbarda əlaqəli mediafayllar |
Teramo Kristoforo Kastelli 1597-ci ildə anadan olmuşdur. Zadəgan ailəsindən olan Kastelli 1632–1654-cü illərdə Gürcüstanda yaşamışdır. O, əsasən Gürcüstan xalqı və təbiəti haqqında olan yeddi cildlik səyahət qeydləri yazmış, eskizlər və digər illüstrasiyalar çəkmişdir. Bu əlyazma 1878-ci ildə keşiş Coakkino di Marso tərəfindən kəşf edilmişdir. Bu, Palermo bələdiyyə kitabxanasına çatdırılmış və 1910-cu ildə Mişel Tamarati tərəfindən Gürcüstan alimlərinin diqqətinə çatdırılmışdır.[4][5][6]