Teuşpa

Teuşpa — Eramızdan əvvəl 679 – 678-ci illərdə Assur mənbələrində Teuşpa kimi göstərilən çarın başçılığı ilə kimmerlər Assuriya ərazisinə girirlər. Lakin qanlı vuruşmada kimmerlər məğlub olurlar. Çar Teuşpa döyüşdə öldürülür.

İranşünaslar bu çarın adını İran mənşəli hesab edərək, onun "tava aspa" sözlərindən olduğunu və "güclü (tablı) at" mənasını verdiyini yazırlar [1] Rea'nın dediyinə görədə Teushpa'nın adı, Əhəmənlərin müasir Tişpiş (Teispes)(Chishpish) adını xatırladır, etimoloji baxımından əlaqəli görünmədiyinə baxmayaraq.[2] Əslində isə bu ad ProtoTürk dillərindəki tuş "qızıldan düzəldilmiş bəzək" və ya "varlı" sözlərindən ibarətdir. Onda bu ad "qızıl bəzəkləri ilə varlı" mənasını verir; görünür, o, doğulanda valideynləri onun gələcəkdə çoxlu qızıl əşyalara malik olması arzusu ilə ona bu adı vermişlər. Demək, qədim Assur yazısındakı Teuşpa əslində Türk mənşəli Tuşbay adının fonetik şəklidir. Müqayisə üçün deyək ki, Türkdilli Kuban Bulqarlarını bir başçısı VIII əsrdə Batbay adlanırdı ki, bu da ProtoTürk dillərindəki Batu "qiymətli daş-qaş" və bay "varlı" sözlərindən olmaqla, "daşqaşla varlı" deməkdir. Oxucu yəqin ki, indi də Orta Asiyada yaşayan Türk xalqlarında "bay" sözü ilə bitən şəxs adlarının geniş yer tutduğunu bilir.

Bəlkə də Teuşpa əslində Tuzbay adının fonetik şəklidir ki, bu da Qədim Türkdillərindəki tuz ("düz", "doğrucul") və bay ("bəy", "knyaz", "tayfa başçısı") sözlərindəndir. Hər iki halda bu çarın adı Türkcədir.

Teushpa eramızdan əvvəl VII əsrin əvvəllərində Kimmerlərin padşahıydı, Ancaq Kral Esarhaddonun yazılarına görə Umman-Manda'nın padşahı olaraq xatırlanır. O Eramızdan əvvəl 679-cu ildə Kimmerlərə Assuriyalılara kral olduğu Esarhaddona qarşı döyüşə əmr verdi, Ancaq döyüşdə məğlub oldu.[3]

  1. Дьяконов И. М. История Мидии, səh. 240
  2. "Arxivlənmiş surət". 2021-02-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-08-01.
  3. Rea, The Assyrian Exile: Israel's Legacy in Captivity, p. 91-95
  • Qeybullayev Q. Qədim türklər və Ermənistan. B. : Azərnəşr, 1992, 140 səh.