Tamara Todevska (mak. Тамара Тодевска; d. 1 iyun 1985, Skopye, Şimali Makedoniya, Yuqoslaviya Sosialist Federativ Respublikası) — Şimali Makedoniya müğənnisi.
Tamara Todevska | |
---|---|
mak. Тамара Тодевска | |
| |
Ümumi məlumatlar | |
Doğum adı |
Tamara Todevska mak. Тамара Тодевска |
Doğum tarixi | |
Doğum yeri | Skopye, Şimali Makedoniya, Yuqoslaviya Sosialist Federativ Respublikası |
Vətəndaşlığı | Şimali Makedoniya |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | müğənni |
Fəaliyyət illəri | 2003–h.h. |
Janr | |
Əlaqəsi | Tiyana Dapçeviç |
Vikianbarda əlaqəli mediafayllar |
Tamara Todevska 1 iyun 1985-ci ildə Yuqoslaviya Sosialist Federativ Respublikasının tərkibində olan Şimali Makedoniyanın Skopye şəhərində dünyaya göz açmışdır. Tamaranın atası Velko Todevski musiqi müəllimi, Bosniya və Herseqovinada anadan olan Serb əsilli anası Branka Todevska isə opera ifaçısıdır. Onun böyük bacısı Tiyana Dapçeviç "To The Sky" mahnısı ilə Şimali Makedoniyanı 2014 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir.
Tamaranın ilk mahnısı 1997-ci ildə bacısı Tiyana ilə birlikdə ifa etdiyi "Igra luda" (azərb. Çılğın oyun) olmuşdur. O, 2003-cü ildə Monteneqroda keçirilən Sunçane Skale musiqi festivalında "1003" adlı mahnı ilə çıxışından sonra şöhrət qazanmışdır. Tamara festivalda 2-ci yerdə qərarlaşmışdır.
2005-ci ildə Tamaranın "Sino" (azərb. Göy) adlı debüt albomu işıq üzü görmüşdür. Tamara albomun prodüseri Aleksandar Masevski ilə 2004-cü ildən bəri əməkdaşlıq etmişdir. "Sino", "Molci, molci", "A, što ako?", "Ljubovna prikazna", "Najverni prijateli", "Ljubi, ljubi", Šetaj" kimi hitlərin yer aldığı albom 2005-ci ildə "İlin albomu" seçilmişdir.
2007-ci ildə Tamara "Kazi Koj Si Ti" mahnısı ilə Şimali Makedoniyanın Avroviziya milli seçim turunda iştirak etmişdir. O, nəticədə 105 xal toplayaraq ikinci yerdə qərarlaşmış və Şimali Makedoniyanı müsabiqədə təmsil etmək fürsətini əldən vermişdir.
2008-ci ilin fevral ayında Tamara Vrçak və Adriyan ilə birlikdə ifa etdiyi "Vo ime na ljubovta" mahnısı ilə Skopje Fest 2008-də qələbə qazanmışdır.[1] Balkanlarda hit olan mahnının ingilis, serb, türk, rus və alban dillərində versiyaları da təqdim olunmuşdur. Tamara, Vrçak və Adriyan triousu həmin mahnının ingilis dilindəki versiyası ilə Şimali Makedoniyanı Serbiyanın paytaxtı Belqradda keçirilən 2008 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. Müsabiqənin yarımfinalında 10-cu yerdə qərarlaşmalarına baxmayaraq, münsiflərin qərarı ilə Makedoniya finala keçə bilməmişdir.
Tamara Todevska "Proud" mahnısı ilə Şimali Makedoniyanı İsrailin Tel-Əviv şəhərində keçirilən 2019 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir.[2] Tamara müsabiqə üçün aparılan uzun məşqlərin ardınca 16 may tarixində baş tutan yarımfinal mərhələsində 17-ci nömrə altında çıxış etmişdir. Nəticədə 239 xalla 2-ci yeri tutaraq, final mərhələsinə vəsiqə qazanmışdır. Müsabiqənin finalında bir daha öz mahnısını ifa edən Tamara 26 ölkə təmsilçisinin mübarizə apardığı şouda 305 xal toplayaraq, 7-ci yerdə qərarlaşmışdır. O, finalda münsif səsverməsinə görə birinci yeri tutsa da, SMS səsverməsində on ikinci yerdə qərarlaşmışdır. Bu Şimali Makedoniyanın Avroviziya tarixindəki ən yüksək nəticəsi olmuşdur.
27 iyun 2015-ci il tarixində Tamara keçmiş basketbol oyunçusu Aleksandar Dimitrovski ilə ailə həyatı qurmuşdur.[3] Cütlüyün Hana adlı bir qızı və Daren adlı bir oğlu var.[4]
Əvvəlki: Eye Cue "Lost and Found" |
Şimali Makedoniya Avroviziya Mahnı Müsabiqəsində 2019 |
Sonrakı: – |