II Anastasi

Artemi II Anastasi (yun. Αρτέμιος Ἀναστάσιος Β; VII əsr1 iyun 719, Konstantinopol) — 713-715-ci illərdə hakimiyyətdə olmuş Bizans imperatoru.

II Anastasi
II Anastasi Artemi

lat. Artemius II. Anastasius

yun. Αρτέμιος Ἀναστάσιος Β
bayraq
Bizans İmperatoru
bayraq2
713 – 715
ƏvvəlkiFilippik Vardan
SonrakıIII Feodosi
Şəxsi məlumatlar
Doğum tarixi VII əsr
Vəfat tarixi
Vəfat yeri Konstantinopol
Vəfat səbəbi başın kəsilməsi
Fəaliyyəti rəhbər
Dini şərqi ortodoks xristianlıq
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Hakimiyyətə gəlməsi

[redaktə | mənbəni redaktə et]

Əsl adı Artemidir. Əvvəlki imperatorların hakimiyyəti dövründə saray məmurlarından olan Artemi əvvəlki imperator Filippik Vardanın katibi idi. Trakiyanı tutub Bolqarlar üzərinə gedən Bizans ordusu üsyan qaldıraraq Konstantinopola dönərək paytaxtı ələ keçirdir. İmperator Filippi taxtdan endirirlər. Onun katibi olan Artemini imperator elan edərək tacı ona təhvil verirlər. Artemi II Anastasi adı ilə imperator elan edilir.Ancaq, II Anastasi adına kəsilən sikkələrdə Artemios Anastasios adını yazdıraraq öz adından da istifadə etmişdir.Hakimiyyətə gələn kimi, keçmiş imperatora üsyan qaldıran ordu rəhbərlərini və üsyanın təşkilatçılarını edam etdirir.

II Anastasinin hakimiyyəti dövründə Əməvilər xilafətinin Bizans İmperiyasının Anadolu torpaqlarına hücumları xeyli intensivləşdi. 714-cü ildə Ərəb ordusu Qalatiyaya qədər irəlilədi. Ərəb donanması Rodos adası sahillərindən Bizansı təhdid edirdi. Anastasi isə bu təhlükəni dayandırmaq üçün diplomatik addımlar atmaq niyyətində idi. Əməvilərin paytaxtı Şam şəhərində nümayəndə heyəti göndərdi. Buna baxmayaraq iki dövlət arasında barışıq əldə olunmadı. Şama nümayəndə heyəti göndərməklə bərabər II Anastasi ölkənin müdafiəsi istiqamətində işlər görməyə başladı.

Konstantinopolun xəndəklərini təmir etdirdi. Ərzaq anbarlarını tam doldurdu. Şəhərdə olan hər ailəyə 3 il çatacaq qədər ərzaq tədarükü görməsi əmrini verdi. Bizans donanmasını yenidən təşkil etdi. 715-ci ildə Əməvi xəlifəsi II Valid Valid ibn in ölməsini fürsət bilən II Anastasi Bizans donanmasını Rodos istiqamətinə göndərdi. Bu hücum zamanı sadəcə düşmən gəmilərini dağıtmağı deyil, həmçinin Ərəb donanmasının anbarlarını da dağıtmağı əmr etmişdi. İsavrilər sülaləsindən olan general Leo İsavr rəhbərliyində ordunu Suriyanı işğal etmək məqsədilə Xilafətin üstünə göndərdi.

Taxtdan salınması

[redaktə | mənbəni redaktə et]

II Anastasinin hərbini sistemləşdirməsi siyasəti ordu rəhbərlərini narahat edirdi. Konstantinopola ən yaxın olan Opsikon əyalətində olan ordu bir neçə dəfə İmperator sarayına müdaxilə etmişdi və ən son 713-cü ildə Filippiki taxtdan salıb yerinə II Anastasini imperator elan etmişdilər. Opsikon ordusu Rodos səfərindən qayıdarkən ordu rəhbəri Admiral Yannisi öldürdülər. Konstantinopola dönərkən Vergi məmuru Feodoru III Feodor adı ilə imperator elan etdilər. Feodor bundan xəbərsiz idi və xəbər tutunca qaçmaq istədi. Ancaq əsgərlər tərəfindən ələ keçirildi və təhdid altında imperator elan edildi. Üsyançılar paytaxtı 6 ay mühasirədə saxladılar. II Anastasi İznik şəhərinə qaçdı. Üsyançılarla II Anastasinin qüvvələri arasındakı bu ixtilaflar ara müharibəyə dönüşdü. 716-cı ildə Ortodoks kilsəsinin patriarxı vasitəsi ilə II Anastasi taxtdan imtina etdi. İmperator III Feodor ədalətli davranaraq Anastasini Selanikdə yerləşən monastra keşiş olaraq təyin etdi. Ancaq Anastasi imperatorluqdan əl çəkməmişdi. 718-ci ildə III Feodorun əleyhinə olan üsyandan sonra hakimiyyətə gəlmiş İsavrilər sülaləsinin nümayəndəsi III Leo İsavra qarşı hazırlanan üsyana rəhbərlik etməyə razılaşdı. Üsyançılar bolqarların dəstəyi ilə böyük ordu topladı və Konstantinopola tərəf istiqmaətləndi. Ancaq məğlub olan üsyançılar geri çəkildilər. Anastasi ilə əsir düşdü və imperatorun əmri ilə edam edildi.