Tinnitus

Tinnitus — xaricdə səs olmadan qulaqlarda səsin- küyün eşidilməsidir. Tinnitus özlüyündə xəstəlik olmayıb , bir neçə səbəbdən meydana çıxa bilən simptomdur . Qulaqlarda küy baş və qulaq travmaları, qulaqda iltihabi proseslər, beyin qan damarlarının ateroskleroz nəticəsində patoloji daralması (belə daralma baş beyində qan dövranının pozulmasına gətirib çıxardır. Beyin damarlarının ateroskleroz xəstəliyi insult kimi ağır pozulmanın inkişafına səbəb ola bilər.), vestibulyar apparatının fəaliyyətində pozulmalar, boyun osteoxondrozu, nevroz, stress, həddən artıq yorğunluq, eşitmə apparatında yaşla bağlı olan dəyişikliklər, beyin şişləri (xoş və bədxassəli), psixi pozulmalar, bəzi dərman preparatlarının uzun müddət ərzində qəbulu, meningit (qulaqlarda küy bu xəstəliyin ilk simptomu ola bilər) nəticəsində yarana bilər.

Tinnitus
XBT-10 H93.1
XBT-9 388.3
DiseasesDB 27662
MedlinePlus 003043
MeSH D014012
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar