Hənifə Pirverdiyev

Pirverdiyev Hənifə Hacı Murad oğlu (1893, Tiflis - ?) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin xüsusi qərarına əsasən, dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilmiş tələbələrdən biri.

Hənifə Pirverdiyev
Hənifə Hacı Murad oğlu Pirverdiyev
Doğum tarixi
Doğum yeri Tiflis, Rusiya imperiyası

Bakı orta inĢaat texniki məktəbini bitirmişdi (1917). Parlamentin 1919-cu il 1 sentyabr tarixli qərarına əsasən, təhsilini memarlıq sahəsində davam etdirmək üçün Berlin Universitetinə (Almaniya) göndərilmişdir. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra xaricdə dövlət hesabına təhsil alan azərbaycanlı tələbələrin vəziyyətini öyrənən Azərbaycanlı Tələbələr İttifaqının 1923-1925-ci illər üçün məlumatında onun təhsilinin bitməsinə il yarım qaldığı göstərilirdi.