Termorequlyasiya

Termorequlyasiya - ətraf mühitin temperaturunun fərqli olmasına baxmayaraq canlı orqanizmlərin bədən istiliyini müəyyən sərhədlərdə saxlamaq qabiliyyətidir. Termorequlyasiya mərkəzi beynin hipotalamus adlanan hissəsində yerləşir. Hipotalamus termorequlyasiya üçün ən vacib orqanlar, yəni böyrəküstü vəzlər və qalxanabənzər vəzlərilə sıx əlaqədə olan endokrin sistem proseslərini idarə edir. Belə ki , ətraf mühitin temperaturu azaldıqda maddələr mübadiləsini sürətləndirən qalxanabənzər hormonların ifrazının artması nəticəsində istilik istehsalı artır.

Termorequlyasiya sisteminin məqsədi bədən temperaturunun sabit saxlanılmasını təmin etməkdir , belə ki, hipotermiya zamanı (bədən temperaturunun normadan aşağı olması) istilik istehsalını artırmaq və istilik sərfini azaltmaq, hipertermiya (bədən temperaturunun normada artıq olması) zamanı isə bunun əksi olaraq ətraf mühitlə istilik mübadiləsini artırmaq və istilik istehsalını azaltmaqdır.

Bu proses heyvan orqanizmini, daxili mühit ilə xarici mühit arasındakı dəyişikliklərə baxmayaraq tarazlıq vəziyyətində saxlayır və homeostazın aspektlərindən biridir. Zoologiyada bu cür prosesləri öyrənən elm sahəsi ekofiziologiya və ya fizioloji ekologiya adlanır.

Məməlilərdə termorequlyasiya

[redaktə | mənbəni redaktə et]

Məməlilər daxili fizioloji və biokimyəvi proseslər hesabına bədən istiliyinin müəyyən bir səviyyədə saxlanılmasını təmin etdiyinə görə homoyotermik (isti qanlı) heyvanlara aiddirlər (poykiloterm gəmiricilərə aid olan çılpaq köstəbək istisnadır).[1] Onlarda istilik istehsalını təmin edən proseslərin intensivliyi bədən temperaturunun sabitliyini təmin edən sistemlərin təsiri altında reflektor olaraq tənzimlənir və buna görə də termorequlyasiya yaxşı inkişaf etmişdir. Termorequlyasiyada iştirak edən neyronlar termorequlyasiya mərkəzinin də yerləşdiyi hesab edilən hipotalamusda yerləşir. Son araşdırmalar vahid termorequlyasiya mərkəzinin konsepsiyasının afferent və efferent sahələri ilə termo-effektin bütün müxtəlif sahələrini əks etdirmədiyini göstərdi.[2] Təkamül prosesində məməlilər sinir və humoral tənzimləmə səviyyəsində həyata keçirilə bilən metabolizmaya, enerji mübadiləsinə və davranışına təsir edən müxtəlif termorequlyasiya vasitələri qazandılar. Nəzərə almaq lazımdır ki, müəyyən mexanizmlərin aktivləşdirilməsi günün vaxtından, fəsildən, heyvanın cinsindən və yaşından asılıdır.[3]

İstilik istehsalının iki yolu var:

  • skelet əzələlərinin yığılması nəticəsində yaranan kontraktil termogenez (əksər halda soyuq əzələ titrəməsi );
  • lipoliz (əsasən qəhvəyi yağ toxuması), qlikogenolizqlikoliz kimi hüceyrə metabolizma prosesləri aktivləşdikdə yaranan titrəməyən termogenez.[4]

Məməlilərdə metabolizma səviyyəsi sürünənlərə nisbətən bir neçə dəfə yüksək olsa da quşlar qədər yüksək deyildir.[5]

Əksər məməlilərdə bədən temperaturu əsasən sabit olsa da, gün ərzində 1-2 0C diapazonunda dəyişilir. Bədən temperaturunun xarici mühit temperaturundan fərqi 100 dərəcəyə də çata bilər : Arktik tülküdə hətta 60 dərəcə şaxtada da bədən istiliyi sabit olub təxminən +39 dərəcə 0C-dir. Bədən temperaturunun sabitliyi monotermlər, marsupiallarxırda plasentalılar üçün sabit deyildir. Belə ki, monotermlərdə 22 ilə 37 0C, marsupial siçovullarda 29,3 ilə 37,8 0C, tenreklərdə 13 ilə 34 0C, çöl siçanlarında 32 ilə 37 0C,[6] ərincəklərdə isə 24 ilə 34 dərəcə 0C arasında dəyişir.[7] İstiqanlılar arasında hamarburunlu yarasalarda bədən temperaturunun dəyişmə diapazonu olduqca böyük və qeyri - adidir, belə ki, bədən istiliyi -7,5 ilə +48,5 0C arasında dəyişildiyi hallarda da onlar sağ qalırlar.[8]

  1. Daly T. J., Buffenstein R. . Skin morphology and its role in thermoregulation in mole-rats, Heterocephalus glaber and Cryptomys hottentotus (PDF) // Journal of Anatomy . 193, no. 4. 1998. doi:10.1046/j.1469-7580.1998.19340495.x. 2022-01-21 tarixində arxivləşdirilib (PDF).
  2. Daly T. J., Buffenstein R. Skin morphology and its role in thermoregulation in mole-rats, Heterocephalus glaber and Cryptomys hottentotus // Journal of Anatomy. — 1998. — Vol. 193, no. 4. — P. 495—502. — doi:10.1046/j.1469-7580.1998.19340495.x
  3. Romanovsky A. A. Thermoregulation: some concepts have changed. Functional architecture of the thermoregulatory system // American Journal of Physiology. Regulatory, Integrative and Comparative Physiology. — 2007. — Vol. 292, № 1. — P. 37—46. — doi:10.1152/ajpregu.00668.2006
  4. Лютинский С. И. . Патологическая физиология животных. М.: ГЭОТАР-Медиа. 2011. ISBN 978-5-9704-1908-3. — С. 202—203.
  5. Дзержинский, Васильев, Малахов, 2014
  6. Наумов, 1982
  7. Наумов, Карташёв, 1979
  8. Жизнь животных, т. 6, 1971