The Callisto Protocol — Striking Distance Studios tərəfindən hazırlanmış və Krafton tərəfindən təqdim olunmuş 2022-ci ilə aid survival horror oyunu. Oyun 2 dekabr 2022-ci ildə PlayStation 4, PlayStation 5, Windows, Xbox One və Xbox Series X/S üçün buraxılmışdır. Oyun Dead Space seriyasının yaradıcısı Qlen Skofild tərəfindən idarə olunmuşdur və seriyanın varisi olaraq qəbul edilir.
The Callisto Protocol | |
---|---|
Yayımlayanlar | Krafton |
Buraxılış tarixləri | 2 dekabr 2022[2] |
Janr | survival horror |
Texniki məlumat | |
Platforma | Microsoft Windows, PlayStation 5, PlayStation 4, Xbox One |
Mühərrik | Unreal Engine 4[d][1] |
Oyun rejimi | birnəfərli oyun |
İnterfeysin dili | ingilis dili, italyan dili, fransız dili, alman dili, ispan dili, yapon dili, koreya dili, sadələşdirilmiş Çin dili[d] |
Daşıyıcı | Blu-ray Disc, rəqəmsal distribusiya |
İdarəetmə | kompüter klaviaturası, kompüter siçanı, geympad |
Rəsmi saytı | |
Vikianbarda əlaqəli mediafayllar |
Hekayə ulduz gəmisinin kapitanı Ceykob Li (Coş Duamel) haqqında danışır. O, qəza edərək Yupiterin Kallisto peykinə enir və burada həbs edilərək yüksək təhlükəsizlikli həbsxanada saxlanılır. Daha sonrasında həbsxanada sirli bir xəstəlik yayılır və nəticədə Ceykob burada sağ qalmaq üçün mübarizə aparmalı olur. O, yavaş-yavaş onu əsir götürüb həbs edənlərin qaranlıq sirlərini öyrənir. Oyun prosesində oyunçular bir sıra səviyyələri araşdıraraq, resurslar və məlumat qeydləri toplayaraq infeksiyaya uğramış məhbuslarla mübarizə aparmalıdır.
The Callisto Protocol-un inkişafı 2019-cu ilin iyun ayında Striking Distance Studios-un yaradılması ilə başladı. O, əvvəlcə PUBG: Battlegrounds kainatında qurulmuş bir oyun kimi inkişaf etdirildi, daha sonra orijinal əqli mülkiyyətə çevrildi. Oyun tənqidçilərdən qarışıq rəylər aldı və Kraftonun satış gözləntilərini doğrulda bilmədi.