Tikanlı çömçəxul (lat. Benthophilus spinosus) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin xulkimilər dəstəsinin xullar fəsiləsinin çömçəxul cinsinə aid heyvan növü.
Tikanlı çömçəxul | ||||||
---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: Klad: Tipüstü: Tip: Klad: Yarımtip: İnfratip: Klad: Klad: Sinifüstü: Sinif: Ranqsız: Yarımsinif: İnfrasinif: Ranqsız: Dəstəüstü: Klad: Dəstə: Fəsilə: Cins: Növ: Tikanlı çömçəxul |
||||||
Beynəlxalq elmi adı | ||||||
|
||||||
|
Xəzər endemiki olub dənizin şərq sahillərində geniş yayılmışdır.
Bədəni gödəlmiş, ön hissəsi və başı enlənmiş və yoğunlanmışdır. Ağzın küncləri arxasında dəri qırış üç-dörd dişçiyə ayrılmışdır. Başın üst hissəsində iri piramidaşəkilli lövhəciklər iki sıra əmələ gətirir. Bunlar gözlərin arasında qovuşur, buruna tərəf isə yenə də ayrılırlar. Bədənin üst hissəsində və böyürlərində üç iri parlaq xal vardır.
Azərbaycanda Yalamadan Çilov adasına qədər azsaylıdır. Şah Dilindən Astaraya qədər qeydə alınmamışdır.
Dənizdə yaşayan balaca növlərdən olduğu üçün öyrənilmiyib.
Vətəgə əhəmiyyəti yoxdur.