Terek qumuqları — Çeçenistan, Şimali Osetiya və Alaniya ərazilərində Terek çayı boyunca yaşayan qumuqların etnik qrupu. 2010-cu ildə keçirilmiş Ümumrusiya əhalinin siyahıya alınmasına görə sayları təxminən 28 min nəfərdir. İnanc olaraq müsəlman sünnidirlər. İki etnik alt qrupa bölünürlər braqunlar (Çeçenistanın Qudermes[1] və Qroznı[2] rayonlarında yaşayırlar) və mozdoklular (ya da mozdok qumuqları, Şimali Osetiya Alaniya respublikasında Mozdok[3] rayonunda yaşayırlar).
2010-cu il siyahıyaalınmasına görə qumuqların yaşadıqları ərazilər | |||||||||
Özünüadlandırma | |||||||||
---|---|---|---|---|---|---|---|---|---|
(qum:qumuqlar, къумукълар) | |||||||||
Ümumi sayı | |||||||||
28 min nəfər | |||||||||
Yaşadığı ərazilər | |||||||||
| |||||||||
Dili | |||||||||
Dini | |||||||||
Daxildir | |||||||||
Türk xalqları |
Göründüyü qədər terek qumuqları qıpçaqlara qədər Terek çayının bütün sağ sahili boyunca və Sunjey çayı arasında yaşayan tümenlərdən törəyiblər. Bütün bu ərazilər XVI əsrə qədər Tümen xanlığının ərazisinə daxil olub. XVI əsrdən XVII əsrə qədər bu ərazilər Tarku şamxallığından asılı olan və əhalisinin böyük hissəsini qumuqlar təşkil edən Braqun hakimliyinin tərkibində olub. General Yermolovun məktublarında bunlar yazılıb:
Vəba kabardinlərə qarşı bizim müttəfiqimiz idi. O Kiçik Kabardanın bütün əhalisini məhv edib Böyük Kabardada böyük boşluqlar yaratdı. Onları o dərəcədə zəiflətdi ki onlar artıq əvvəlki kimi böyük güclə toplana bilmirdilər. Ancaq kiçik qruplar şəklində hücumlar edirdilər. Yoxsa böyük ərazi boyunca səpələnmiş hissələrimiz böyük təhlükəsi ilə üzləşə bilərdilər. Çeçenlərdən sonra Terek çayının sağ sahili boyunca andreevski, aksaevski və kostexovski xalqları yaşayırlar. Özlərini qumuq adlandıran onlar əvvəldən bizim təbəəmizdirlər. Hər üç qumuq hakimliyi yaşına görə böyük şahzadə və ya bəy tərəfindən ardıcıllıqla idarə edilirdi. Çox vaxt belə alınırdı ki ən bacarıqlılar idarə edirdilər. Bu bölgələrdə yaşayan əhali əhəmiyyətsizdir xəzinələrində heç bir gəlir yoxdur. |
Məhz vəba vaxtilə XVII – XVIII əsrlərdə qumuqlar tərəfindən sıx məskunlaşmış qumuq düzənliklərinin boşalmasına səbəb oldu.
XVII əsrin sonu XVIII əsrdən etibarən bütün bu ərazilərə çeçenlər köçməyə başlayırlar. Qumuq əhalisinin əksəriyyəti isə bu əraziləri tərk edirlər.
Terek vilayəti bölündükdən sonra terek qumuqları əsasən Dağıstanda yaşayan qumuq etnosundan ayrı düşərək ayrıca etnik qrup kimi formalaşdılar. Onların hazırda yaşadıqları ərazilər sonradan formalaşdırılmış Çeçenistan Respublikası və Şimali Osetiya ərazisində yerləşir.
Braqunlar – Braqun kəndi (qum Borağan), Vinoqradnoe (qum Bammatyurt), Darbanxi (qum İstisuv)
Mozdoklar – Qızılyar (Quçukyurt), Predqornoe (qum Borasuvotar), Malıy Malqobek (Qiççiotar) Kalininskiy