Qroznı rayonu (çeç. Соьлжа-ГӀалин кӀошт) — Rusiya Federasiyası, Çeçenistan Respublikasının tərkibindəki inzibati ərazi vahidi. İnzibati mərkəzi Qroznı şəhəridir[4][5] (bununla belə rayonun tərkibinə daxil deyildir). Qroznı rayonunun rəhbərliyi Tolstoy-Yurt kəndində yerləşir[6].
Qroznı rayonu | |
---|---|
Соьлжа-ГӀалин кӀошт | |
43°19′ şm. e. 45°41′ ş. u.HGYO |
|
Ölkə | |
İnzibati mərkəz | Qroznı[1], Tolstoy-Yurt |
Tarixi və coğrafiyası | |
Yaradılıb | 1934 |
Sahəsi |
|
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | 8712 |
Rəsmi sayt | |
Vikianbarda əlaqəli mediafayllar |
Rayon Çeçenistan Respublikasının mərkəzi hissəsində yerləşir. Şimalda Naurski və Şelkovski rayonları, şərqdə — Qudermes rayonu, cənub-şərqdə — Şali rayonu, cənubda — Urus-Martan rayonu ilə həmsərhəddir. Cənub-qərbdə Axçoy-Martano və Sunjenski rayonları, şimal-qərbdən Nadterek rayonu ilə sərhədə sahibdir. Rayonun mərkəzində onun tərkib hissəsi olmayan Qroznı şəhər rayonu yerləşir. Rayon şərqdə Arqun şəhəri ilə həmsərhəddir.
Çeçen düzünliyində yerləşir[7]. Təbii şəraitə görə bölgə iki hissəyə bölünür — düzənlik və dağətəyi. Rayon ərazisi Terek çayından cənubda Terekvə Sunja dağları arasındadır. Rayonun şimaldan cənuba doğru uzunluğu 58,4 km, qərbdən şərqə isə 78,2 km-dir. Rayonun sahəsi — 1480.43 km²-dir.
1 avqust 1934-cü ildə Ümumrusiya Mərkəzi İcraiyyə Komitəsi "Çeçen-İnquş Muxtar Vilayətində mərkəzi Qroznı şəhəri olan yeni bir Qroznı rayonunun təşkili qərarına gəldi. Aşağıdakı rayonların ərazisi ona daxil edildi:
a) Petropavlovsk rayonu ləğv edildi və ərazisinə daxil olan Petropavlovka, İlyinki, Goryaçevodskaya, Pervomayskaya və Staro-Sunjenskaya kəndlərinin ərazisi ona birləşdirildi;
b) Urus-Martan rayonunun Berdıkel, Çeçen-aul, Novıye Aldı və Alxan-Kala kəndləri;
c) Nadterek rayonunun Köhnə Yurt kəndi;
ç) Qudermes rayonunun Yeni Yurt kəndi;
d) Qroznı Şəhər Sovetinin torpaqlarında yerləşən "Arqun" kolxozunun ərazisi[8]
Qroznı rayonuna ümumilikdə 40 yaşayış məntəqəsi daxildir.
Xalq | Say, nəf. |
Ümumi əhaliyə olan nisbəti, % |
---|---|---|
çeçenlər | 114 434 | 96,69 % |
qumuqlar | 3 348 | 2,83 % |
ruslar | 265 | 0,22 % |
digərləri | 242 | 0,20 % |
bildirməyənlər | 58 | 0,05 % |
ümumi | 118 347 | 100,00 % |