Tim Bak

Timoti Bak (ing. Timothy Buck; 6 yanvar 189111 mart 1973, Toronto) — Kanada kommunist və fəhlə hərəkatı xadimi. O, Kanada Kommunist Partiyasının (KKP) təşkilatcılarından biri olmuşdur.

Tim Bak
ing. Timothy Buck
Şəxsi məlumatlar
Doğum tarixi 6 yanvar 1891(1891-01-06)
Vəfat tarixi 11 mart 1973(1973-03-11) (82 yaşında)
Vəfat yeri
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı[redaktə | mənbəni redaktə et]

Tim Bak 6 yanvar 1891-ci ildə Birləşmiş Krallıqda anadan olmuşdur. O, 1910-cu ildə Kanadaya mühacirət etmişdir. Bak 1921–1929-cu illərdə Kanada Həmkarlar İttifaqları Birliyi Liqasının, 1929–1962 illərdə isə Kanada Kommunist Partiyasının (KKP) baş katibi idi. O, 1935–1943-cü illərdə Kominternin İcraiyyə Komitəsinin üzvü olmuşdur. Dəfələrlə həbs edilmişdir. 1962–1973-cü illərdə KKP-nin sədri idi.[1]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Тим Бак // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә ]. I ҹилд: А—Балзак. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев . 1976. С. 549.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]