Teysuke Akiyama

Teysuke Akiyama (秋山 定輔, Akiyama Teysuke?, 24 avqust 1868, Okayama prefekturası19 yanvar 1950)Yaponiya jurnalisti və siyasətçisi.

Teysuke Akiyama
yap. 秋山 定輔
Doğum tarixi 24 avqust 1868(1868-08-24)
Doğum yeri
Vəfat tarixi 19 yanvar 1950(1950-01-19) (81 yaşında)
Təhsili
Fəaliyyəti jurnalist, siyasətçi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Teysuke Akiyama 1868-ci ildə Okayama prefekturasının Kuraşiki şəhərində doğulmuşdur. Tokio Universitetindən məzun olduqdan sonra bir müddət hökumətin audit bürosunda işləmişdir.[1]

Akiyama 1893-cü ildə Yaponiyada "Niroku Shimpo" qəzetini təsis etsə də, qəzet 1894-cü ildə bağlanmış, 1900-cü ildə yenidən təsis etmişdir.[2] O, mübahisəli reportaj üslublarının qabaqcılı olmuş, Mitsui maliyyə qruplaşmasının biznes fəaliyyətlərinə hücum edən, fahişəliklə mübarizə aparan və əmək həmrəyliyini müdafiə edən kampaniyalar aparmışdır.[1]

1902-ci ildə Yaponiya parlamentinə seçilmiş, Katsura hökumətinin büdcə xərcləri siyasətini və Rus-yapon müharibəsi zamanı apardığı danışıqları tənqid etmişdir. Məmurlar onun bu mövqeyindən qəzəblənmiş, onu Rusiya casusu olmaqla ittiham etmiş və ona parlamentdə hücum etmişdirlər. Akiyama 1904-cü ildə parlamentdən istefa etməyə məcbur olmuş, qəzeti müvəqqəti bağlanmışdır. O, nəşrə "Tokyo Niroku Shimpo" adı ilə davam etsə də, əvvəlki populyarlığını qazana bilməmişdir.[1]

  1. 1 2 3 Huffman. səh. 8
  2. Frédéric. səh. 20
  • Frédéric, Louis. Japan Encyclopedia (ingiliscə). Harvard University Press. 2002. səh. 20. ISBN 9780674017535. İstifadə tarixi: 6 avqust 2024.
  • Huffman, James. Modern Japan: An Encyclopedia of History, Culture, and Nationalism (ingilis). Nyu-York: Routledge. 2013. 8. ISBN 978-0-815-32525-3. İstifadə tarixi: 6 avqust 2024.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]