Teymur Zeynalov (iqtisadçı)
Teymur Şamil oğlu Zeynalov — iqtisad elmləri namizədi, dekan müavini.
Teymur Zeynalov |
Doğum tarixi |
10 aprel 1942(1942-04-10) (81 yaş) |
Doğum yeri |
|
Elmi dərəcəsi |
iqtisad elmləri namizədi |
Təhsili |
|
Mükafatları |
|
Teymur Zeynalov 10 aprel 1942-ci ildə Tovuz rayonunun Böyük Qışlaq kəndində anadan olmuşdur. 1958- ci ildə həmin kənddə orta məktəbi bitirmiş, 1960-1962- ci illərdə Bakı Kooperativ Texnikumunu "Mühasibat uçotu" ixtisası üzrə fərqlənmə diplomu ilə bitirərək, Böyük Qışlaq kənd istehsalat cəmiyyətində mühasib işləmişdir. 1969-cu ildə Azərbycan Xalq Təsərrüfatı İnstitutunu fərqlənmə diplomu ilə bitirmişdir, həmin ildə oxuduğu universitetdə müəllim kimi işə qəbul edilmişdir. 1976-cı ildə namizədlik dissertasiyasını müdafiə etmişdir. 1982-ci ildə isə dosent seçilmişdir. 1992-1996-cı illərdə özəl Azərbaycan Yeyinti Sənaye İnstitutunda tədris işləri üzrə prorektor, 1996-2000- ci illərdə Azərbaycan Kooperasiya Universitetində İqtisad fakultəsinin dekanı, 2000-2001- ci ildə Azərbaycan Dövlət İqtisad Universitetində İqtisadi təhlil kafedrasının müdiri, 2001-2005- ci illərdə həmin universitetdə qiyabi təhsil üzrə Uçot-iqtisad fakültəsinin dekanı, 2005- ci ildən isə qiyabi təhsil üzrə dekan müavini işləyir.1969-cu ildən “İqtisadi təhlil və audit” kafedrasında işləyir.
112-dən çox elmi-metodiki əsərlərin, 70- dən çox elmi məqalənin, bir monoqrafiyanın, bir dərslik, iki dərs vəsaiti və dörd broşüranın, altı metodik göstəriş və səkkiz proqramın müəllifidir. Respublikamızın siyasi və iqtisadi həyatı ilə bağlı dövri mətbuatda 30- dan çox məqalə nəşr etdirmişdir.
Yeni Azərbaycan Partiyasının üzvüdür.
Ailəlidir, 5 övladı var.
2011-ci ildə Azərbaycan Prezidenti tərəfindən "Tərəqqi" medalı ilə təltif olunmuşdur.[1]
- Bazar iqtisadiyyatı şəraitində operativ iqtisadi təhlil ("Təfəkkür" məətbəsi, Bakı 1998)
- Maliyyə vəziyyətinin təhlili ("Nasir" nəşriyyatı, Bakı, 2000)
- Pərakəndə ticarətdə mal dövriyyəsinin təhlilinə aid metodik göstəriş ("İqtisad Universiteti" məətbəsi, Bakı, 1992)
- Maliyyə iqtisadi təhlil (Magistratura üçün proqram, Bakı, 1998)
- İqtisadi təhlilin nəzəriyyəsi (bakalavr pilləsi üzrə proqram, Bakı, 1998)
- İqtisadi təhlil (Bakalavr pilləsi üçün proqram, Bakı, 1998)
- İqtisadi təhlil (dərslik, Bakı 2003)
- Əsas istehsal fondlarından istifadənin təhlili (İqtisad Universiteti nəşriyyatı, Bakı, 2001)
- İqtisadi təhlil (Dərslik, "İqtisad Universiteti" nəşriyyatı, Bakı 2011)
- İqtisadçı hazırlığı; problemlər və təkliflər ("Azərbaycan müəllimi" qəzeti, 05.08.1997)
- İdarəetmə və bazar iqtisadiyyatı ilə bağlı bəzi problemlər (Xalq qəzeti, 15.03.1998)
- İqtisadiyyat və insan potensialı (Respublika qəzeti, N- 146- 99)
- Xalq İlham Əliyevi şəxsi keyfiyyətlərinə, əməli fəaliyyətinə görə seçdi ("Xalq qəzeti", 30.10.2003, N-251)
- Heydər Əliyev siyasi kursunun həmişəyaşarlığını həyat özü təsdiqləyir ("Xalq qəzeti", 11.03.2004)
- Heydər Əliyev dövlətçilik məktəbinin ən layiqli davamçısı ("Yeni Azərbaycan" qəzeti, 12.04.2004)
- Ölkəmizin sürətli inkişafı, ümummilli liderimizin siyasi kursunun təntənəsidir. ("Xalq" qəzeti, 31.07.2005)
- Bütün həyatını xalqına, Vətəninə həsr etmiş dahi ("Xalq" qəzeti, 17.04.2008)
- Azərbaycan xalqı aydın sabahını, işıqlı gələcəyini təmin edən liderə səs verdi ("Xalq" qəzeti, 18.10.2008)
- Xilaskarlıq missiyası ("Xalq" qəzeti, 21.12.2008)
- İqtisadi müstəvidə mühasibin yeri: reallıqlar və vəzifələr ("Respublika" qəzeti, 21.06.2011)
- Heydər Əliyev və təhsilimizin inkişaf perspektivləri ("Dahi" qəzeti, 7-15.12.2004)
- İnkişaf strategiyası: reallıqlar, perspektivlər ("Xalq" qəzeti, 17.12.2011)[2]
- Xalq öz qəlbinin hökmü ilə düzgün seçimini etdi ("Xalq" qəzeti, 06.11.2013)[3]
Azərbaycan Dövlət İqtisad Universitetinin əməkdaşlarının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı 26 Sentyabr 2011-ci il