Teymur Atəşli

Teymur Mustafa oğlu və ya Teymur Atəşli (15 iyun 1923, Bayıl həbsxanası7 noyabr 1976, Adapazarı) — Azərbaycanlı mühacir şair.

Teymur Atəşli
Doğum tarixi 15 iyun 1923(1923-06-15)
Doğum yeri
Vəfat tarixi 7 noyabr 1976(1976-11-07) (53 yaşında)
Vəfat yeri
Fəaliyyəti şair
Mükafatları Knight's Cross of the Iron Cross with Oak Leaves

Teymur Atəşli 1923-cü il iyun ayının 15-də Bayıl həbsxanasında anadan olub[1]. Bakıda orta məktəbi bitirdikdən sonra 1939-cu ildə Azərbaycan Dövlət Universitetinin Xarici Dillər fakültəsinin alman filologiyası şöbəsinə daxil olub. İkinci kursda olarkən səfərbərliyə cəlb olunaraq II Dünya Müharibəsində iştirak etmək üçün Polşa cəbhəsinə göndərilib. 1942-ci ilin iyun ayında 2 rus komissarını öldürərək əvvəlcədən razılaşdığı 20 əsgərlə birlikdə hərbi hissəni tərk edib. Daha sonra almanlar tərəfə keçərək burada Berlin Zabitlər Məktəbində xüsusi kurs keçir. Buranı leytenant rütbəsi ilə bitirdikdən sonra SS birliyinə təyinat alır. Bir sıra hərbi əməliyyatlarda iştirak edərək baş leytenant rütbəsi alır. Müxtəlif gizli əməliyyatlarda iştirak edib. Polkovnik-leytenant Kalnov və kapitan Puqaçevskinin aradan götürülməsində iştirak edib. Daha sonra 70-dən son rus əsgərini öldürüb bölük komandirini ölümdən xilas etdiyi üçün "Dəmir xaç" ordeni ilə mükafatlandırılıb.

95 gün Stalinqrad döyüşlərində iştirak edib. Yaralanaraq SSRİ ordusuna əsir düşür. Əsirlikdən qurutularaq alman əsirlərlə birlikdə Almaniyaya aparılır. Bir neçə il Mitenvald Qaçqınlar Düşərgəsində yaşayıb. Burada bir alman xanımla ailə həyatı qurub. Türkiyə hökumətinin himayəsi ilə 1949-cu il fevralın 12-də xanımı ilə birlikdə İstanbula köçüb.

Daha sonra Türkiyənin Adapazarı ilinə köçüb. İngilis, alman və rus dillərini bildiyinə görə xarici dil müəllimi kimi və notariat qurumlarında, məhkəmələrdə andlı tərcüməçi kimi fəaliyyət göstərib.

1976-cı il noyabrın 7-də Sakaryada işlədiyi "Axşam Xəbərləri" qəzetinin mətbəəsində ürək tutmasından vəfat edib[2][3]. Adapazarında dəfn olunub.

Ədəbi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Sakaryaya gəldiyi ilk gün "Aç qoynunu, ana Vətən" adlı şerini yazıb. "Arşın mal alan", "Məşədi İbad" əsərlərini tamaşaya qoyaraq, özü də aktyor kimi çıxış edib[4] . Müxtəlif vaxtlarda azərbaycanlıların milli mübarizə orqanı olan "Azərbaycan" dərgisində şeirləri dərc olunub. Ankarada nəşr olunan Mücahid jurnalında Hüseyn Cavidin həyat və yaradıcılığı haqqında xronoloji məlumat verib[5]. "Ya istiqlal, ya ölüm" adlı mənzum dram əsərini yazdığı haqda məlumatlar olsa da bu əsərin sonrakı taleyindən xəbər yoxdur. [6] 1954-cü ildə Əbdürrəhman bəy Fətəlibəyli öldürüldükdən sonra ona şeir həsr edib[7].


1956-cı ilin 15 yanvarında 28 fevralınadək Hürriyyət qəzetinin ardıcıl 45 sayında "Stalinqrad cəhənnəmində 95 gün çarpışan türk" adlı döyüş xatirələri çap olunub.[8]1961-ci ildən etibarən Sakaryanın yerli "Axşam Xəbərləri" qəzetinin redaksiyasında müdir olub. Bu qəzetdə "Xalqdan bir səs" sütununda milli ruhlu şeirlərini dərc etdirib. [9] Hicran Səsləri", "Ana", "Rübailər" və "Qəzəl" adlı kitabları işıq üzü görüb.

Kamal Atəşli və Çingiz Atəşli adlı oğulları olub. Böyük oğlu Kamal Atəşli 1969–1972-ci illərdə Sakaryaspor klubunun futbolçusu olub.

2021-ci ildə AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun “Azərbaycan mühacirət ədəbiyyatı kitabxanası” seriyasında “Teymur Atəşli. Seçilmiş əsərləri” kitabı çap olunub. Kitabda Teymur Atəşlinin şeirləri, “Stalinqrad cəhənnəmində 95 gün döyüşən türk” adlı müharibə xatirələri, “Tuzaq” pyesi və publisistik məqalələri yer alıb[4].

  1. Aynurə Paşayeva. Teymur Atəşlinin «Stalinqrad cəhənnəmində 95 gün döyüşən türk» əsərində milli istiqlal ideyasının inikası. Bakı. səh. 2.
  2. "Mustafa Teymur Ateşli" (türk). biyografya.com. 2022-02-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-06-12.
  3. Engin Kaşdaş. "Adapazarı Akşam Haberleri 67 yaşında" (türk). basinhayati.net. 15.02.2019. 2022-02-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-06-12.
  4. 1 2 "Mühacir ədibin Vətəndə nəşr olunan ilk kitabı". 2022-02-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-06.
  5. Aynurə Paşayeva. “Hüseyn Cavid əsərlərinin gənc nəslin tərbiyəsində rolu” (Respublika elmi konfransın materialları) (PDF). Bakı: AMEA Hüseyn Cavidin Ev Muzeyi. 2015. səh. 87. Archived from the original on 2017-05-17. İstifadə tarixi: 2023-06-13.
  6. Nikpur Cabbarlı. XX əsr Azərbaycan mühacirət ədəbiyyatı (türkdilli örnəklər əsasında) (PDF). Bakı. 2017. səh. 33. 2023-05-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2023-05-08.
  7. Sevda İsmayıllı. "«Divanın altındakı kişi» kim idi? (İkinci yazı)" (az.). makroblog.az. 2009-06-12. 2022-08-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-06-13.
  8. Nikpur Cabbarlı. Azərbaycan mühacirət nəsri (PDF). Bakı: Elm və təhsil nəşriyyatı. 2011. səh. 9. ISBN 978-9952-8142-4-8. 2021-04-10 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2023-05-08.
  9. Aynurə Paşayeva. Teymur Atəşlinin «Stalinqrad cəhənnəmində 95 gün döyüşən türk» əsərində milli istiqlal ideyasının inikası. Bakı. səh. 2.