Ölüm oyunu (ing. Game of Death, kantonca: 死亡遊戲) — ABŞ rejissoru Robert Klauz tərəfindən çəkilən döyüş filmdir. İlk dəfə orijinal film 1972-cü ildə çəkilmişdir. Lakin həmin filmdən çox az materiallar qalmışdır. Bu səbəbdən rejissorlar filmi yenidən çəkmək qərarına gəldilər. İlk film əsasında 1978-ci ildə "Ölüm oyunu" filmi çəkilir. Ssenari isə orijinal ssenaridən tam fərqlidir. Taekvondo üzrə qara kəmər sahibi Tai Çanq Kim filmin bir sıra epizodlarında Brüs Linin rolunu canlandırır.
Ölüm oyunu | |
---|---|
ing. Game of Death | |
Janr | Döyüş filmi |
Rejissor | Robert Klauz |
Prodüser | Reymond Çou |
Ssenari müəllifi | |
Baş rollarda |
Brüs Li Kim Tai Çanq Robert Uoll Den İnosanto Kərim Abdul Cabbar Sammo Hun |
İstehsalçılar |
Golden Harvest Concord Productions Inc. |
Distribütor | Columbia Pictures, Netflix |
İlk baxış tarixi | 23 mart 1978 |
Müddət | 103 dəqiqə |
Büdcə | 850.000 $ |
Gəlir | $3,436,169 HKD |
Ölkələr |
ABŞ Honkonq |
Dillər |
İngilis dili Kanton dili |
İl | 1978 |
Rəng | rəngli |
Çəkiliş yeri | Makao |
IMDb | ID0077594 |
Vikianbarda əlaqəli mediafayllar |
Banda qrupu məşhur aktyor Billi Louya müxtəlif şərtlərlə təzyiq edirlər. Onlar Billidən qazancın bir hissəsinin banda heyətinə verməyi tələb edirlər. Əks halda onu öldürəcəklər. Billi isə buna əhəmiyyət vermir. Billi Lou bir neçə dəfə onlar tərəfində təzyiq olunur. Buna baxmayaraq fikrindən dönmür. Bir neçə müddət sonra film çəkilişi zamanı Billi Lou səhnədə qaçaraq tullanıb zərbə vurmalıdır. Lakin tullanan zaman ona qəflətən atəş açılır. Ətrafdakılar Billi Lounun öldüyünü zənn edir. Lakin Billi Lou ölməmişdir. Qisas almaq üçün Billi müxtəlif cildlərə girir.
Billi Lou banda qrupunun ən yaxşı döyüşçülərindən biri olan Kris Milleri öldürdükdən sonra onlar onun ölmədiyini başa düşürlər. Bu səbəbdən Billi Lounu əldə etmək üçün nişanlısı Enn Morrisi qaçırırlar. Bir müddət sonra Billi onlarla mübarizə aparmağa qərara gəlir. Enn Morrisi xilas etdikdən sonra banda başçısına çatmaq istəyir. Lakin bunun üçün Billi üç otaqdan keçməlidir. Billi hər üç otaqdakı döyüşçünü öldürdükdən sonra banda başçısının köməkçisini öldürür. Sonda banda başçısı evin damı üzərində qaçan zaman aşağıya düşərək ölür.