Teymur bəy Aşurbəyov

Teymur bəy Qara bəy oğlu Aşurbəyov (1834, Bakısentyabr 1908, Bakı) — XX əsrin əvvəllərində yaşamış Bakı milyonçusu. Tarixçi Sara Aşurbəylinin babasıdır.

Teymur bəy Aşurbəyov
Doğum tarixi 1834
Doğum yeri
Vəfat tarixi sentyabr 1908
Vəfat yeri
Dəfn yeri
Həyat yoldaşı Tutu xanım
Uşağı
Fəaliyyəti iş adamı, sənayeçi, xeyriyyəçi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Teymur bəy Aşurbəyov Sabunçuda geniş torpaqlara, təsərrüfat sahələrinə malik olmuşdur. O, çox səxavətli bir adam, mesenat kimi tanınırdı. O, Sabunçuda xəstəxananın və məktəbin tikintisinə, məscidlərin təmirinə və bərpasına, yoxsullara yardım üçün iri məbləğdə ianələr vermişdi. Öz vəsiyyətinə uyğun olaraq Kərbəlada dəfn edilmişdir.

Aşurbəyovlar həm də neft sənayeçisi olublar. Teymur bəy Aşurbəyov daha çox neft milyonçusu kimi məşhurdur. O, Sabunçuda geniş torpaqlara, təsərrüfat sahələrinə malik idi. Deyilənlərə görə, son dərəcə səxavətli və genişqəlbli bu insan öz qoyun sürülərini kasıb kəndlilər arasında bölüşdürürmüş. O, eyni zamanda mütərəqqi düşüncəli bir insan idi. Elə bunun nəticəsi idi ki, öz övladlarına – Əli bəy və Bala bəyə gözəl təhsil vermişdi. Teymur bəy Aşurbəyov xeyriyyəçiliyi ilə fərqlənirdi. O, məktəblər tikdirir, məscidləri bərpa etdirir, imkansızlara əl tuturdu. Teymur bəy Aşurbəyov kimi onun oğlanları da öz xeyriyyəçilik əməlləri ilə məşhur idilər. Aşurbəyovların təqaüdü ilə gələcək məşhur ictimai xadimlər Mirəsədulla Mirqasımov, Hənifə PirverdiyevRuhulla Axundov təhsil alıblar. O zamanlar bu qardaşların iştirakı olmadan heç bir mühüm xeyriyyə tədbiri keçirilmirdi. Məsələn, Buxara əmirinin təşəbbüsü ilə Sankt-Peterburqda məscid inşa edilərkən onun tikintisinə böyük miqdarda vəsait Bakı milyonçularından, o cümlədən Aşurbəyovlar tərəfindən ayrılmışdı. 1910-cu ildə məscid praktiki olaraq hazır olanda Bala bəy öz vəsaiti hesabına məscidin ibadət zalına böyük və dəbdəbəli büllur çilçıraq bağışlamışdı.