Terror hadisələri syahısı (1978) — 1978-ci ildə törədilmiş terrorların siyahısı.
- 6 yanvar Brüssel Belçika Türkiyə bankının bürosu partladılmışdır. Terror aktına görə məsuliyyəti Yeni erməni müqaviməti terror qrupu öz üzərinə götürmüşdür.
- 3 yanvar London Böyük Britaniya Türkiyə bankında partlayıcı qurğu işə düşmüşdür. Terror aktına görə məsuliyyəti Yeni erməni müqaviməti terror təşkilatı öz üzərinə götürmüşdür.
- 3 yanvar Moskva SSRİ Pervomayskaya metro stansiyası Baumansk rayonunda 15 saylı mağazada və 25 oktyabr kücəsində törədilən terror aktları nəticəsində 8 nəfər ölmüş və 37 nəfər yaralanmışdır. Terror aktına görə məsuliyyəti Milli Birlik Partiyası erməni terror təşkilatı öz üzərinə götürmüşdür. Bombalı hücumları həyata keçirən qrup 1978-ci il noyabrın 7-də Kursk vağzalında terror aktı keçirməyi planlaşdırıb. Ancaq Dövlət Təhlükəsizlik Komitəsinin keçirdiyi əməliyyat nəticəsində terrorçulardan iksi Akop Stepanya və Zaven Bağdasaryan daha sonra üçüncü terrorçu Stepan Zatikyan həbs olunub. Məhkəmə 1979-cu ildə hər üç terrorçuya ölüm hökmü çıxarmışdır.
- 2 iyun Madrid İspaniya Erməni terrorçuları Türkiyə səfiri Zəki Kunerelin xanımı Pəklə Kunerel istefadəki səfir Bəşir Balaşoğlu ilə ispan vətəndaşı sürücü Antonio Torresi öldürmüşlər.
- 8 iyul Paris Fransa Türkiyə səfirliyinin attaşesinə sui-qəsd edilmişdir. Bir müddət sonra Türkiyə Turizm Bürosuna qumbara atılmışdır. Hər iki terror aktına görə məsuliyyəti Erməni Soyqırımının Ədalətliyi Komandosları terror təşkilatı öz üzərinə götürmüşdür.
- 6 dekabr Cenevrə İsveçrə Türkiyə konsulluğu binası qarşısında bomba partladılmışdır. Terror aktına görə məsuliyyəti Yeni erməni müqaviməti terror təşkilatı öz üzərinə götürmüşdür.
- 17 dekabr Cenevrə İsveçrə Türkiyə avinəqliyyat şirkətinin binası qarşısında partlayış baş vermişdir. Məsuliyyəti ASALA erməni terror təşkilatı öz üzərinə götürmüşdür.
- 7 yanvar Roma İtaliya İtaliya İctimai Hərəkatı ofisinə hücum edən sol terrorçu qrup 3 nəfəri öldürmüşlər.
- 13 fevral Sidney Avstraliya Hökumət Birliyinin başçılarının görüşü zamanı bombanın partlaması nəticəsində iki nəfər həlak olmuşdur.
- 17 fevral Böyük Britaniya Restoranın partladılması nəticəsində 12 nəfər həlak olmuşdur.
- 11 mart İsrail Avtobusa hücum edən Fələstin terrorçuları 38 sərnişini qətlə yetirmişlər və 71 nəfəri yaralamışlar.
- 13 mart Hollandiya Bir ofisə hücum edən terrorçular 78 nəfəri öldürmüşlər.
- 16 mart 9 may Roma İtaliya Baş nazir Aldo Moro Qırmızı Briqadalar təşkilatının terrorçuları tərəfindən girov götürülərək öldürülmüşdür.
- 20 may Paris Fransa Orli hava limanına hücum edən terrorçular 3 fransız turisti ilə bir polisi öldürmüşlər.
- 13 avqust Livan Baş qərargah ofisinin Fələstin terrorçuları tərəfindən partladılması nəticəsində 175 nəfər həlak olmuş və 80 nəfər yaralanmışdır.