The Empty Box and Zeroth Maria, Yaponiyada tanınan adı ilə Utsuro no Hako to Zero no Maria (空ろの箱と零のマリア?, azərb. Boş qutu və sıfırıncı Mariya) və ya qısaca Hakomari (箱マリ?) — Tetsuonun rəssamlığı ilə Eyci Mikaqe tərəfindən yazılmış ranobe seriyası. 10 yanvar 2009-cu ildən 10 iyun 2015-ci ilə kimi ASCII Media Works nəşriyyatı tərəfindən 7 cildi buraxılmışdır. Polşada Waneko, Şimali Amerikada Yen Press nəşriyyatı tərəfindən lisenziyalaşdırılmışdır.
The Empty Box and Zeroth Maria | |
Birinci cildin üzlüyü. Personaj: Mariya Otonaşi. | |
空ろの箱と零のマリア azərb. Boş qutu və sıfırıncı Mariya | |
---|---|
Janr | döyüş, müəmma, triller |
Manqa | |
Manqaka | Eyci Mikaqe |
Rəssam | Tetsuo |
Nəşriyyat | ASCII Media Works |
Nəşr tarixi | 10 yanvar 2009 – 10 iyun 2015 |
Cildlər | 7 (cild siyahısı) |
Kazuki Hoşino adi lisey tələbəsidir. Normal gündəlik həyat tərzi keçirir, dostları ilə əylənir. Lakin məktəb ilinin başa çatmasına bir gün qalmış – 2 martda onun sinfinə Aya Otonaşi adlı gözəl qızın gələcəyi məlum olur. Otonaşi sinfə daxil olar-olmaz üzünü Kazukiyə çevirərək bu sözləri deyir:
"Mən səni məğlub etməyə gəlmişəm. Bu mənim 13.118-ci məktəb transferimdir və mənim belə bu qədər təkrardan sonra narahat olmamam əldə deyil. Buna görə də dəyişiklik olsun deyə bu dəfə müharibə elan edirəm".
Bu başqarışdırıcı sözlərdən sonra Kazukinin həyatı tamamilə dəyişir. O, Otonaşinin əsl adının Mariya olduğunu, "qutular" adlandıran müəmmalı cihazların mövcudluğunu, Mariyanın günü minlərlə dəfə təkrarlamasının (Mariya bu hadisəni "Rədd edən sinif" adlandırır) səbəbkarının özünün olduğunu öyrənir.
Ranobe seriyası Tetsuonun rəssamlığı ilə Mikaqe Eyci tərəfindən yazılmışdır. ASCII Media Works nəşriyyatı 10 yanvar 2009-cu ildən 10 iyun 2015-ci ilə kimi ranobe seriyasının 7 cildini buraxmışdır.[1][2] Polşada isə Waneko nəşriyyatı tərəfindən 5 fevral 2016-cı ildə nəşr olunmağa başlamış[3] və 6 oktyabr 2016-cı ilə kimi 5 cildi buraxılmışdır.[4] Şimali Amerikada isə Yen Press ranobeni lisenziyalaşdırılmışdır.[5]
№ | Yapon versiyasının nəşr tarixi | Yapon ISBN | Tərcümə versiyasının nəşr tarixi | Tərcümə ISBN |
---|---|---|---|---|
1 | 10 yanvar 2009[1] | ISBN 978-4-04-867461-4 | 5 fevral 2016[3] 31 oktyabr 2017[6] | ISBN 978-83-65229-88-5 ISBN 978-03-16561-10-5 |
2 | 10 sentyabr 2009[7] | ISBN 978-4-04-868012-7 | 8 aprel 2016[8] 20 fevral 2018[9] | ISBN 978-83-65229-89-2 ISBN 978-03-16561-11-2 |
3 | 10 yanvar 2010[10] | ISBN 978-4-04-868275-6 | 8 iyun 2016[11] | ISBN 978-83-65229-90-8 |
4 | 10 iyun 2010[12] | ISBN 978-4-04-868595-5 | 8 avqust 2016[13] | ISBN 978-83-65229-91-5 |
5 | 10 iyul 2012[14] | ISBN 978-4-04-886733-7 | 6 oktyabr 2016[4] | ISBN 978-83-65229-92-2 |
6 | 10 yanvar 2013[15] | ISBN 978-4-04-891251-8 | — | — |
7 | 10 iyun 2015[2] | ISBN 978-4-04-865121-9 | — | — |