Thalictrum minus

Kiçik qaraqaytaran (lat. Thalictrum minus) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin qaymaqçiçəyikimilər fəsiləsinin qaraqaytaran cinsinə aid bitki növü.

Kiçik qaraqaytaran
Elmi təsnifat
Beynəlxalq elmi adı

Botaniki xarakteristikası

[redaktə | mənbəni redaktə et]

Yarpaqları saplaqlıdır, görünüşünə görə enli-üçbucaqlı, üçqat-dördqat-lələkvaridir, böyük qismi dəyirmi yumurtaşəkilli və ya əksinəyumurtaşəkilli, qaidə hissəsi pazşəkilli və ya dəyirmiləşmiş yarpaqcıqlı, təpə hissədə 2–3 ədəd dişli bölümləri olan üçbölümlü və ya üçdişlidir, alt tərəfdən nəzərə çarpan damar şəbəkəsi vardır. May ayında çiçəkləyir. Çiçək qrupu qollu-budaqlı, çoxçiçəkli, piramidaşəkilli süpürgədir. Çiçəkləri adətən aşağı əyiləndir. Çiçəkyanlığı yarpaqcıqları yaşılımtıl-qonur və ya qırmızımtıl rəngdədir. May-iyul aylarında meyvə verir. Meyvələri 4 mm uzunluqdadır, yumurtaşəkilli-elliptikdir, qabırğalıdır.

Azərbaycanın bütün rayonlarında. Ovalıqdan yuxarı dağ qurşağına qədər.

Yaşayış mühiti

[redaktə | mənbəni redaktə et]

Kolluqlarda, meşə kənarında, kəsilmiş meşələrdə, otlu yamaclarda, çay vadilərində rast gəlinir.

Təsərrüfat əhəmiyyəti

[redaktə | mənbəni redaktə et]

Zəhərli bitkidir. Boyaq məqsədilə istifadə oluna bilər. Xalq təbabətində dərman məqsədilə istifadə olunur.

  1. Linnaeus C. Species Plantarum (lat.): Exhibentes plantas rite cognitas ad genera relatas. 1753. C. 1. S. 546.