Yeni erməni müqaviməti – erməni terror qrupu.
1977-ci ildən Belçika, Fransa, İsveçrə və İtaliyada Türkiyəyə qarşı bir sıra terror aktları törətmişdir. Qrupun fəaliyyəti barədə çox az məlumat mövcuddur. Bu qrupdan olan terrorçular həmçinin Britaniyaya, İsrailə və hətta SSRİ-yə qarşı da terror aktları törətmişlər. Bu təşkilatdan başqa heç bir erməni terror təşkilatı SSRİ-yə qarşı terror aktları həyata keçirməyib. “Yeni erməni müqaviməti” təşkilatı həmçinin SSRİ-yə qarşı mübarizə aparan “Birləşmiş milli partiyanı” və onun rəhbəri Paruyr Hayrikyanı da dəstəkləyirdi.
Qrupun son aksiyası 1983-cü ilin fevralında Belçikada türk turizm agentliyinə qarşı olub. Bundan sonra qrup heç bir terror aktı törətməyib və fəaliyyətini dayandırıb.